15 gün bundan əvvəl təsadüfən şagirdlərin birinin 2011-2012 dərs ili üçün olan “Məktəbli kitabçası”nı (gündəlik) gördüm. İçərisinə baxdım və... Elə “gündəliyin” ikinci səhifəsində işğal olunmuş Azərbaycan torpaqlarının adlarını və işğal olunduqları tarixləri gördüm. Amma... Səhv yazılmış bir tarix... Bundan sonra isə 20 gün hər şeyi araşdırmağa başladım və...
20 günlük araşdırmadan sonra bəzi kitab, jurnalların ön və arxa hissəsində, Azərbaycanın reytinqli hesab edilən bəzi internet səhifələrində də tariximiz, xüsusilə Qarabağ müharibəsi zamanı işğal olunmuş Azərbaycan torpaqlarının tarixində bəzi səhvlərə yol verildiyinin şahidi oldum... Təəssüf
Bugünün məktəblisi gələcəyin məmuru, iqtisadçısı, vəkili, səfiri, naziri, prezidentidir. Öz tarixini bilməyən bir insan necə yaxşı mütəxəssis, siyasətçi və s. ola bilər? Məktəblinin öz tarixini təhrif edilmiş qaydada öyrənməsi nə dərəcədə doğrudur?!
Skan etdiyi üçün xalaoğluya dərin təşəkkürlər.
Son dövrlər gördüyüm bu hadisə həqiqətən də məni narahat edirdi. Bu səhvlərlə bərabər bəzi “gənc”lərin öz Vətənin tarixinə bəslədiyi “münasibət” də pis təsir etmişdi. Bu münasibət təbii ki, biganəlikdən başqa bir şey deyil. Vətəninin tarixini deyərkən ən sadə tarixləri nəzərdə tuturam. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Müstəqil Azərbaycan Respublikasının Müstəqillik günü, 1988-1993-ci illərə qədər davam edən Qarabağ müharibəsi və bu müharibənin Azərbaycan üçün ağır nəticələri, rayonunların işğal olunması tarixləri. Məncə bu, sadə, amma Azərbaycan üçün çox vacib tarixi hadisələri bilmək o qədər də çətin bir iş hesab edilə bilməz...
Bugün Azərbaycanın istənilən şəhərində sorğu aparsaq, görərik ki, tariximizi (sadə hesab edilən tarixi hadisələri) bilən gənclərin sayı barmaq sayı qədərdir. Bu isə Azərbaycan gənci olaraq məni düşündürməyə vadar edir. Tarixini unudanların gələcəyi olmaz... Niyə unuduruq axı? Başımıza gələn müsibətlər bizə dərs olmadımı ?
Mən də Azərbaycan gənciyəm və bu məsələ həqiqətən də məni narahat edir. Bu yazını fərqlənmək və özümü digərlərindən fərqli hiss etdiyim üçün yazmamışam. Məni tanıyanlar necə vətənpərvər olduğumu bilirlər. :) İşğal olunmuş əzəli və tarixi Azərbaycan torpaqlarının işğal olduğu zamanı aşağıdan oxuyub və öyrənə bilərsiniz... Məlumatların tam dəqiq olmasına əmin ola bilərsiniz (Məlumatları 11-ci sinif Azərbaycan-tarixi kitabından götürmüşəm). Unutmayın ki, billməmək ayıb deyil, əsas bilmədiyini öyrənməmək ayıbdır...
Səhv: Doğru:
-
Şuşa- 09.05.1992
2. Şuşa- 08.05.1992
3. Laçın
18.05.1992
-
Xocavənd- 8.02.1992 4. Xocavənd- 02.10.1992
-
Kəlbəcər- 06.04.1993
5.
Kəlbəcər- 03.04.1993
6. Ağdərə-
17.06.1993
7. Ağdam- 23.07.1993
-
Cəbrayıl- 23.08.1993
8. Cəbrayıl- 18.08.1993
9. Füzuli-
23.08.1993
10. Qubadlı- 31.08.1993
-
Zəngilan- 25.10.1993
11. Zəngilan- 29.10.1993
( Reklam olduğu üçün Səhv bölməsində olan məlumatların hansı saytdan götürüldüyünü deyə bilmərəm, amma bu məlumatlar 100 faiz səvdir )
Hər yazımın sonunda olduğu kimi bu yazının da sonunda deyəcəm: Hər şeyin zaman keçdikcə yaxşı olmasına ümid edirəm...