Bu sözləri dərk edə bilmək üçün yaşın heç bir fərqi
yoxdur, zənnimcə. Və keçirəm əsas məsələyə...
Həqiqətən dünya düşündüyümüzdən də fanidir. Nəyin nə
zaman, necə olacağını heç kim bilmir?!
Bu gün var olan sevdiklərimiz, sabah ətrafımızda
olmur. Onları nə qədər sevdiyimizi və dəyər verdiyimizi deyə bilmirik, bəzən.
Yalnız onları itirdikdə və onlardan kənarda olduqda anlayırıq onların dəyərini
bu isə gec ola bilər.
