December 25, 2011

TEXNOLOGİYA YOXSA SAMAKAT?!

Son 1-2 ildə marağıma səbəb olan hadisələr sırasında top beşlikdə azyaşlı uşaqların kompüter,  mobil telefon və bu kimi digər texnologiyalara həddindən artıq havəs göstərməsidir. Bu mənzərə məni bu günlə 1997-1998-cı illərdə olan uşaqlıq dövrünü müqayisə etməyə məcbur etdi.
Söhbəti çox uzatmaq istəmirəm və keçirəm əsas məsələyə...

December 4, 2011

NƏ BAŞ VERİR?!

Son dövrlərdə marağıma səbəb olan hadisələrdən biri cəmiyyətimizdə amansızlıqla baş verən cinayət hallarının çoxalmasıdır.

Keçək əsas məsələyə... Hər gün xəbərlərdə, internet səhifələrində, xəbər agentliklərində yer verilən ən əsas xəbərlər amansızlıqla baş verən cinayət xəbərləridir. Az qala hər gün oğulun atanı və ya atanın oğulu, qohumların bir-birini qətlə yetirrməsi və s. bu kimi hadisələrin baş verdiyini görürük... Necə ola bilər axı? İnsan özü üçün doğma olan birini necə öldürə bilər???

ARDINA BAXIN...

November 6, 2011

GƏNCLƏR GƏLƏCƏYİMİZDİR?!

Bloq yazmağa başlayandan hər bir hadisəyə daha diqqətlə yanaşıram… Cəmiyyətimizdə  gənclərin bir-birlərinə olan münasibətlərini, davranış tərzləri, böyüklərə münasibətini də müşahidə edirəm …
Hər yazını yazmazdan əvvəl bir neçə gün araşdırma aparıramBu yazıda da belə oldu və...  

Bir yerə getməli idim. Bunun üçün marşurtdan istifadə etdim... Boş yerlərdən birində əyləşdim və... Valideyinlərim və müəllimlərim tərəfindən öyrədilən qaydaya görə, “Yaşlı insan  və qadın ayaq üstə durubsa, öz yerini ona ver” prinsipinə əməl etdim... Məncə bu belə də olmalıdır... Növbəti “astonovkada” bir yaşlı qadın avtobusa mindi və... Əyləşən gənc ona yer vermədi...  

October 22, 2011

MƏDƏNİYYƏTİMİZƏ “XİDMƏT EDƏN”LƏR...

Həmişə cəmiyyətimiz, həyat tərzimiz, şəhərimiz və respublikamızda olan bəzi problemlər haqqında yazırdım. Bir neçə həftədir ki, məni Azərbaycan mədəniyyətinə “xidmət edən”lərin hərəkətləri, davranış tərzləri düşünməyə vadar edir.

Keçək əsas məsələyə... Konkret olaraq söhbət “şou-biznes”dən gedir. O şou-biznes ki, orada şou yoxdur, ancaq toy biznesi var...  

October 4, 2011

Hesabatım...

2011 avqust ayının 5-i … İlk bloq yazısı yazdığım gün…Bildiyiniz kimi mən bloq yazmağa yenicə başlamışam. Amma bu məndə artıq yeni bir maraqdır. Hər gördüyüm problem, qanunsuzluq, məni narahat edən məqamlar haqqında maraqlanıb, faktlar tapıb yazıram, sonra da bloq yazısı kimi sizin ixtiyarınıza verirəm.

Bu gün bloq fəaliyyətimin 2 ayı tamam olur. Həqiqətən də səhifəmin statistik rəqəmlərinə baxanda çox sevinirəm, çünki bu işdə bu qədər uğurlu qazanacağımı bilməzdim ...

September 24, 2011

HƏYAT YOXSA HƏVƏS XƏTRİNƏ ÖLÜM?!

Hər gün yerli televiziya kanallarında Azərbaycanın şəhər və rayonlarında baş verən yol-nəqliyyat hadisələri haqqında xəbər verilir. Hər gün ən azı 1 ya 2, hətta bəzi hallarda 4-5 nəfərin dünyasını dəyişməsi deyilir. Həqiqətən də bu çox pis haldır... 

Bu hadisələri hər gün eşidirik. Qərəra aldım ki, statistikaya baxım, çünki statistika daha doğru məlumatlar verir. Həmişəki kimi araşdırma apardım və... Gördüyüm statistik rəqəmlərdən sözün əsl mənasında şoka düşmüşdüm...Əvvəl məlumatların səhv olduğunu düşündüm. Sonra isə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin məlumatlarında da bir daha statistik məlumatlar öz təsdiqini tapdı...
2011-ci ilin ilk 8 ayı ərzində respublika ərazisində yol-nəqliyyat hadisələri nəticəsində 617 nəfər dünyasını dəyişib, 2251 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb...

September 13, 2011

Tarixini unudanların gələcəyi olmaz!!!

15 gün bundan əvvəl təsadüfən şagirdlərin birinin 2011-2012 dərs ili üçün olan “Məktəbli kitabçası”nı (gündəlik) gördüm. İçərisinə baxdım və... Elə “gündəliyin” ikinci səhifəsində işğal olunmuş Azərbaycan torpaqlarının adlarını və işğal olunduqları tarixləri gördüm. Amma... Səhv yazılmış bir tarix...  Bundan sonra isə 20 gün hər şeyi araşdırmağa başladım və... 
20 günlük araşdırmadan sonra bəzi kitab, jurnalların ön və arxa hissəsində, Azərbaycanın reytinqli hesab edilən bəzi internet səhifələrində də tariximiz, xüsusilə Qarabağ müharibəsi zamanı işğal olunmuş Azərbaycan torpaqlarının tarixində bəzi səhvlərə yol verildiyinin şahidi oldum... Təəssüf  
Bugünün məktəblisi gələcəyin məmuru, iqtisadçısı, vəkili, səfiri, naziri, prezidentidir. Öz tarixini bilməyən bir insan necə yaxşı mütəxəssis, siyasətçi və s. ola bilər? Məktəblinin öz tarixini təhrif edilmiş qaydada öyrənməsi nə dərəcədə doğrudur?!  


Skan etdiyi üçün xalaoğluya dərin təşəkkürlər.
Son dövrlər gördüyüm bu hadisə həqiqətən də məni narahat edirdi. Bu səhvlərlə bərabər bəzi “gənc”lərin öz Vətənin tarixinə bəslədiyi  “münasibət” də pis təsir etmişdi. Bu münasibət təbii ki, biganəlikdən başqa bir şey deyil. Vətəninin tarixini deyərkən ən sadə tarixləri nəzərdə tuturam. Məsələn, Azərbaycan  Xalq Cümhuriyyətinin yaradılması, Müstəqil Azərbaycan Respublikasının  Müstəqillik günü, 1988-1993-ci illərə qədər davam edən Qarabağ müharibəsi və bu müharibənin Azərbaycan üçün ağır nəticələri,  rayonunların işğal olunması tarixləri. Məncə bu, sadə, amma Azərbaycan üçün çox vacib tarixi hadisələri bilmək o qədər də çətin bir iş hesab edilə bilməz...   
Bugün Azərbaycanın istənilən şəhərində sorğu aparsaq, görərik ki, tariximizi (sadə hesab edilən tarixi hadisələri) bilən gənclərin sayı barmaq sayı qədərdir. Bu isə Azərbaycan gənci olaraq məni düşündürməyə vadar edir. Tarixini unudanların gələcəyi olmaz... Niyə unuduruq axı? Başımıza gələn müsibətlər bizə dərs olmadımı ? 
Mən də Azərbaycan gənciyəm və bu məsələ həqiqətən də məni narahat edir. Bu yazını fərqlənmək və özümü digərlərindən fərqli hiss etdiyim üçün yazmamışam. Məni tanıyanlar necə vətənpərvər  olduğumu bilirlər. :) İşğal olunmuş əzəli və tarixi Azərbaycan torpaqlarının işğal olduğu zamanı aşağıdan oxuyub və öyrənə bilərsiniz... Məlumatların tam dəqiq olmasına əmin ola bilərsiniz (Məlumatları 11-ci sinif Azərbaycan-tarixi kitabından götürmüşəm). Unutmayın ki, billməmək ayıb deyil, əsas bilmədiyini öyrənməmək ayıbdır...


     Səhv:                                                         Doğru:
                                                                                                                                                                                                                                                                                                
-  Şuşa- 09.05.1992                                       2.  Şuşa- 08.05.1992
                                                                       3.  Laçın 18.05.1992
                                           
-  Xocavənd- 8.02.1992                                4.  Xocavənd- 02.10.1992
-  Kəlbəcər- 06.04.1993                                5.  Kəlbəcər- 03.04.1993
                                                                       6.  Ağdərə- 17.06.1993                  
                                                                       7.  Ağdam- 23.07.1993
-  Cəbrayıl- 23.08.1993                                 8.  Cəbrayıl- 18.08.1993
                                                                        9.  Füzuli- 23.08.1993
                                                                      10. Qubadlı- 31.08.1993


-  Zəngilan- 25.10.1993                                11. Zəngilan- 29.10.1993

( Reklam olduğu üçün Səhv bölməsində olan məlumatların hansı saytdan götürüldüyünü deyə bilmərəm, amma bu məlumatlar 100 faiz səvdir )    

Hər yazımın sonunda olduğu kimi bu yazının da sonunda deyəcəm: Hər şeyin zaman keçdikcə yaxşı olmasına ümid edirəm...


 
 

August 25, 2011

TELEVİZİYA KANALLARININ ARAQ “SEVDA”SI

Bütün müsəlman hesab edilən ölkələrdə qeyd edildiyi kimi Azərbaycanda da Ramazan ayı qeyd edilir və özünəməxsus bəzi qaydaları ilə seçilir.

Hər gün olduğu kimi 10 gün bundan əvvəl də iftarımı açıb, televizor qarşısına keçdim. Televiziya (TV) kanallarını bir-bir çevirdim və elə bildim ki, hər hansı bir xristian ölkəsindəyəm. Azərbaycanın ən “reytinqli” hesab edilən TV kanallarında spirtli içkilərin, xüsusilə araq, pivə reklamları yayımlanırdı. Bu kanallar siyahısına Lider TV və ATV (Azad Azərbaycan TV) başçılıq edir. 

Başqa vaxt bu TV kanalları (Lider TV və ATV) “din”, “vətənpərvərlik”, “vətənə sədaqət”dən danışırlar. :) Bəs necə oldu sizin dininiz, vətənpərvərlik hissləriniz ? Axı biz müsəlmanıq. Müsəlmana belə şeylər yaraşmaz... :( Bilirəm ki, bəziləriniz bu yazıya görə məni qınıyacaqsınız. Deyəcəksiniz ki, onsuz da televiziya kanalları o rekalmları 23:00-da veririlər. 11 ay verdin də, bəs eləmədi ki, hətta müqəddəs hesab etdiyimiz Ramazan ayında da verirsiniz, o reklamı? Onu da əlavə edim ki, Lider TV artıq spirtli içkilərlə bağlı reklamı 21:00 da yayımlamağa başlayıb. :(  Hətta Rusiyada olan televiziyalar və digər xarici televiziyalarda belə reklamlar gecə saatlarında yayımlanır və aşağı hissədən “Sağlamlığınız üçün təhlükəlidir” sözləri yazılır. Lider TV və ATV isə bu prinsipə əməl etmir və əlavə edir “Göz yaşı qədər təmiz”, “Sağlamlığınız üçün etibarlı” və s. 

August 20, 2011

İnternet, sosial şəbəkələr yoxsa kitabxana?!

Bu yaxınlarda Mingəçevirdə olan kiçik kitabxanalardan birinə getməli oldum. Kitabxananın qapısından içəri girəndə əvvəl elə bildim ki, kitabxana işləmir, çünki oxucu zalında heç kim yox idi. Amma içəridə kitabxanaçıları görüb əmin oldum ki, kitabxana işləyir...Özümə lazım olan ədəbiyyatın bir neçə səhifəsini oxuyub, icazəsini alıb kitabı özümlə evə gətirdim.

Sonra isə şəhərimizdə yerləşən digər kitabxanalara da baş çəkdim. Şəhər kitabxanalarının demək olar ki, çoxunda oxucu problemi var idi. 

18 avqust yuxudan oyanan kimi Kürün yaxınlığında yerləşən və şəhərimizdə ən böyük kitabxana olan Molla Pənah Vaqif adına Mərkəzi kitabxanaya getdim. Kitabxana müdirəsinə gəlməyimin səbəbini izah etdim. Müdirə digər məmurlardan fərqli olaraq məni çox xoş qarşıladı və bir neçə şəkil çəkmək  üçün  icazə verdi. Müdirə də kitabxanalar oxucu azlığının olmasını təsdiq etdi...

August 10, 2011

Fantanlaların acı taleyi...

Yorucu gün keçirdikdən sonra istirahət etmək üçün dostum Elvinlə birlikdə parka getdim... Kaş ki, getməzdim. Nə görsəm yaxşıdır??? Bərbad vəziyyətdə olan fantanlar və daha nələr-nələr... Şəhərin fəxr edilməli olan Kür qırağına gəlib çatdıq... İndi isə fəxr edilməli heç nə qalmayıb burada. Çirkli Kür, baxımsız vəziyyətdə olan fantanlar, kafelərin əlindən tərpənə biməyən sakinlər... Babat əsəbləşdikdən sonra bir qədər gəzdik oraları...Bax budur indiki Kur qırağındakı fantanların acı taleyi ...  

Sonra isə əsəbləşmədim, bloqum üçün yeni və maraqlı mövzu tapdığım üçün sevinməyə başladım və fotoaparatı əlimə götürüb başladım işə...  Əsas istəyim isə bunu sizin də görməyiniz idi...


Sonra isə bütün Mingəçevir sakinlərinin tanıdığı Dram Teatr tərəfə getdik... Orada da fantanlar eyni gündə, yəni bərbad vəziyyətdə idi... Fantan düzəldilibsə, isti yay günlərində niyə su gəlmir axı? Yoxsa, Mingeçevirdə də su problemi varmı? 
Keçən  il Rusiyada olan qohumum şəhərimizə qonaq gəlmişdi. Dedi ki, məni şəhərinizlə tanış et. Mən də ona şəhəri göstərdim. Çirkli ərazilərin harda olduğunu bildiyim üçün onu aparmadım o yerlərə. Özü əli ilə Kürün namətiz ərazilərinə işarə etdi...Mən də apardım və... Həmin günü çox utanmışdım... Amma mən utanmalı deyiləm... Buna cavabdeh olanlar utanmalı və müvafiq qərarlarla bunu tənzimləməlidirlər.
Baxın görün biz insanlar nələrər “qadirik” ??? Bir şeyi yeyib niyə onu fantanın içinə doldururuq? Həmin yerdə zibil qabı var axı. Öz evimizdə su kranının içini yediklərimizlə doldururuqmu? Təbii ki, heç kəs öz evini zibilləmir. Bəs niyə Mingəçevir kimi təmiz bir şəhəri zibilləyirik??? 
Sözüm sənə, onlara, bizlərədir... Gəlin şəhərimizi təmiz saxlayaq !!! Mingeçeviri sevən və bu şəhərə bağlı olan bir sakin kimi belə şeyləri görüb deməliyəm. Məqsədim sakinləri və məmurları təhqir etmək deyil. Sadəcə hər kəs üzərinə düşən vəzifələri yerinə yetirsə, heç bir problem yaranmaz. 

Hər yazımın sonunda olduğu kimi bu yazının da sonunda deyəcəm: Hər şeyin zaman keçdikcə yaxşı olmasına ümid edirəm... 

Vahid Məsimov

August 6, 2011

Kimdir günahkar?!

Dünən şəhəri gəzməyə çıxmışdım. Gördüklərim məni bu yazını yazmağa vadar etdi. Doğulduğum, boya başa çatdığım, sevdiyim Mingəçeviri belə görmək məni şəhər vətəndaşı kimi təəssüfləndirdi. 😞  

Gələk əsas məsələyə…Həmişə respublikada öz gözəlliyi və təmizliyi ilə fərqlənən şəhərim bu gün … Kimdir günahkar??? Mən, sən, biz yoxsa məmurlar??? Hər kəsin bu məsələdə üzərinə müəyyən vəzifələr düşür. Biz Mingəçeviri təmiz saxlamalı, məmurlar isə qırılan ağacları, yanmayan işıqları, dayanacaqları təmir etmək üçün müvafiq sərəncamlar verməlidirlər.

Şəhərin mərkəzində…Qırıq skamyası olan bir dayanacağın olması…Mən dünən 5 nömrəli avtobusa minmək üçün “astanovkaya” getməli oldum. Günorta saat 16:00 idi, temperatur +39, “astonavkada” oturmaq istədim. Amma…Qırıq skamyada necə oturum??? 

Bir vətəndaş kimi mənim, sənin, bizim öz şəhərimizi qorumağımız lazımdır. Biz öz şəhərimizi qorumasaq, kim qoruyacaq bu şəhəri??? Bu torpaqda yeriyiriksə, bu şəhərin suyunu içiriksə, bu torpağı, Mingəçeviri təmiz saxlamalı, qorumalı və digərlərinə də bunu xatırlatmalıyıq!!! 😞

Sonra sola çevrildim… Mingəçevirdə poçtun yanı deyilən məhşur yer var. Həmin yerdə “svetaforun” yanındakı işıq “stolbasına” baxdım… Əvvəlki yolun bütün işıqları yansa da bu yolun işıqları yanmırdı… 😔

Bu yazını yazmaqda əsas məqsədim Mingəçeviri sevən bir sakin kimi bu şəhərin problemlərini demək və bu problemləri biz vətəndaşların və məmurların köməyilə ardan qaldırılmasına nail olmaqdır. Bu torpaqda yeriyib, havasını uduruqsa, niyə axı şəhərimizə biganə qalaq??? Tənqid olmasa, inkişaf da olmaz! Mən Mingəçeviri problemləri ilə sevirəm və bir gənc kimi bu problemləri həll etmək istəyirəm. Əlimdən gələn isə belə yazılar yazıb bu problemlərin həllinə çalışmaqdır. Hər şeyin zaman keçdikcə yaxşı olmasına ümid edirəm…

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...