June 4, 2012
May 3, 2012
RÜŞVƏT...
Rüşvət... Bəziləri üçün xoşbəxtlik gətirən rüşvət. Hansı ki, bu xoşbəxtlik
başqalarının bədbəxtliyi üzərində qurulduğu üçün çox davam etmir və keçirəm
bəzi məqamlara...
Bildiyimiz
kimi, keçən ilin əvvəllərindən etibarən ölkəmizdə Korrupsiyaya qarşı Prezident
sərəncam da imzaladı və müvafiq tapşırıqlarını verdi. Bəzi rüşvət halları
aşkarlandı və rüşvətxor məmurlar cəzalandırıldı.
Bundan
sonra isə “sabitlik” oldu. Atalar demişkən köhnə
hamam, köhnə tas məsəli.
Mən ilk
növbədə problemi cəmiyyətdə görürəm. Çünki, hər bir vətəndaş öz hüquqlarını müdafiə etməyi bacarmalıdır.
Əgər səndən rüşvət istəyirlərsə, demək ki, sənin hüquqlarını pozurlar və ən
əsası ölkə başçısının qərarının əleyhinə olaraq səndən rüşvət tələb edirlər. Kimdir o
məmur ki, ölkə başçısının əleyhinə işlər görür?
April 6, 2012
March 25, 2012
VƏTƏN DAŞI OLMAYANDAN, OLMAZ ÖLKƏ VƏTƏNDAŞI
Hər zaman müəyyən müşahidələr apardıqadan sonra yazı yazmağa başlayıram. Çünki, işimə məsuliyyətlə yanaşıram, bəzilərindən fərqli olaraq. Haşiyə, yazı yazmamışdan, ümumiyyətlə hər hansı bir fikri söyləməmişdən əvvəl düşünmək, araşdırmaq lazımdır. Araşdırmalarıma əsasən bu nəticəyə gəldim ki...
Bayrağa hörmət Vətənimizdə yeterincə deyil...Bayraq dövlətin əsas atributlarından olub, onun suverenliyinin, müstəqilliyinin əsas isbatı, bariz nümunəsidir. Beynəlxalq arenada dövləti tanıtdıra biləcək əsas atributdur,bayraq. Yəqin ki, bu fikrimlə razı olarsınız?
Kimin evində bayraq var? Yəqin ki, “Bu sualı bizə niyə verdin, ay Vahid?” deyəcəksiniz. Sadəcə müşahidələrimin düzgünlüyü barədə təsəvvür yaratmaq üçün bu sualdan istifadə etdim və bilirəm ki, əksərinizin evində şanlı, müqəddəs, əsas atribut olan bayraq yoxdur. Amma hamımızın evində təbii ki, lazımsız olan bəzək əşyaları, “üzərlik”, “göz muncuğu” kifayət qədərdir.
Vətənə hörmət ilk növbədə onun əsas dəyərlərinə olan hörmətdən irəli gəlir. Bayraq, himn, gerb əsas dəyərlərdir hər bir ölkə üçün. Himn çalınanda başqası ilə söhbət edən, gerbinə və bayrağına laqeyidlik edən bir insan necə özünü bu torpağın vətəndaşı hesab edə bilər axı? Bu gündən sonra yazdıqlarıma diqqətlə əməl edək ki, düşmən bizə baxıb sevinməsin, sən , mən, biz bu torpaq üçün yaşamalıyıq. Bu günə qədər hər şeyə laqeyidsizlik göstərdiyimiz yetər!!!
VƏTƏN DAŞI OLMAYANDAN, OLMAZ ÖLKƏ VƏTƏNDAŞI.
Vahid Məsimov
Vahid Məsimov
March 6, 2012
HƏYAT ÇOX QƏRİBƏDİR?!
Həyat qəribədir, fanidir. Bu sözləri demək olar ki, biz hər gün ətrafımızda eşidirik. Görəsən bu barədə heç düşünürükmü?
Bu barədə hər zaman düşünürəm və düşüncəmi, fikirlərimi də sizlərlə bölüşmək istədim.
Biz Allah Təalanın yaratdığı ən mükəmməl varlıqlar olan-insanlarıq. Həqiqətən Tanrı bizləri necə də xoşbəxt yaradıb ki, heç bir varlıqda olmayanları bizə qarşılıqsız bəxş edib. Bu qarşılığın qarşısında biz nə etmişik, edirik və ya edəcəyik?
February 4, 2012
İSRAFÇILIQ
Hər zaman yaslarda və toylarda israfcılığın şahidi olurdum. Son dovrlərdə isə bu israfçılıq həddindən çox olduğunu müşahidə etdim.Bu yaxınlarda bir toy məclisində iştirak etdim. Toyda nə istəsən var idi. Hər bir yeməkdən dadmağa isə toy vaxtı çatmırdı. Təbii ki,bu israfçılıqdan başqa bir şey deyildi...
İnsanlar həyatlarında bir dəfə ailə həyatı qururlar və o ailə həyatı onların xatirələrində bir neçə il əbədi olaraq silinməz iz qoyur... Daha doğrusu, toydan sonra qalan borclar. Toyda qohum, dost və tanışların yazdırdığı pullar, daha sonra kreditlərə və borclara xərclənir. Əslində isə həmin pullar yeni qurulan ailələrə komək məqsədi daşımalıdır.
January 9, 2012
2011 VƏ MƏN...
Hər zaman problemlərdən yazırdım. Bu dəfə isə fərqlilik etməyi qərara aldım və…
2011-ci ilin yekunlarına dair kiçik bir hesabat vermək istədim sizlərə. 2011 mənim üçün demək olar ki, uğurlu il kimi yadda qaldı...
ARDINI OXUMAĞI UNUTMA....
2011-ci ilin yekunlarına dair kiçik bir hesabat vermək istədim sizlərə. 2011 mənim üçün demək olar ki, uğurlu il kimi yadda qaldı...
Subscribe to:
Comments (Atom)
Xidmət standartlarına təsir edən amillər
Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər yazmağa çalışacağam. Xidmət sektoru mə...
-
Dəyərli oxucu, “Uğura Gedən Yol” adlı kitabımız nəhayət ki, işıq üzü gördü. Kitabda gəncləri maraqlandıran mövzular, xüsusilə də uğura ça...
-
15 gün bundan əvvəl təsadüfən şagirdlərin birinin 2011-2012 dərs ili üçün olan “Məktəbli kitabçası”nı (gündəlik) gördüm. İçərisinə baxdım ...
-
Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər yazmağa çalışacağam. Xidmət sektoru mə...

