December 30, 2016

İLİN SON YAZISI...

Salam dəyərli, oxucular. Bu, ilin son yazısı olacaq. Yadıma 5 il 4 ay bundan öncə düşdü. Bloq yazılar yazmağa başladığım ilk il. Mənimlə bərabər bu işə bir çox gənclərdə başlamışdı. Hər kəs elə həvsəli idi ki. Hər zaman fikir mübadiləsi edir, yazılarımızı ilk bir-birimizə oxudurduq.

Əvvəllər bir az ötəri həvəs, hobbi, qeyri-profesionallıq kimi görünürdü. Əksər dostlar bu işi bir neçə müddət sonra iş və ailə vəziyyətinə görə buraxmalı oldular.

Yazmaq, hər hansı bir sahədə araşdırma aparmaq istedad tələb edir. Bunu oxucuya maraqlı şəkildə təqdim etmək isə daha da çətin məsələdir, bacarıq işidir.

December 23, 2016

Comparative Analyze for Turkish and Portuguese’s Economies

Comparative Analyze for Turkish and Portuguese’s economies shall be presented within this article. The level of minimum wages, the Gross Domestic Product (GDP), the place of both countries' in the world economy will be addressed in this blog.
Turkey
The first Turkey’s economy will be discussed. Thus, Turkey is ranked as 55 out of 189 economies in the World Bank’s Doing Business 2016 Report and placed above other high growth markets.
Turkey ranks 51 out of 140 in the Global Competitiveness index 2015 compiled by the World Economic Forum (WEF). In 2015 Turkey was ranked in the Transparency International corruption indicators as 66 out of 168 countries. Turkey placed higher than Brazil, India and China, but below South Africa, Hungary and Taiwan.
Read more...

December 20, 2016

YARARSIZ İNTERNET, YOXSA YARARSIZ İSTİFADƏ?

Salam, dəyərli oxucular!

Bu dəfəki yazıda son zamanlar ailə-məişət zəminində baş verən cinayət hadisələrindən, onların artma statistikasına səbəb olan bəzi məqamlardan yazmağa çalışdım.

Hər gün bu başlıqda ən azı 2-3 xəbər oxuyuruq - “Ər arvadını qısqanclıq zəminində öldürdü”, “Qardaşı bacısının sevgilisini...” və s.

Çox faciəvi  xəbərlərdir. Cəmiyyətimiz həddindən artıq “dəyişir”. Dünən bir yazı oxudum. Yenə də bir ailə faciəsi və yazılana görə səbəb yenə de bu “zəhirmar” telefon və qısqanclıq olub.  Görəsən, biz texnologiyanı niyə faydalı məqsədlər üçün istifadə etməkdə acizik?! 

Böyüklərdən çox üzr istəyirəm, telefon, internet, kompyüter və s. pornoqrafiya, çat, yazışma, başqalarının namusuna göz tikmə, “qız tutma” vasitəsi deyil axı, yalnız. Cəmiyyəti internet pozur deyənlərə isə bir sualım var: “Bıçaq hər kəsin evində var, deyilmi? Çoxlarımız bıçağı təyinatı üzrə yalnız mətbəxdə istifadə edirik, bəziləri isə cinayət tərkibli əməllərdə. İnterneti pis məqsədlə istifadə edənlərin olması, internetin yararsız, faydasız, milli mənəvi dəyərləri pozduğu anlamına gəlirmi?”  

Ardını oxumağı unutmayın...

December 12, 2016

İŞÇİ AXTARIRAM- ÜÇÜ BİRİNDƏ (3in1)


Bir neçə gün əvvəl mütəmadi olaraq iş elanları paylaşan bir neçə web-səhifəni ziyarət etməli oldum. Gördüklərimdən həqiqətən təəccübləndim. Belə ki, hamıya da məlum olduğu kimi Azərbaycanda iş elanları, iş axtaranlar və işə götürənlər arasında münasibətləri quran və ya tənzimləyən bir neçə aktiv web-səhifə fəaliyyət göstərir. Nəysə, gəlirəm sözümün mustafasına...

İxtisasımla əlaqədar xüsusilə də, marketinq sahəsi ilə bağlı bir neçə elana göz gəzdirməli oldum. Nə görsəm yaxşıdır?! Marketinq menecer vəzifəsi üçün iş elanlarında namizədlərə olan tələblər “Göz qamaşdırıcı” idi. Bir neçə elandakı tələbləri sizinlə paylaşmaq istərdim. Aşağıdakı tələblər məşhur bir şirkət tərəfindən “Marketinq meneceri” vakasiyası üzrə iş elanları saytında yerləşdirilib. 

November 28, 2016

İŞ AXTARANLARA...


Salam aleykum, dəyərli oxucular. Bu dəfə son zamanlar əksər gənclərin, xüsusilə universiteti yeni bitirmiş gənclərin qarşılaşdığı bəzi məsələlər barədə yazmağa çalışacağam. Belə ki...

İlk öncə onu qeyd etmək istəyirəm ki, hərbi xidməti başa vurandan sonra və ya universiteti bitirən kimi başlayırıq iş axtarmağa, intensiv CV-lər göndərməyə, həm də necə gəldi, qarşımıza gələn hər vakansiya üzrə. İş axtarmaq təbii bir prosesdir, hədəfməqsəd olmadan bunu etmək sonda uğursuzluğa gətirib çıxarır və bu da motivasiyanın düşməsi ilə yekunlaşır.
   
Gələk ikinci məsələyə hər bir gənc özünü hansı sahədə daha fayadlı və xoşbəxt olacağını, hansı sahənin onun üçün prioritet olduğunu kəşf etməyi bacarmalıdır. Ən önəmli olan budur- “ÖZÜNÜ KƏŞF ETMƏK”.  Məsələn, pedoqoji və texniki sahənin məzunu ola bilərsiniz, özünüzü orada rahat hiss etmirsinizsə, bu heç də dünyanın sonu deyil, bir ömür boyu xoşbəxt olmayacağın işdə çalışmaqdansa, özünü daha faydalı hesab etdiyin işdə çalışmağın daha düzgün deyilmi?!


Ardını oxumağı unutmayın...

November 5, 2016

SƏN DƏ BƏXTƏVƏR OL

Salam, dəyərli oxucular. Bu dəfəki yazım bir az fərqli olacaq- Vətəndən uzaqda yaşamağı gözə alanlar və onların barəsində olacaq. Təhsil, iş, səyahət və s. məqsədlə xarici ölkələrə yollanan vətəndaşlar az deyil.

Filmlərdə AvropaABŞ həyatı əlçatmaz, dəbdəbəli, əyləncəli, problemlərdən uzaq və möhtəşəm şəkildə nümayiş etdirilir.Beləliklə, bəzi-demokratiya, insan haqqları, gender bərabərliyi və s. kimi dəyərləri əsas götürərək bütün dünyaya özünki kimi təqdim edirlər. Əslində bu  Qərbin çox uğurlu strategiyasıdır. Buna görə də beyinlərimizdə Qərb ölkələrində yaşamaq hər zaman arzu kimi formalaşır.

Ardını oxumağı unutmayın...

October 13, 2016

SEÇKİLƏR YAXINLAŞIR- “SİRLİ” ABŞ

Salam, dəyərli oxucular. Bu dəfəki yazı bütün dünyada diqqət mərkəzində olan, ABŞ-da keçiriləcək prezident seçkiləri barədəsində olacaq.

8 noyabr, 2016-cı il tarixində ABŞ-da növbəti, 58-ci prezident seçkiləri keçiriləcəyi planlaşdırılır. İllərdir davam edən ənənə bu dəfə də olduğu kimi qalır, belə ki, Respublikaçı Demokratlardan olan  2 namizəd- Donald TrampHilari Klinton prezident seçilmək üçün yarışırlar. Gələk əsas məsələyə...

Donald Tramp prezident seçiləcəyi təqdirdə ABŞ sərhədləri boyunca qalalar tikdirəcəyini, imiqrantların, müsəlmanların ölkəyə girişinin qarşısını alacağını dayanmadan vurğulayır. Adı isə qanunsuz vergi qalmaqallarında, qadınlara qarşı təhqirlərdə və s. hallanır.

Hilari Klinton isə hazırki hakimiyyətin tibbi siğorta siyasətinin yalnış olmasında iştirakından tutmuş, müəmmalı elektron adressi məktublarına (e-mail) qədər qalmaqallı müzakirələrdə yad edilir.

October 5, 2016

ŞƏRƏFLİ MÜƏLLİMLƏRƏ...

Salam, dəyərli oxucular. Bildiyimiz kimi, 5 oktyabr Azərbaycanımızda Müəllimlər günü kimi qeyd edilir. Bu dəfəki yazımı məhz müəllimlərə həsr edirəm.

Müəllimlik olduqca şərəfli peşədir. Bəzən bu sözlər şablon kimi səslənə bilər, ancaq bu heç də belə deyil. Danılmaz faktdır  ki, müəllimlər düzgün insanların, savadlı və ixtisaslı kadrların yetişdirilməsində əvəzsiz rol oynayır. Hər birimiz həyatımız boyunca bir neçə müəllimlərdən təhsil almışıq və ya alırıq.

Təhsil aldığım 19 il müddətində olduqca səmimi, xeyirxah, şərəfli, vicdanlı və ədalətli müəllimlərlə rastlaşmaq qismətim olub. Məktəb illərindən tutmuş universitet illərinə qədər. Bəzi təhsil ocaqlarının adını açıqlamağı özümə borc bilirəm:

Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 saylı orta məktəb, Mingəçevir təbiət-riyaziyyat və humanitar təmayüllü lisey, Mingəçevir Politexnik İnstitutu (hazırki Mingəçevir Dövlət Universiteti), Qafqaz Universiteti və Leiria Politexnik İnstitutu (Portuqaliya).

Ardını oxu...

October 2, 2016

AVROPA TƏHSİL SİSTEMİNİN AZƏRBAYCANDA TƏTBİQİ

Salam, dəyərli oxucular. Avropa Təhsil Sistemi (ATS) və ATS-2 adlı yazılarımda Avropa təhsilinin bəzi keyfiyyətli və çox önəmli detallarını sizlərin diqqətinə çatdırmağa çalışmışdım. Mətbuatdan izlədiyim qədərilə artıq bəzi universitetlər bu modeli tətbiq etmək üçün bəzi layihələrin tətbiqinə başlayıblar.

ATS-2 adlı yazımda sizlərə tələbələrin müəllimləri qiymətləndirmə mexanizmləri barədə bəzi məlumatları və təklifləri çatdırmış, Azərbaycan universitetlərində də bunun tətbiq etməyin mümkünlüyündən bəhs etmişdim. ATS-2 adlı yazını oxuya bilməyənlər aşağıdakı link vasitəsilə buyurub oxuya bilərlər:



Ardına baxmağı unutmayın...

August 20, 2016

TURİZM VƏ BİZ-2

Salam, dəyərli oxuyucular! “Turizm və Biz” adlı yazının ilk hissəsində Azərbaycan turizm potensialı, birbaşa turist axının artmasına səbəb olan amillər barəsində yazmağa çalışmışdım. Əvvəlki yazını oxuya bilməyənlər aşağıdakı link vasitəsilə buyurub yazını oxuya bilərlər:



Ardını oxumağı unutmayın...

August 5, 2016

BEŞ İL...

Avqust ayının 6-ı 2011-ci il… İlk bloq yazısı yazdığım gün… Məni sizə bir bloqçu kimi tanıdan gün...

Bugün nə az, nə çox, beş il tamam olur. Həqiqətən də səhifəmin statistik rəqəmlərinə baxanda çox sevinirəm, çünki bu işdə bu qədər uğurlu qazanacağımı bilməzdim. Maraqlıdır ki, heç bir reklam və piar olmadan sadəcə öz facebook profilim vasitəsilə paylaşdığım yazılara müxtəlif - xüsusilə Türkiyə, ABŞ, Portuqaliya, Rusiya, Almaniya, Hollandiya, Böyük Britaniya, Fransa, Ukrayna, Əlcəzair ölkələrdən daxil olmalar var və 9615 oxucu tərəfindən mütəmadi olaraq yazılar oxunur.
Ardını oxumağı unutmayın...

July 29, 2016

TURİZM VƏ BİZ

Salam, dəyərli oxuyucular! Bu dəfəki yazım turizm haqqında olacaq. Azərbaycan turizm potensialı kifayət qədər olan bir diyardır, bu halda nə üçün ölkəmizə yetərincə turist gəlmir?! Bu suala cavab verə bilmək üçün bir qədər müqayisəli araşdırma etdim və bu araşdırmanı təqdim edirəm.

July 21, 2016

"WELCOME TO AZERBAİJAN" (AZƏRBAYCANA XOŞ GƏLMİŞSİNİZ)

Salam dəyərli oxucular!
Bu yaxınlarda Vətənə dönmək üçün Porto-İstanbul-Tbilisi uçuşu üzrə bilet almalı oldum. Niyə məhz Tbilisiyə bilet almağımın səbəbi isə yəqin ki, heç kəsə sirr deyil. Bakıya qiymətlərin nə az, nə çox 2 dəfəyə yaxın artıq olması. Tbilisi üzrə qış mövsümündə Türk Hava Yolları ilə 289-300€, yay zamanı isə 389-403€ arasında dəyişir. Bakıya isə nə az, nə çox 550-750€ arası dəyişir. Aradakı fərq yəqin ki, anlaşılır. Nəysə, sözüm onda yox.


Gürcüstan sərhəddindən Vətən torpaqlarına keçərkən "Welcome to Azerbaijan" ("Azərbaycana xoş gəlmisiniz") yazısını görüb elə sevindim ki. Amma sonrası heç də ürək açan olmadı.

ARDINI OXUMAĞI UNUTMA...

July 17, 2016

TÜRKİYƏDƏ NƏLƏR BAŞ VERİR?

Salam dəyərli oxucular! Bu dəfəki mövzu son günlərdə qardaş Türkiyədə baş verən hərbi çevriliş barəsində olacaq.

Məlum olduğu kimi Türkiyədə iyulun 15-dən 16-na keçən gecə hərbi çevrilişə cəhd olmuşdur. Türkiyədə hərbi çevrilişə cəhdin arxasından Hərbi Hava Qüvvətlərinin keçmiş rəhbəri general Akın Öztürk və kürəkəni polkovnik-leytenant Hakan Karakuş olduğu vurğulanır: (Mənbə: cnnturk xəbər)

“Məlum generalın əvvəlcədən fəttullahçılarla (FETÖ) ilə əlaqəsinin olması iddia edilirdi. Akın Öztürkün hərbi çevriliş edə biləcək potensialının olmasını bir qrup zabit keçən ildən rəhbərliyə çatdırıbmış. Türk Silahlı Qüvvətlərini FETÖ ilə bağlantıları olan hər bir kəsdən təmizlənəcəyini bilən Öztürkün general Metin İyidil ilə birlikdə hərbi çevrilişə hazırlaşdığı bildirilir. Əgər hərbi çevriliş uğurlu olsaydı Akın Öztürk Baş qərargah rəisi olacaqdı. 



June 18, 2016

AVROPA TƏHSİL SİSTEMİ-2

Salam, dəyərli oxuyucular! Əvvəlki yazıda Avropa Təhsil Sistemi (ATS), xüsusilə Avropadakı ali təhsil müəssisələrindəki təhsil, qiymətləndirmə sistemi, müəllimlər, maddi-texniki baza, kitabxana, yeməkxana barəsində məlumat vermişdim.

Bu dəfə isə əsasən müəllim-tələbə münasibətləritələbələrin müəllimləri qiymətləndirmə mexanizmləri barədə sizi məlumatlandırmağa çalışacam.

ARDINI OXU...

June 2, 2016

İSTEHLAKÇI HÜQUQLARI


Salam, dəyərli oxucular! Bu dəfəki yazı Avropadakı, xüsusilə Portuqaliyada olan istehlakçı hüquqları barədə olacaq. 8 aydan çoxdur Portuqaliyada yaşayıram. Başıma gələn maraqlı bir hadisəni sizlərlə paylaşacam…İstehlakçı kimi hüquqlarınızı bilirsinizmi?


Ardını oxumağı unutma…

May 15, 2016

KƏND MƏKTƏBİNDƏN XARİCDƏ TƏHSİLƏ- EMİL GÖYÜŞZADƏ İLƏ MÜSAHİBƏ

Salam, dəyərli oxuyucular! Bu dəfəki mövzu xaricdə təhsillə bağlıdır. Müsahibim isə Emil Göyüşzadədir.

-Salam, xoş gördük. İlk əvvəl zəhmət olmasa özünüz haqqında  məlumat verin.

Salam, Mən Göyüşzadə Emil Göyüş oğlu, 1991-ci il aprel ayının 11-i Salyan şəhərində anadan olmuşam. Orta təhsilimə 1997-ci ildə Salyan rayonu Z.Həmidov adına Çuxanli kənd orta məktəbində başlamışam və 2008-ci ildə həmin məktəbi uğurla bitirmişəm. Həmin ili Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) Energetika fakultəsinə qəbul olmuşam. 2012-ci ildə bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişəm və həmin ili ADNSU-nun Energetika fakültəsinin magistr dərəcəsinə qəbul olmuşam. Bir il hərbi xidmət keçdikdən sonra magistr təhsilimi davam etdirmişəm və 2015-ci ildə müvəffəqiyyətlə bitirmişəm.

Ardını oxumağı unutmayın ...

March 11, 2016

AVROPA TƏHSİL SİSTEMİ

Salam, dəyərli oxuyucular! Bu dəfəki mövzu Avropa Təhsil Sistemi (ATS), xüsusilə Avropadakı ali təhsil müəssisələrindəki təhsil, qiymətləndirmə sistemi, müəllimlər, maddi-texniki baza, kitabxana, yeməkxana barəsində olacaq və keçirəm əsas məsələyə...

İlk öncə ümumi olaraq bəzi məsələləri qeyd etmək istərdim.

Avropada müəllim ayağını stolun üstünə qoya, dərsə cinslə və ya gündəlik geyimdə, saqqallı gələ bilər, ancaq əsas odur ki, müəllim dərsi maraqlı idarə edə bilir.  

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...