Dumansız...
Bəli, dumansız... Səhv görmürsünüz, hər şeyi doğru müşahidə edirsiniz. Həyatımda duman yoxdur və hər şey xoşdur, keçirəm əsas məsələyə...
Sağlamlıq
insan həyatını xoşbəxt edəcək əsas amillərdən biridir desəm, yanılmaram.
Kimisi, həyatını sağlam şəkildə, kimisi isə pis vərdişlərin aludəçisi olaraq
keçirir.
Siqaret... Əzablı ölüm, bədbəxt
sona gətirib çıxarır.
Siqaret maddi, mənəvi, fiziki, həm də psixoloji olaraq
sağlamlığımıza mənfi təsir edir. İlk öncə maddi tərəfləri barədə: Kiçik araşdırmam sahəsində müşahidə etdim ki, aylıq siqaret xərcləri 25-30, bəzilərində isə hətta 35-40 manat arasında dəyişir. Düşünün, minimum əmək haqqı alan orta Azərbaycan vətəndaşı 120-140 manatın 1/4 –ni buna xərcləsə, nə baş verir?