October 28, 2014

HÜQUQLARIMIZI BİLƏK, MƏİŞƏT ZORAKILIĞINA YOX DEYƏK...


Salam, əziz dostlar. “Hüquqlarımızı  bilək, məişət zorakılığına yox deyək” adlı yeni layihəmiz 2014-cü il 9-10 noyabr tarixlərində, Mingəçevir şəhərində baş tutacaq, inşAllah. Layihə BMT-nin CBCS proqramı çərçivəsində reallaşacaq. Layihə 2 gün, hər gün 3 saat olmaqla nəzərdə tutulub. Peşəkar təlimçilər tərəfindən İnsan Hüquqları, Məişət zorakılğı və erkən nigahın nəticələri barədə dolğun təqdimatlar keçiləcək.


Layihənin iştirakçıları üçün yaş həddi 16-28-dir. Müvafiq ərizə formasını 5 noyabr, 2014-cü il saat 20:00 tarixinə qədər masimovvahid@gmail.com email adressinə göndərməyiniz xahiş olunur. Ərizə formaları ekspertlər tərəfindən baxıldıqdan sonra sizə cavab veriləcək. 10 noyabr isə layihənin son günü olacaq. Maraqlı və qeyri-ənənəvi layihəmiz sizi maraqlandırırsa, buyurun müraciət edin.





October 4, 2014

XARİCDƏ TƏHSİL ALMAQ ÜÇÜN NƏ ETMƏLİYİK?

Salam, əziz və dəyərli oxucular. Söz verdiyim kimi xaricdə təhsillə bağlı yazımı sizlərlə paylaşıram. Xaricdə təhsil almaq arzusunda olanlar, bir az da yaxına gəlin və bütün detalları diqqətli oxuyun.

İlk öncə qeyd edim ki, Avropa, Amerika, həmçinin AvstraliyaAsiyanın bir çox tanınmış universitetlərində oxuya bilərik, hər birimiz. Sadəcə bizdən tələb olunan detallar var...

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...