January 28, 2017

AVROPA NƏQLİYYAT SİSTEMİ

Salam aleykum, dəyərli oxucular.

Bu dəfə sizə Avropa Nəqliyyat Sistemi haqqında bəzi məlumatları çatdıracam. Düşünürəm ki, Avropada nəqliyyatın təşkili, idarəetmə sistemi, şəhərlərarası və beynəlxalq reyislərin təşkili və bəzi məqamlar barədə məsələlər diqqətinizi cəlb edəcək.
Avropada olduğum müddətdə etdiyim müşahidələr əsasında deyə bilərəm ki, Avropada nəqliyyat sistemi insanların rahatlığı baxımından olduqca əlverişlidir. Almaniyada, xüsusilə Berlində nəqliyyat sisteminə heyran olmamaq mümkün deyil. Təssəvvür edin ki, üç və ya dörd mərtəbədən ibarət dəmiryol vağzalları, şəhərdaxili və şəhərlərarası qatar, metro eyni bir stansiyada qurulub. Uyğun olaraq dəmiryolu, şəhərdaxili və şəhərlərarası, metro qatarları 1-2-3-4-cü mərtəbələrdə yerləşdirilib. Dəmiryolu vağzalına getmək üçün şəhərin bu başından o başına getmək məcburiyyətində deyilsən. Buna deyərəm, alman beyini və inkişafı.

January 18, 2017

QAFQAZSIZ QALDIQ...

Salam, dəyərli oxucular!


Son günlərdə Qafqaz Univeristeti (QU) ilə bağlı tirajlanan xəbərlər bir qədər təəssüf hissi doğurur. Belə ki, ilk əvvəl universitetə yeni rektor təyin olunandan sonra bir sıra işçilərin  işdən çıxarılması ilə başlanan narazılıq, tələbələrin bəzi iradlarının yeni yardılan işçi heyət tərəfindən qəbul edilməməsi fonunda baş verənlər nələrdənsə xəbər verirdi. Daha sonra isə 2017-ci ilin ilk günlərindən etibarən Türkiyənin bəzi KİV-lərində QU məzunlarının diplomlarının Türkiyədə tanınmayacağı ilə bağlı verilən rəsmi açıqlamalar, işin bir qədər mürəkkəbliyini göstərirdi.

18 Yanvar, 2017-ci il. Ölkə gündəmində yeni xəbər- “Qafqaz Universiteti ləğv olundu”.

AzVision.az-ın xəbərinə istinadən, rektor Havar Məmmədov açıqlamasında bildirib ki, təsisçi Azərbaycan Beynəlxalq Təhsil Kompleksi tərəfindən universitetin fəaliyyəti 9 yanvar tarixindən dayandırılıb. “Hazırda Universitetdə əvəzetmə komissiyası işləyir. Universitetin adı dəyişdirilməyəcək. Hər halda dövlət universiteti olacaq. Təhsil Nazirliyi tabeliyində olan universitetlərə necə nəzarət edirsə, bu da elə olacaq. Yaxın vaxtlarda dövlət tərəfindən universitetin fəaliyyət sferası ilə bağlı qərar qəbul ediləcək”. 

Daha sonra isə  Lent.az-ın xəbər verib ki, Qafqaz Universiteti tamamilə ləğv olunacaq və əvəzində isə Bakı Mühəndislər Universiteti yaradılacaq deyildi.

Bir şeyi də xatırladım ki, son 5 ildə QU məhz Dünya Universitetləri Reyting Cədvəlində (QS WORLD UNIVERSITY RANKING) ilk 700 univeristet içərisində, Azərbaycan üzrə isə birinci idi.

QU təhsilindən magistratura pilləsi üzrə yararlanmaq, iki il həddindən artıq professional professor-müəllim heyəti, səmimi və mehriban insanlarla, olduqca dəyərli tələbə yoldaşlarımla tanış olmaq imkanım olmuşdu. Azərbaycanda ilk dəfə olaraq müəllim-tələbə münasibətlərinin bu qədər yaxınsəmimi olduğunun şahidi olmuşduq. Adətən professorlarla dostluq münasibətinin olması Azərbaycanda bir qədər qeyri-ənənəvi kimi görünüb. QU isə bunu ənənəyə çevirmişdi, sadəcə. Professorlarla bərabər səmimi bir ortamda çay içmək,  məsələləri müzakirə etmək, dərsin gedişatını olduqca effektiv təsir edən amillərdən idi. Müəllimlərdən biri hətta bir dəfə bir tələbə dostumuzun təhsil haqqını ödəmişdi, həm də heç bir məqsəd güdmədən. Bunun adı insanlıqxoş niyyətdir.

January 15, 2017

AVROPA TƏHSİL SİSTEMİ: ÜÇÜNCÜ YAZI

Salam, dəyərli oxuyucular!

Əvvəlki yazılarda – (Avropa Təhsil Sistemi-ATS və ATS-2), xüsusilə Avropadakı ali təhsil müəssisələrindəki təhsil, qiymətləndirmə sistemi, müəllimlər, maddi-texniki baza, kitabxana, yeməkxana barəsində məlumat vermiş, müəllim-tələbə münasibətləritələbələrin müəllimləri qiymətləndirmə mexanizmləri barədə yazmış və bu sistemin Azərbaycanda tətbiq edilə biləcəyini bildirmişdim. ATS ATS-2 adlı yazını oxuya bilməyənlər aşağıdakı linklər vasitəsilə buyurub oxuya bilərlər:



Avropa təhsilinə inteqrasiya etmək, Avropa və Qərb təhsil təcrübəsinin öyrənilməsi ölkəmizdə tətbiq edilməsi baxımından olduqca vacib məsələdir. Bu yazıda isə daha çox Avropa universitetlərinin, xüsusilə yuxarı kurs və magistratura pilləsi tələbələri üçün praktika-təcrübə imkanları barədə olacaq.

January 7, 2017

VƏTƏNDƏN 6000 KM UZAQ...

Dəyərli oxucu, bu dəfə etibarsızlıqdan, etinadsızlıqdan, biganəlikdən yazmağa çalışdım.


ETİBARSIZLIQ, ETİNADSIZLIQ, BİGANƏLİK…

Niyə bizi nsanlar ətrafımızdakılara qarşı bu qədər biganəyik? Sevdiklərimizin qədrini yalnız onlar yanımızda və ya həyatda olmadıqda anlayırıq.

Sevdiklərini itirib-axtarmamasının, biganəliklərinin səbəbini“vaxtsızlıq”kimi bəhanələrlə əsaslandıranlar, haqqqazandırmağa çalışanlar. Yəqinki, sizdə dəfələrlə bunun şahidi olmusunuz.
Bağça, məktəb, universitet, hərbi xidmət, iş kollektivi və s. müəyyən qədər çevrəyə sahiblik formalaşdırır. Ələkdən keçirə-keçirə bir də görürsən…

Etibarsızlar kütləsi. Bu kütləyə daim öz işləri, məqsədləri və maraqları naminə səni axtaranlar daxildir. Məşhur amerikalı sosioloq Louis Wirthin fikri yadıma düşür belə anlarda: “İnsanlar müəyyən zamandan sonra aralarında olan dostluq-qohumluq münasibətlərini yalnız öz maraqları çərçivəsində davam etdirəcəklər”. Uzun sözün qısası sosioloq hələ XX əsrin əvvəllərində bu nəzəriyyəni irəli sürərək, maraq və məqsədlər daxilində insanların bir-birindən “istifadəsinin”mümkünlüyünü vurğulamışdır.

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...