Dəyərli
oxucu, “Uğura Gedən Yol” adlı kitabımız nəhayət ki, işıq üzü gördü. Kitabda gəncləri
maraqlandıran mövzular, xüsusilə də uğura çatmaq yolları və formulları qeyd
edilmişdir. Son zamanlar inkişaf edən Azərbaycan gəncliyinin diqqətində
saxlaması vacib olan məqamları qeyd etməyə çalışmışıq.
Real hadisələrdən,
təcrübələrdən qaynaqlanaraq yazılan bu kitab ümid edirəm ki, gənclər üçün əsil
motivasiya mənbəyinə çevriləcək. Kitabın yazılmasında başlıca məqsəd gənclərin,
xüsusilə də tələbələrin, məzunların, iş axtarışında olan, uğur qazanmağa can
atan, lakin nəyi necə etməyin yolunu tam bilməyən, təcrübəsi olmayan, buna baxmayaraq
istedadı olanların yoluna işıq olmaqdan ibarətdir.Şəxsi inkişafınızın təmin olunması üçün yazılan kitabın əsas üstünlüklərindən biri terminlərlə, anlaşılması çətin olan ifadələrlə deyil, sadə və anlaşılan dildə yazılmasıdır. Şəxsi inkişaf, motivasiya ilə bağlı oxuduğunuz ilk kitab olmaya bilər. Bəlkə son da olmayacaq. Lakin bu kitab sizin stolüstü kitabınıza çevriləcəyinə ümid edirəm.
Monotonluğu,
şablonluğu ilə seçilən, nəzəri və bir qədər abstrakt görünən digər kitablardan fərqli
olaraq “Uğura Gedən Yol” adlı kitabda konkret olaraq real uğur hekayələri,
hadisələrdən seçilmiş və uğurlu olmağın formulları açıq şəkildə göstərilmişdir.
Kitabı oxuyarkən digərlərindən fərqli olduğunun şahidi özünüz olacaqsınız.
Qeyd edim
ki, Uğura Gedən Yol kitabını "Əli və Nino" kitab mağazalarından, Bakıda və regionlarımızda olan bütün
"Ofisait" kitab mağazalarından, həmçinin Mingəçevirdə olan
"Kitabım" kitab mağazasından, Lənkəranda da "Book Land Lankaran" və
"Ofisait"-dan əldə edə bilərsiniz. Dəyərli oxucu, həcmi çox
da böyük olmayan bu kitabı oxumaq və yazılanları həyatına tətbiq etməyə cəhd etməkdə fayda var.Hər şey ürəyinizcə olsun!
Vahid Məsimov.
Salam Vahid bəy. Siz hansı yolda( və ya hansı sahədə ) uğur qazanmısız bilmək olarmı?
ReplyDeleteVe aleykum salam.
DeleteVahid Məsimovun 8 il təlimçi olaraq təcrübəsi var. Bu müddət ərzində müxtəlif yerli və beynəlxalq təşkilatlar üçün korporativ təlimlər, şəxsi və peşəkar inkişaf, Liderlik, Vaxtın İdarə Olunması, Xaricdə Təhsil, Demokratiya, İnsan Haqqları, Məişət Zorakılığı, Komanda Quruculuğu, Satışın İdarə Edilməsi, Müştəri Məmnuniyyəti, Karyera Planlama üzrə 100-dən yuxarı təlimlər keçmişdir. Bundan əlavə, təlimçilər üçün təlim peşəkar kursu da daxil olmaqla, 25-dən artıq yerli və beynəlxalq təlimlərdə iştirak etmişdir.
Bakalavr dərəcəsini iqtisadiyyat və idarəetmə üzrə fərqlənmə diplomu ilə bitirmişdir, Qafqaz Universitetində Dövlət Strukturlarında Menecment üzrə magistr təhsilini də fərqlənmə ilə bitirdikdən sonra, Portuqaliyada ikinci dəfə Beynəlxalq Biznes və Marketinq ixtisası üzrə magistr təhsilini fakultə birincisi kimi tamamlamışdır. Magistr dissertasiya mövzusunda dünyada ilk dəfə olaraq müvafiq sahə üzrə detallı araşdırma təqdim edən azərbaycanlı araşdırmaçıdır.
Peşəkar və şəxsi inkişaf, biznes təlimləri (Vaxtın idarə edilməsi, komanda quruculuğu, motivasiyası, təqdimat bacarıqları, xaricdə təhsil, CV hazırlanması, insan haqqları, satışın idarə edilməsi və s.) üzrə ixtisaslaşmışdır. QHT sektorunda və bank-maliyyə sektorunda layihə idarəetməsi və liderlik, heyətin inkişaf üzrə, satışın idarə edilməsi və marketinqin təşkili sahəsində layihə təcrübəsinə malikdir. “Sülh Korpusunun” (Peace Corps) bəzi layihələrində və BMT-nin “İnsan haqqları ” ilə bağlı layihəsində layihə rəhbəri kimi, bank sektorunda satışlar və fiziki şəxslərə əməliyyat şöbəsinin mütəxəssisi kimi çalışmışdır. Hazırda Azərbaycanda qida və qeyri-qida sektorunda ən böyük şirkətlərdən biri olan şirkətin İnsan Resursları Direktorluğu, Təlim və İnkişaf Şöbəsində Biznes təlimçisidir. Təlimlərin və təlim materiallarının qiymətləndirilməsi üzrə, eyni zamanda, təlim materiallarının hazırlanması üzrə təcrübəsi var.
This comment has been removed by the author.
ReplyDelete