Sizə söz verdiyim kimi yeni bir bloq yazısı təqdim edirəm.
Niyə biz insanlar ətrafımızdakılara qarşı bu qədər biganəyik? Sevdiklərimizin qədrini yalnız onlar yanımızda və ya bu həyatda olmadıqda anlayırıq. Sevdiklərimizə qarşı biganə qalmayaq, hər zaman bizi xoşbəxt edə biləcək insanların qədrini bilək.
"Dost-qardaş" dediklərin səni itirib-axtarmır. 20 dost dediyin var idisə, ələkdən keçəndən sonra cəmi 3-4 nəfər qalır.
Hərbi xidmət elə bir yerdir ki, orada hər şey tam fərqli olur. Hər zaman istəyirsən ki, dostların səni axtarsın, hal-əhval tutsunlar. Bir sözlə, diqqət istəyirsən balaca uşaq kimi. Bu diqqəti görmədikdə isə insana bir az pis təsir edir.

Deyəcəksiniz ki, niyə
brdən-birə bu haqda yazmağa qərar verdin? Təbii ki, gördüklərim yazmağıma
şərait yaradır.
"Dost-qardaş" dediklərin səni itirib-axtarmır. 20 dost dediyin var idisə, ələkdən keçəndən sonra cəmi 3-4 nəfər qalır.
Hərbi xidmət elə bir yerdir ki, orada hər şey tam fərqli olur. Hər zaman istəyirsən ki, dostların səni axtarsın, hal-əhval tutsunlar. Bir sözlə, diqqət istəyirsən balaca uşaq kimi. Bu diqqəti görmədikdə isə insana bir az pis təsir edir.
Sevdiklərimizə qarşı biganə qalmayaq ki, onları itirməyək!!! Əks halda
illərlə qazandığımız dostları itirə bilərik.
Növbəti yazılarda oxunmaq ümidilə...
Vahid Məsimov
Növbəti yazılarda oxunmaq ümidilə...
Vahid Məsimov