June 12, 2015

OLİMPİYADALARIN BOL OLSUN, AZƏRBAYCAN!

Bildiyiniz kimi bugün Bakı Birinci Avropa Oyunlarına ev sahibliyi etdi. Uzun bir hazırlıq mərhələsindən sonra bugün möhtəşəm hazırlığın şahidi olduq. Baku2015-i ev sahibliyi etdiyimiz ən böyük miqyaslı layihə hesab etmək olar. Bu baxımdan təbii ki, 2 il öncədən bu layihə üçün hazırlıqlar başlandı. Çox böyük əhəmiyyətli infrastruktur layihələri- stadion, idman komplekslərinin tikintisi, yeni yolların, tunellərin salınması, bərpa olunması və s. kimi məsələlər öz həllini tapdı. Ən əsası isə bu oyunlar ərəfəsində illərdir dəyişə bilmədiyimizi polislərin, metro işçilərinin davranışlarından, səliqəli kastyumlarından, yollarda tıxacların aradan qaldırılması məqsədilə cani-könüldən işləyən yol polislərindən tutmuş ictimai nəqliyyat sürücülərinin qalstukuna kimi hər şey dəyişdi.

Uğurlu və müsbət dəyişikliklərin hər zaman tərəfdarıyam. Bu dəyişikliklər də olduqca sevindirdi məni. Amma bir məsələ var ki, bu dəyişiklərin Baku2015-dən sonra davam edib-etməyəcəyi məni düşündür. Digər tərəfdən isə düşünürəm ki, olduqca qüdrətli Azərbaycan bu layihələri, dəyişiklikləri görəsən, 5-7 il bundan öncə edə bilməzdimi? Niyə məhz 2015-də etdik bunları? Əgər indiki reallaşdırılan layihələri və görülən işləri etmək iqtidarında idiksə, hər gün niyə 20 Yanvar dairəsində pik vaxtlarda nəqliyyat iflic olurdu, yollar niyə düzəlmirdi, infrastruktur layihələri niyə az idi?

10 iyunda Hollandiya tərəfi 2019-cu ildə keçirilməsi planlaşdırılan ikinci Avropa oyunlarını keçirməkdən imtina etdi. Təklif edirəm ki, sayca ikinci olan bu yarış da Azərbaycanda keçirilsin. Buna əsas da var, çünki biz artıq Baku 2015-də təcrübə qazanmışıq, stadion, idman kompleksləri tikilib, infrastruktur layihələri reallaşıb, professional işçi komandası, könüllülər dəstəsi formalaşıb. Baku2015 mütəmadi olaraq mətbuatda 7-9 milyarda manata yaxın dəyəri olan bir layihə kimi təqdim olundu. Ancaq Baku2019 üçün bizə 70-80 milyon manat kifayət edəcək, nəzərə alsaq ki, Baku2019-da gələn turist, idmançı, nümayəndə heyəti, akreditasiya olunmuş jurnalistlərin xərclərini də biz qarşılamayacayıq, o zaman gəlirlərimiz daha çox olacaq, bu isə bizə Baku2019 keçirilməsi üçün yaxşı bir stimul verməlidir.

Olimpiyadaların bol olsun, Azərbaycan!” deyirəm. Uğurlu dəyişikliklər davam etsin, çünki dəyişiklik inkişafa aparan yoldur. Ancaq bu dəyişikliklər layihələrdən sonra da qalması ümidilə...

Növbəti yazılarda oxunanadək...

Vahid Məsimov
  

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...