Biri var idi, biri yox
idi...
Bir şir var idi. Bu şir digər şirlərdən hər
zaman liderlik, cəsarətlilik və mərdlik baxımından fərqlənirdi.
İllərlə bu şir olduğu ərazilərdə "ağalıq" edə bilmək bacarığına sahib
idi. Xüsusi statusa malik olan bu şir hamı tərəfindən sevilmirdi.

Bəzən etdiyi "haqsızlıqlar", "ədalətsizliklər" səbəbindən ona qarşı əks komandada yer alan çaqqallar və tülkülərin sayı gündən-günə artırdı. Bir çoxlarına görə isə olduqca
ədalətli birisi idi, bu şir.
Möhkəm, dözümlü və yenilməz kimi görünən bu şirin illərlə sürən hakimiyyəti
yavaş-yavaş sona çatmış kimi görünürdü. Ətrafda olan leş yeyənlər, çaqqallar
sanki hiss edirmiş kimi pusquda gözləyirdilər.
Nə az, nə çox tam 8000
gün keçirdi. Şir artıq özü də anlayırdı, ətrafdakıların ona cəbhə qurduğunu.
Ancaq təslim olmaq istəmirdi, mübariz və qürurlu şir elə
bil əmin idi ki, bu qaranlıq gecələr bitəcək.
Amma şir bir şeyi
unudurdu: "Zamanında başqalarına etdiyi haqsızlıq və ədalətsizlikləri
özünə qarşı etməyə başlayırdılar".
Qürurlu şirin sonrakı aqibəti,
pusquda gözləyən çaqqal və tülkülərin hansı strategiya ilə şirə yaxınlaşmaları
barədə hekayənin ardı yeni bloq yazısı vasitəsilə sizə təqdim olunacaq…
Həyat
bumeranqdır, dəyərli oxucu, etdiyimiz yaxşılıqlar və ya pisliklər bir gün
mütləqli şəkildə özümüzə qayıdacaq.
Növbəti yazılarda oxunmaq ümidilə...
Vahid Məsimov