2 aya yaxındır bizləri evlərimizdən ehtiyac olmadıqca çıxmamağa məcbur qoyan COVİD-19 və bu karantin günlərində onlayn vebinar, təlim, seminar və s. adı ilə bizə özlərini "təlimçi", "müəllim", "ekspert", "spiker", "natiq" kimi göstərməyə çalışanlar...
Nəysə uzun sözün qısası- sosial şəbəkələrdə demək olar ki, danışan hər kəsin az qala özünü təlimçi adlandırdığı bir dövrü də gördük.
Bu yaxınlarda sosial şəbəkələrdə yazdığım bir status, əməlli-başlı müzakirələrə səbəb olmuşdur, orada isə sadəcə aşağıdakı fikirləri qeyd etmişdim:
"Karantin günlərində danışa bilən hər kəsin özünü təlimçi adlandıraraq, "təlimlər" verməsini də bizə göstərdin, ay COVİD-19! Yağışdan sonrakı göbələk məsəli.
"
Özünü təlimçi, müəllim, natiq və s. adlandıran kimsə ən azından aşağıda qeyd etdiklərimizi bilməlidir ki, peşəkar adına sahib ola bilsin:
- Təlim metodikası;
- Tədris üsulları;
- Tədris piramidası;
- Təqdimat planı;
- Təlimlə seminarın fərqi;
- Təlim planı;
- Təlim materialların hazırlanması texnikası;
- Öyrənmə və öyrətmə mərhələsi;
- Təqdimatı gücləndirəcək vasitələr;
- Vizual dəstək;
- Rənglərin önəmi;
- Kommunikasiya bacarıqları;
- Dinləmə texnikaları;
- Bədən dili;
- Səs tonu;
- Diksiya;
- Auditoriyanın idarə olunması;
- Təlim keyfiyyətinin metrikslərinin metodologiyası;
- Kirkpatrick-Philips modelleri və s.
Qeyd etdiklərim sadəcə ilkin baza üçün önəmlidir. Bunun təbii ki, davamı da var. Təqdimat hazırlanarkən söz yığını və vizual dəstək elementlərindən doğru istifadə etməyi bacarmayan insan, nə qədər mükəmməl nitqə də sahib olsa da, çıxışı o qədər də uğurlu olmayacaq. Çünki, elmi araşdırmalara görə insanlar 83% görmə duyğularıyla öyrənməktədirlər. Yəni, vizual dəstək elementləri texnikasını bilmək təqdimat edən üçün olduqca önəmli mövqeyə malikdir.
Bunun üçün illərdir peşəkar olaraq "Təlimçilər üçün təlim" (Train of trainers-TOT) mövzusunda bu sahədə özünü inkişaf etdirmək və professional olmaq istəyən hər kəsə təlimlər keçirik.
Ümid edirəm ki, auditoriya və ya iştirakçılar zamanla hər kəsə doğru-düzgün ad qoya biləcək- peşəkar təlimçi, maarifləndirən, məlumatlandıran, boş danışan, faydalı danışan ifadələri də leksikonumuza daxil olacaq.😊
Növbəti yazılarımızda oxunanadək...
Vahid Məsimov ©
