August 25, 2011

TELEVİZİYA KANALLARININ ARAQ “SEVDA”SI

Bütün müsəlman hesab edilən ölkələrdə qeyd edildiyi kimi Azərbaycanda da Ramazan ayı qeyd edilir və özünəməxsus bəzi qaydaları ilə seçilir.

Hər gün olduğu kimi 10 gün bundan əvvəl də iftarımı açıb, televizor qarşısına keçdim. Televiziya (TV) kanallarını bir-bir çevirdim və elə bildim ki, hər hansı bir xristian ölkəsindəyəm. Azərbaycanın ən “reytinqli” hesab edilən TV kanallarında spirtli içkilərin, xüsusilə araq, pivə reklamları yayımlanırdı. Bu kanallar siyahısına Lider TV və ATV (Azad Azərbaycan TV) başçılıq edir. 

Başqa vaxt bu TV kanalları (Lider TV və ATV) “din”, “vətənpərvərlik”, “vətənə sədaqət”dən danışırlar. :) Bəs necə oldu sizin dininiz, vətənpərvərlik hissləriniz ? Axı biz müsəlmanıq. Müsəlmana belə şeylər yaraşmaz... :( Bilirəm ki, bəziləriniz bu yazıya görə məni qınıyacaqsınız. Deyəcəksiniz ki, onsuz da televiziya kanalları o rekalmları 23:00-da veririlər. 11 ay verdin də, bəs eləmədi ki, hətta müqəddəs hesab etdiyimiz Ramazan ayında da verirsiniz, o reklamı? Onu da əlavə edim ki, Lider TV artıq spirtli içkilərlə bağlı reklamı 21:00 da yayımlamağa başlayıb. :(  Hətta Rusiyada olan televiziyalar və digər xarici televiziyalarda belə reklamlar gecə saatlarında yayımlanır və aşağı hissədən “Sağlamlığınız üçün təhlükəlidir” sözləri yazılır. Lider TV və ATV isə bu prinsipə əməl etmir və əlavə edir “Göz yaşı qədər təmiz”, “Sağlamlığınız üçün etibarlı” və s. 

August 20, 2011

İnternet, sosial şəbəkələr yoxsa kitabxana?!

Bu yaxınlarda Mingəçevirdə olan kiçik kitabxanalardan birinə getməli oldum. Kitabxananın qapısından içəri girəndə əvvəl elə bildim ki, kitabxana işləmir, çünki oxucu zalında heç kim yox idi. Amma içəridə kitabxanaçıları görüb əmin oldum ki, kitabxana işləyir...Özümə lazım olan ədəbiyyatın bir neçə səhifəsini oxuyub, icazəsini alıb kitabı özümlə evə gətirdim.

Sonra isə şəhərimizdə yerləşən digər kitabxanalara da baş çəkdim. Şəhər kitabxanalarının demək olar ki, çoxunda oxucu problemi var idi. 

18 avqust yuxudan oyanan kimi Kürün yaxınlığında yerləşən və şəhərimizdə ən böyük kitabxana olan Molla Pənah Vaqif adına Mərkəzi kitabxanaya getdim. Kitabxana müdirəsinə gəlməyimin səbəbini izah etdim. Müdirə digər məmurlardan fərqli olaraq məni çox xoş qarşıladı və bir neçə şəkil çəkmək  üçün  icazə verdi. Müdirə də kitabxanalar oxucu azlığının olmasını təsdiq etdi...

August 10, 2011

Fantanlaların acı taleyi...

Yorucu gün keçirdikdən sonra istirahət etmək üçün dostum Elvinlə birlikdə parka getdim... Kaş ki, getməzdim. Nə görsəm yaxşıdır??? Bərbad vəziyyətdə olan fantanlar və daha nələr-nələr... Şəhərin fəxr edilməli olan Kür qırağına gəlib çatdıq... İndi isə fəxr edilməli heç nə qalmayıb burada. Çirkli Kür, baxımsız vəziyyətdə olan fantanlar, kafelərin əlindən tərpənə biməyən sakinlər... Babat əsəbləşdikdən sonra bir qədər gəzdik oraları...Bax budur indiki Kur qırağındakı fantanların acı taleyi ...  

Sonra isə əsəbləşmədim, bloqum üçün yeni və maraqlı mövzu tapdığım üçün sevinməyə başladım və fotoaparatı əlimə götürüb başladım işə...  Əsas istəyim isə bunu sizin də görməyiniz idi...


Sonra isə bütün Mingəçevir sakinlərinin tanıdığı Dram Teatr tərəfə getdik... Orada da fantanlar eyni gündə, yəni bərbad vəziyyətdə idi... Fantan düzəldilibsə, isti yay günlərində niyə su gəlmir axı? Yoxsa, Mingeçevirdə də su problemi varmı? 
Keçən  il Rusiyada olan qohumum şəhərimizə qonaq gəlmişdi. Dedi ki, məni şəhərinizlə tanış et. Mən də ona şəhəri göstərdim. Çirkli ərazilərin harda olduğunu bildiyim üçün onu aparmadım o yerlərə. Özü əli ilə Kürün namətiz ərazilərinə işarə etdi...Mən də apardım və... Həmin günü çox utanmışdım... Amma mən utanmalı deyiləm... Buna cavabdeh olanlar utanmalı və müvafiq qərarlarla bunu tənzimləməlidirlər.
Baxın görün biz insanlar nələrər “qadirik” ??? Bir şeyi yeyib niyə onu fantanın içinə doldururuq? Həmin yerdə zibil qabı var axı. Öz evimizdə su kranının içini yediklərimizlə doldururuqmu? Təbii ki, heç kəs öz evini zibilləmir. Bəs niyə Mingəçevir kimi təmiz bir şəhəri zibilləyirik??? 
Sözüm sənə, onlara, bizlərədir... Gəlin şəhərimizi təmiz saxlayaq !!! Mingeçeviri sevən və bu şəhərə bağlı olan bir sakin kimi belə şeyləri görüb deməliyəm. Məqsədim sakinləri və məmurları təhqir etmək deyil. Sadəcə hər kəs üzərinə düşən vəzifələri yerinə yetirsə, heç bir problem yaranmaz. 

Hər yazımın sonunda olduğu kimi bu yazının da sonunda deyəcəm: Hər şeyin zaman keçdikcə yaxşı olmasına ümid edirəm... 

Vahid Məsimov

August 6, 2011

Kimdir günahkar?!

Dünən şəhəri gəzməyə çıxmışdım. Gördüklərim məni bu yazını yazmağa vadar etdi. Doğulduğum, boya başa çatdığım, sevdiyim Mingəçeviri belə görmək məni şəhər vətəndaşı kimi təəssüfləndirdi. 😞  

Gələk əsas məsələyə…Həmişə respublikada öz gözəlliyi və təmizliyi ilə fərqlənən şəhərim bu gün … Kimdir günahkar??? Mən, sən, biz yoxsa məmurlar??? Hər kəsin bu məsələdə üzərinə müəyyən vəzifələr düşür. Biz Mingəçeviri təmiz saxlamalı, məmurlar isə qırılan ağacları, yanmayan işıqları, dayanacaqları təmir etmək üçün müvafiq sərəncamlar verməlidirlər.

Şəhərin mərkəzində…Qırıq skamyası olan bir dayanacağın olması…Mən dünən 5 nömrəli avtobusa minmək üçün “astanovkaya” getməli oldum. Günorta saat 16:00 idi, temperatur +39, “astonavkada” oturmaq istədim. Amma…Qırıq skamyada necə oturum??? 

Bir vətəndaş kimi mənim, sənin, bizim öz şəhərimizi qorumağımız lazımdır. Biz öz şəhərimizi qorumasaq, kim qoruyacaq bu şəhəri??? Bu torpaqda yeriyiriksə, bu şəhərin suyunu içiriksə, bu torpağı, Mingəçeviri təmiz saxlamalı, qorumalı və digərlərinə də bunu xatırlatmalıyıq!!! 😞

Sonra sola çevrildim… Mingəçevirdə poçtun yanı deyilən məhşur yer var. Həmin yerdə “svetaforun” yanındakı işıq “stolbasına” baxdım… Əvvəlki yolun bütün işıqları yansa da bu yolun işıqları yanmırdı… 😔

Bu yazını yazmaqda əsas məqsədim Mingəçeviri sevən bir sakin kimi bu şəhərin problemlərini demək və bu problemləri biz vətəndaşların və məmurların köməyilə ardan qaldırılmasına nail olmaqdır. Bu torpaqda yeriyib, havasını uduruqsa, niyə axı şəhərimizə biganə qalaq??? Tənqid olmasa, inkişaf da olmaz! Mən Mingəçeviri problemləri ilə sevirəm və bir gənc kimi bu problemləri həll etmək istəyirəm. Əlimdən gələn isə belə yazılar yazıb bu problemlərin həllinə çalışmaqdır. Hər şeyin zaman keçdikcə yaxşı olmasına ümid edirəm…

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...