July 3, 2018

İŞIQSIZ QALDIQ...


Axşam futbola baxandan sonra yatmağa getdim. Kondisioner də işləyirdi. Səhər saat 04:25-də istidən, tər-su içində oyandım, işığı yandırdım, ancaq yanmadı, suyu açdım gəlmədi. Həyat sanki dayanmışdı...

Blokda olan sayğacları yoxlamağa getdim. Saat 4:30 əlimdə telefon fanarı, qaranlıq və quşların səsi. Nə baş verdiyini təbii ki, anlamırdım, yuxulu idim. Nəysə, əlqərəz.

Sonradan öyrəndik ki, dünən gecədən bugün səhər saatlarına qədər ölkə ərazisində elektrik enerjisinin verilməsində problemlər yaranmasına səbəb doğma dədə-baba ocağımda- Mingəçevirdəki İstilik Elektrik Stansiyasında generatorlardan birində yaranan problem imiş.

Dəyərli oxuyucular, elektrik enerjisi və su olmadan açılan səhərimiz barədə geniş və uzun uzadı yazmaq istəmirəm. Sadəcə bir nüansa diqqətləri cəlb etmək istərdim. Belə ki...

Hər birimiz TV-yə baxa bilməməkdən, telefonlarımızın enerji batareyasının tükənməsindən, internet olmamasından o ki, var şikayətləndik. Amma bir şeyi unutduq...

Əslində elektrik enerjisi olmadan yaşaya biləcəyimizin fərqinə vardıq, deyilmi?! Xəstəxanalarda, əməliyyat masalarında həyatları ilə əlləşən insanların elektrik enerjisindən asılılığı, hər halda bizim telefonumuzun elektrik enerjisindən asılı olmasından daha önəmlidir, deyilmi?

Əslində unutduğumuz empati qurmaqdır. Özümüzü qarşıdakının yerinə qoya bilməməkdir. Kimlərsə, xəstəxana qapılarında, reanimasiya otaqlarının qarşısında gecə boyu elektrik enerjisinin verilməsini dua etdiyi halda, bizlər Wi-Fi olmadığından şikayətləndik.

İşıqlarımızın hər zaman yanması, empati qura bilmək və növbəti yazılarda oxuna bilmək ümidilə...

Vahid Məsimov

June 27, 2018

ŞİRİN HEKAYƏSİ...

Biri var idi, biri yox idi...

Bir şir var idi. Bu şir digər şirlərdən hər zaman liderlik, cəsarətlilik mərdlik baxımından fərqlənirdi. İllərlə bu şir olduğu ərazilərdə "ağalıq" edə bilmək bacarığına sahib idi. Xüsusi statusa malik olan bu şir hamı tərəfindən sevilmirdi. 

Bəzən etdiyi "haqsızlıqlar", "ədalətsizliklər" səbəbindən ona qarşı əks komandada yer alan çaqqallartülkülərin sayı gündən-günə artırdı. Bir çoxlarına görə isə olduqca ədalətli birisi idi, bu şir.

Möhkəm, dözümlü və yenilməz kimi görünən bu şirin illərlə sürən hakimiyyəti yavaş-yavaş sona çatmış kimi görünürdü. Ətrafda olan leş yeyənlər, çaqqallar sanki hiss edirmiş kimi pusquda gözləyirdilər. 

Nə az, nə çox tam 8000 gün keçirdi. Şir artıq özü də anlayırdı, ətrafdakıların ona cəbhə qurduğunu. Ancaq təslim olmaq istəmirdi, mübariz və qürurlu şir elə bil əmin idi ki, bu qaranlıq gecələr bitəcək.

Amma şir bir şeyi unudurdu: "Zamanında başqalarına etdiyi haqsızlıq və ədalətsizlikləri özünə qarşı etməyə başlayırdılar". 

Qürurlu şirin sonrakı aqibəti, pusquda gözləyən çaqqal və tülkülərin hansı strategiya ilə şirə yaxınlaşmaları barədə hekayənin ardı yeni bloq yazısı vasitəsilə sizə təqdim olunacaq…

Həyat bumeranqdır, dəyərli oxucu, etdiyimiz yaxşılıqlar və ya pisliklər bir gün mütləqli şəkildə özümüzə qayıdacaq.

Növbəti yazılarda oxunmaq ümidilə...

Vahid Məsimov

February 4, 2018

UĞURA GEDƏN YOL

Dəyərli oxucu, “Uğura Gedən Yol” adlı kitabımız nəhayət ki, işıq üzü gördü. Kitabda gəncləri maraqlandıran mövzular, xüsusilə də uğura çatmaq yolları və formulları qeyd edilmişdir. Son zamanlar inkişaf edən Azərbaycan gəncliyinin diqqətində saxlaması vacib olan məqamları qeyd etməyə çalışmışıq.
Real hadisələrdən, təcrübələrdən qaynaqlanaraq yazılan bu kitab ümid edirəm ki, gənclər üçün əsil motivasiya mənbəyinə çevriləcək. Kitabın yazılmasında başlıca məqsəd gənclərin, xüsusilə də tələbələrin, məzunların, iş axtarışında olan, uğur qazanmağa can atan, lakin nəyi necə etməyin yolunu tam bilməyən, təcrübəsi olmayan, buna baxmayaraq istedadı olanların yoluna işıq olmaqdan ibarətdir.

Şəxsi inkişafınızın təmin olunması üçün yazılan kitabın əsas üstünlüklərindən biri terminlərlə, anlaşılması çətin olan ifadələrlə deyil, sadə və anlaşılan dildə yazılmasıdır. Şəxsi inkişaf, motivasiya ilə bağlı oxuduğunuz ilk kitab olmaya bilər. Bəlkə son da olmayacaq. Lakin bu kitab sizin stolüstü kitabınıza çevriləcəyinə ümid edirəm.

Monotonluğu, şablonluğu ilə seçilən, nəzəri və bir qədər abstrakt görünən digər kitablardan fərqli olaraq “Uğura Gedən Yol” adlı kitabda konkret olaraq real uğur hekayələri, hadisələrdən seçilmiş və uğurlu olmağın formulları açıq şəkildə göstərilmişdir. Kitabı oxuyarkən digərlərindən fərqli olduğunun şahidi özünüz olacaqsınız.
Qeyd edim ki, Uğura Gedən Yol kitabını "Əli və Nino" kitab mağazalarından, Bakıda və regionlarımızda olan bütün "Ofisait" kitab mağazalarından, həmçinin Mingəçevirdə olan "Kitabım" kitab mağazasından, Lənkəranda da "Book Land Lankaran""Ofisait"-dan əldə edə bilərsiniz. Dəyərli oxucu, həcmi çox da böyük olmayan bu kitabı oxumaq və yazılanları  həyatına tətbiq etməyə cəhd etməkdə fayda var.

Hər şey ürəyinizcə olsun!
Vahid Məsimov.




Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...