Salam aleykum, dəyərli
oxucular!
6/26/60… Niyə məhz rəqəmlərdən ibarət bir başlıq?
Məsələni uzatmadan sözümün musatafasına gəlim. İlk dəfə olaraq 6 (altı
il) “PROBLEMLƏRİMİZ” adlı bir blog səhifəsi ilə yazmağa başladım. İlk illər yazılar daha çox kiçik araşdırmalar, elmi məqalələr,
sosial-iqtisadi blog postları formasında idi. Daha sonralar isə hazırda oxuduğunuz blog formatına keçdim- "Sizin Fərdi İnkşaf Bloqunuz" adı altında xaricdə təhsil, sosial layihələr, Avropa təhsil sistemi, xaricdə təhsil almış tələbələrlə müsahiblər və s. formatında yazıları sizlərlə paylaşdım. Bu oxuduğunuz son yazıdır.
6 il ərzində, çoxşaxəli- iqtisadiyyatdan, dindən,
təhsildən, nəqliyyatdan, siyasətdən, sosial həyat, mədəniyyət kimi mövzularda 59 məqaləni sizlərlə paylaşdım. Sayca 60-cı olan bu məqalə, sonuncu və ən qısa olanıdır. Bəli, sonuncu. Blogger kimi artıq karyeramı
başa vururam. 26 yaşında, 6 illik blogger kimi 60 yazı.
Ən əsası odur ki, bu illər ərzində hər zaman yazıları
oxunduz, rəylər bildirdiniz, bu olduqca sevindirici bir haldır. Təsadüfi
deyil ki, yazılar Azərbaycanla bərabər, dünyanın müxtəlif ölkələrində- ABŞ,
Almaniya, Böyük Britaniya, Çexiya, Əlcəzair, Fransa, Gürcüstan, Niderland,
Türkiyə, Ukrayna, Latviya, Portuqaliya, Rusiyada və s. yaşayan həmyerlilərimiz tərəfindən
mütəmadi olaraq oxundu.
Dəyərli oxucular, hər zaman keyfiyyətli yazılara üstünlük verdiyiniz
üçün təşəkkür edirəm. Sizlərlə ənənəyə
çevrilən “Növbəti yazılarda
oxunmaq ümidilə” deyib sağollaşmayacam. Yeni kitabda oxunanadək
deyirəm.
Hər son yeni bir başlanğıcın
xəbərçisidir.
Vahid Məsimov


