Bildiyiniz kimi bugün Bakı Birinci Avropa Oyunlarına ev
sahibliyi etdi. Uzun bir hazırlıq mərhələsindən sonra bugün möhtəşəm
hazırlığın şahidi olduq. Baku2015-i ev sahibliyi etdiyimiz ən böyük miqyaslı layihə
hesab etmək olar. Bu baxımdan təbii ki, 2 il öncədən bu layihə üçün hazırlıqlar
başlandı. Çox böyük əhəmiyyətli infrastruktur layihələri- stadion, idman komplekslərinin tikintisi, yeni yolların, tunellərin salınması,
bərpa olunması və s. kimi məsələlər öz həllini tapdı. Ən əsası isə bu oyunlar ərəfəsində
illərdir dəyişə bilmədiyimizi polislərin,
metro işçilərinin davranışlarından, səliqəli kastyumlarından, yollarda
tıxacların aradan qaldırılması məqsədilə cani-könüldən işləyən yol polislərindən
tutmuş ictimai nəqliyyat sürücülərinin qalstukuna kimi hər şey dəyişdi.
Uğurlu və müsbət dəyişikliklərin hər zaman tərəfdarıyam.
Bu dəyişikliklər də olduqca sevindirdi məni. Amma bir məsələ var ki, bu dəyişiklərin Baku2015-dən sonra davam
edib-etməyəcəyi məni düşündür. Digər tərəfdən isə düşünürəm ki, olduqca
qüdrətli Azərbaycan bu layihələri, dəyişiklikləri görəsən, 5-7 il bundan öncə edə bilməzdimi?
Niyə məhz 2015-də etdik bunları? Əgər indiki reallaşdırılan layihələri və görülən
işləri etmək iqtidarında idiksə, hər gün niyə 20 Yanvar dairəsində pik
vaxtlarda nəqliyyat iflic olurdu, yollar niyə düzəlmirdi, infrastruktur layihələri
niyə az idi?
10 iyunda Hollandiya tərəfi 2019-cu ildə keçirilməsi
planlaşdırılan ikinci Avropa oyunlarını keçirməkdən imtina etdi. Təklif edirəm ki, sayca ikinci olan bu
yarış da Azərbaycanda keçirilsin. Buna əsas da var, çünki biz artıq Baku
2015-də təcrübə qazanmışıq, stadion, idman kompleksləri tikilib,
infrastruktur layihələri reallaşıb, professional işçi komandası, könüllülər dəstəsi
formalaşıb. Baku2015 mütəmadi olaraq mətbuatda 7-9 milyarda manata
yaxın dəyəri olan bir layihə kimi təqdim olundu. Ancaq Baku2019 üçün bizə 70-80
milyon manat kifayət edəcək, nəzərə alsaq ki, Baku2019-da gələn turist,
idmançı, nümayəndə heyəti, akreditasiya olunmuş jurnalistlərin xərclərini də
biz qarşılamayacayıq, o zaman gəlirlərimiz daha çox olacaq, bu isə bizə Baku2019
keçirilməsi üçün yaxşı bir stimul verməlidir.
Olimpiyadaların bol olsun, Azərbaycan!” deyirəm. Uğurlu dəyişikliklər davam etsin, çünki dəyişiklik
inkişafa aparan yoldur. Ancaq bu dəyişikliklər layihələrdən sonra da qalması
ümidilə...
Növbəti yazılarda oxunanadək...
Vahid
Məsimov