March 25, 2012

VƏTƏN DAŞI OLMAYANDAN, OLMAZ ÖLKƏ VƏTƏNDAŞI

Hər zaman müəyyən müşahidələr apardıqadan sonra yazı yazmağa başlayıram. Çünki, işimə məsuliyyətlə yanaşıram, bəzilərindən fərqli olaraq. Haşiyə, yazı yazmamışdan, ümumiyyətlə hər hansı bir fikri söyləməmişdən əvvəl düşünmək, araşdırmaq lazımdır. Araşdırmalarıma əsasən bu nəticəyə gəldim ki...
Bayrağa hörmət Vətənimizdə yeterincə deyil...Bayraq dövlətin əsas atributlarından olub, onun suverenliyinin, müstəqilliyinin əsas isbatı, bariz nümunəsidir. Beynəlxalq arenada dövləti tanıtdıra biləcək əsas atributdur,bayraq. Yəqin ki, bu fikrimlə razı olarsınız?
Kimin evində bayraq var? Yəqin ki, “Bu sualı bizə niyə verdin, ay Vahid?” deyəcəksiniz. Sadəcə müşahidələrimin düzgünlüyü barədə təsəvvür yaratmaq üçün bu sualdan istifadə etdim və bilirəm ki, əksərinizin evində şanlı, müqəddəs, əsas atribut olan bayraq yoxdur. Amma hamımızın evində təbii ki, lazımsız olan bəzək əşyaları, “üzərlik”, “göz muncuğu” kifayət qədərdir.
Vətənə hörmət ilk növbədə onun əsas dəyərlərinə olan hörmətdən irəli gəlir. Bayraq, himn, gerb əsas dəyərlərdir hər bir ölkə üçün. Himn çalınanda başqası ilə söhbət edən, gerbinə və bayrağına laqeyidlik edən bir insan necə özünü bu torpağın vətəndaşı hesab edə bilər axı? Bu gündən sonra yazdıqlarıma diqqətlə əməl edək ki, düşmən bizə baxıb sevinməsin, sən , mən, biz bu torpaq üçün yaşamalıyıq. Bu günə qədər hər şeyə laqeyidsizlik göstərdiyimiz yetər!!!
VƏTƏN DAŞI OLMAYANDAN, OLMAZ ÖLKƏ VƏTƏNDAŞI.


Vahid Məsimov

March 6, 2012

HƏYAT ÇOX QƏRİBƏDİR?!

Həyat qəribədir, fanidir. Bu sözləri demək olar ki, biz hər gün ətrafımızda eşidirik. Görəsən bu barədə heç düşünürükmü?

Bu barədə hər zaman düşünürəm və düşüncəmi, fikirlərimi də sizlərlə bölüşmək istədim.
Biz Allah Təalanın yaratdığı ən mükəmməl varlıqlar olan-insanlarıq. Həqiqətən Tanrı bizləri necə də xoşbəxt yaradıb ki, heç bir varlıqda olmayanları bizə qarşılıqsız bəxş edib. Bu qarşılığın qarşısında biz nə etmişik, edirik və ya edəcəyik?

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...