August 29, 2015

BƏLƏDİYYƏLƏR YOXSA MƏNZİL İSTİSMAR SAHƏLƏRİ?!


Son vaxtlar yerli özünüidarə qurumlarının göstərdiyi “xidmət”ləri və etdikləri müşahidə obyektimin predmetinə çevrilib və bu müşahidələr əsnasında bir gün...

27 avqust səhər qapını açanda "Mingəçevir bələdiyyəsi hesablanmış əmlak vergisinə dair bildiriş" adlı bir kağız gördüm, üzərində də ödəniləcək məbləğ kimi 10.50 AZN göstərilmişdir.
Bildirişi görəndə ilk olaraq “Səhv ünvana qoyulub, yəqin?!” dedim. Daha sonra isə ünvana baxanda gördüm ki, elə bizim bildirişdir və...

Təəccüblənməyimin başlıca səbəbi isə ilk dəfə idi ki, bina evlərinə bələdiyyədən hər hansı bildirişin gəldiyinin şahidi olurdum. Bildiyim qədərilə bələdiyyələr vergiləri həyət evlərindən alırlar. Nəysə...

Düzdür illik 10.50 AZN kiçik məbləğ kimi görünür. Ancaq burada bir məsələ var. Bələdiyyələr bina evləri üçün konkret olaraq heç bir xidmət göstərmir.

ARDINI OXU...

August 1, 2015

İNTELLEKTUAL İDARƏ OLUNAN BAKI NƏQLİYYATI

Əziz və dəyərli oxuyucular, nəqliyyat sektoru ilə bağlı son günlər qarşıma çıxan problemləri və onları necə dəf etmək barədə fikirlərimi paylaşıram...

Son illərdə Nəqliyyat Nazirliyinin İntellektual İdarəetmə Sistemi ilə tanış olduq. Bu addımı olduqca xoş qarşıladım və Azərbaycanın ən böyük şəhəri olan Bakının nəqliyyat sisteminin intellektual idarə olunması xəbəri ən çox məni sevindirdi. Bu sistem tətbiq olunandan bir müddət sonra sürücülər, sərnişinlər bundan narazılıq edirdi. Sözün düzü başa düşə bilmirdim bu narazı olan insanları ki, görəsən insanlar bu cür intelektual idarə olunan nəqliyyat sektorumuzu niyə bəyənmirlər?

Əslində isə “intellektual” idarəetmədə kifayət qədər çətinliklər var. Əvvəla, ictimai nəqliyyatda vahid ödəniş kart sisteminə 2012-ci ilin aprelində keçmək nəzərdə tutulmuşdu. Həmin tarixdən nə az, nə çox 3 ildən artıq zaman keçir, görəsən 3 ildə “intellektual” idarə olunan nəqliyyatımız bu sistemə niyə keçə bilmir?!

ARDINI OXU...

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...