Salam dəyərli,
oxucular. Bu, ilin son yazısı olacaq. Yadıma 5 il 4 ay bundan öncə düşdü. Bloq yazılar yazmağa başladığım ilk il.
Mənimlə bərabər bu işə bir çox gənclərdə
başlamışdı. Hər kəs elə həvsəli idi ki. Hər zaman fikir mübadiləsi edir,
yazılarımızı ilk bir-birimizə oxudurduq.
Əvvəllər
bir az ötəri həvəs, hobbi,
qeyri-profesionallıq kimi görünürdü. Əksər dostlar bu işi bir neçə müddət
sonra iş və ailə vəziyyətinə görə buraxmalı oldular.
Yazmaq, hər hansı bir sahədə araşdırma aparmaq istedad tələb edir. Bunu oxucuya
maraqlı şəkildə təqdim etmək isə daha da çətin məsələdir, bacarıq işidir.


