Rüşvət... Bəziləri üçün xoşbəxtlik gətirən rüşvət. Hansı ki, bu xoşbəxtlik
başqalarının bədbəxtliyi üzərində qurulduğu üçün çox davam etmir və keçirəm
bəzi məqamlara...
Bildiyimiz
kimi, keçən ilin əvvəllərindən etibarən ölkəmizdə Korrupsiyaya qarşı Prezident
sərəncam da imzaladı və müvafiq tapşırıqlarını verdi. Bəzi rüşvət halları
aşkarlandı və rüşvətxor məmurlar cəzalandırıldı.
Bundan
sonra isə “sabitlik” oldu. Atalar demişkən köhnə
hamam, köhnə tas məsəli.
Mən ilk
növbədə problemi cəmiyyətdə görürəm. Çünki, hər bir vətəndaş öz hüquqlarını müdafiə etməyi bacarmalıdır.
Əgər səndən rüşvət istəyirlərsə, demək ki, sənin hüquqlarını pozurlar və ən
əsası ölkə başçısının qərarının əleyhinə olaraq səndən rüşvət tələb edirlər. Kimdir o
məmur ki, ölkə başçısının əleyhinə işlər görür?