Yorucu gün keçirdikdən sonra istirahət etmək üçün dostum Elvinlə birlikdə parka getdim... Kaş ki, getməzdim. Nə görsəm yaxşıdır??? Bərbad vəziyyətdə olan fantanlar və daha nələr-nələr... Şəhərin fəxr edilməli olan Kür qırağına gəlib çatdıq... İndi isə fəxr edilməli heç nə qalmayıb burada. Çirkli Kür, baxımsız vəziyyətdə olan fantanlar, kafelərin əlindən tərpənə biməyən sakinlər... Babat əsəbləşdikdən sonra bir qədər gəzdik oraları...Bax budur indiki Kur qırağındakı fantanların acı taleyi ... Sonra isə əsəbləşmədim, bloqum üçün yeni və maraqlı mövzu tapdığım üçün sevinməyə başladım və fotoaparatı əlimə götürüb başladım işə... Əsas istəyim isə bunu sizin də görməyiniz idi...
Sonra isə bütün Mingəçevir sakinlərinin tanıdığı Dram Teatr tərəfə getdik... Orada da fantanlar eyni gündə, yəni bərbad vəziyyətdə idi... Fantan düzəldilibsə, isti yay günlərində niyə su gəlmir axı? Yoxsa, Mingeçevirdə də su problemi varmı?
Keçən il Rusiyada olan qohumum şəhərimizə qonaq gəlmişdi. Dedi ki, məni şəhərinizlə tanış et. Mən də ona şəhəri göstərdim. Çirkli ərazilərin harda olduğunu bildiyim üçün onu aparmadım o yerlərə. Özü əli ilə Kürün namətiz ərazilərinə işarə etdi...Mən də apardım və... Həmin günü çox utanmışdım... Amma mən utanmalı deyiləm... Buna cavabdeh olanlar utanmalı və müvafiq qərarlarla bunu tənzimləməlidirlər.
Baxın görün biz insanlar nələrər “qadirik” ??? Bir şeyi yeyib niyə onu fantanın içinə doldururuq? Həmin yerdə zibil qabı var axı. Öz evimizdə su kranının içini yediklərimizlə doldururuqmu? Təbii ki, heç kəs öz evini zibilləmir. Bəs niyə Mingəçevir kimi təmiz bir şəhəri zibilləyirik???
Sözüm sənə, onlara, bizlərədir... Gəlin şəhərimizi təmiz saxlayaq !!! Mingeçeviri sevən və bu şəhərə bağlı olan bir sakin kimi belə şeyləri görüb deməliyəm. Məqsədim sakinləri və məmurları təhqir etmək deyil. Sadəcə hər kəs üzərinə düşən vəzifələri yerinə yetirsə, heç bir problem yaranmaz.
Hər yazımın sonunda olduğu kimi bu yazının da sonunda deyəcəm: Hər şeyin zaman keçdikcə yaxşı olmasına ümid edirəm...
Vahid Məsimov
Hər yazımın sonunda olduğu kimi bu yazının da sonunda deyəcəm: Hər şeyin zaman keçdikcə yaxşı olmasına ümid edirəm...
Vahid Məsimov
No comments:
Post a Comment