Hər gün yerli televiziya kanallarında Azərbaycanın şəhər və rayonlarında baş verən yol-nəqliyyat hadisələri haqqında xəbər verilir. Hər gün ən azı 1 ya 2, hətta bəzi hallarda 4-5 nəfərin dünyasını dəyişməsi deyilir. Həqiqətən də bu çox pis haldır...
2011-ci ilin ilk 8 ayı ərzində respublika ərazisində yol-nəqliyyat hadisələri nəticəsində 617 nəfər dünyasını dəyişib, 2251 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb...
Bu rəqəmlər inanılmaz görünsə də realdır. 243 gün ərzində 617 nəfər həlak olub, 2251-i isə yaralanıb. Orta hesabla hər günə 2 nəfərdən artıq ölüm halı düşür.
Araşdırmamın nəticəsi sübut etdi ki, baş verən hadisələrin 51 faizi yüksək sürət hesabına baş verib. Yüksək sürət məsafəni yox, həyatımızı qısaldır.
Olmazmı ki, bu avtomobillərimizi daha az sürətlə sürək?! Özümüzü düşünmürüksə, niyə axı başqalarının həyatı ilə oynayırıq?! Niyə həvəs xətrinə ölümü seçirik? Düzdür, ölüm haqqdır və hər kəs öləcək, amma səhvimiz ucbatından niyə başqaları zərər çəkməlidir?
Çox təəssüf hissi ilə bildirirəm ki, bu cür hadisələr nəticəsində mənim də ailəmin bir üzvü dünyasını dəyişib...Mənim üçün bu yazını yazmaq çox çətin idi. İstəmirəm ki, başqalarının ailəsində də bu cür faciələr baş versin... İstəmirəm ki, başqasının günahı ucbatından vəfat edənlər olsun... İstəmirəm ki, ata, baba, ana qayğısını görməmiş uşaqlar olsun... İstəmirəm ki, öz övladının bu cür hadisələrdə (avariya) ölüm xəbərini eşidən ata, ana olsun...
Avtomobillərimizi idarə edərkən mənim bu sözlərimi yadınıza salın və yazdıqlarım haqqında ətraflı düşünün...Bizə vətənpərvər, cəsur, igid oğullar lazımdır. Amma bu oğullar yol-nəqliyyat hadisələrində həvəs xətrinə ölmək üçün yox, Qarabağ üçün lazımdır. O Qarabağ ki, azad ediləcəyi günü gözləyir...
Hər yazımın sonunda olduğu kimi bu yazının da sonunda deyəcəm: Hər şeyin zaman keçdikcə yaxşı olmasına ümid edirəm...
Vahid Məsimov
Eslinde qezalara gore tam olaraq suruculeri gunahlandirmaq lazim deyil..Cunki suruculer qeder piyadalarinda gunahi coxdu.Piyadalarimiz diqqetli olsa ve yeralti kecdlerden istifade etseler qezalarin sayi bu gun bu qeder olmaz...Piyadalari bu barede maariflendirmek lazimdi..Inwallah her wey yaxwi olar...Senede bol wans.Inaniram istediyin neticeni elde edeceksen.
ReplyDeleteFikirlərinizə görə təşəkkürlər...
ReplyDeleteAmma günahların demək olar ki, 50 faizdən çoxu sürücülərin payına düşür...Şəhərdaxili 50-dən yuxarı sürmək olmaz, amma 150, hətta 170-200 sürənlər də var...Ümid edirəm ki, bu yazını oxuynalar arasında dediklərimi dərk edənlər olacaq...
Vahid coox tesirli bir bloq hazirlamisan,heqiqeten coox tesirlendim,men bu qezalarin baw vermesinin diger sebeblerinden birini qeyri-qanuni suruculuk vesiqesi almaqda gorurem..ozum bu vesiqeni imtahan verib alsamda her gun alinan suruculuk vesiqelerinin 80%-i qeyri qanuni alinirdi,bunun wexsen wahidi olmuwam...
ReplyDeleteBele qezalarda dunyasini deyiwen insanlara Allah rehmet elesin,aile uzvulerine Allahdan sebr dileyirem ve butun suruculere en esasi da genc suruculere her zaman sebrli olmalarin arzulayir, bawqalarinin heyatini tehlukeye atmamalarini qetiyyetle tovsiye edirem!