September 13, 2011

Tarixini unudanların gələcəyi olmaz!!!

15 gün bundan əvvəl təsadüfən şagirdlərin birinin 2011-2012 dərs ili üçün olan “Məktəbli kitabçası”nı (gündəlik) gördüm. İçərisinə baxdım və... Elə “gündəliyin” ikinci səhifəsində işğal olunmuş Azərbaycan torpaqlarının adlarını və işğal olunduqları tarixləri gördüm. Amma... Səhv yazılmış bir tarix...  Bundan sonra isə 20 gün hər şeyi araşdırmağa başladım və... 
20 günlük araşdırmadan sonra bəzi kitab, jurnalların ön və arxa hissəsində, Azərbaycanın reytinqli hesab edilən bəzi internet səhifələrində də tariximiz, xüsusilə Qarabağ müharibəsi zamanı işğal olunmuş Azərbaycan torpaqlarının tarixində bəzi səhvlərə yol verildiyinin şahidi oldum... Təəssüf  
Bugünün məktəblisi gələcəyin məmuru, iqtisadçısı, vəkili, səfiri, naziri, prezidentidir. Öz tarixini bilməyən bir insan necə yaxşı mütəxəssis, siyasətçi və s. ola bilər? Məktəblinin öz tarixini təhrif edilmiş qaydada öyrənməsi nə dərəcədə doğrudur?!  


Skan etdiyi üçün xalaoğluya dərin təşəkkürlər.
Son dövrlər gördüyüm bu hadisə həqiqətən də məni narahat edirdi. Bu səhvlərlə bərabər bəzi “gənc”lərin öz Vətənin tarixinə bəslədiyi  “münasibət” də pis təsir etmişdi. Bu münasibət təbii ki, biganəlikdən başqa bir şey deyil. Vətəninin tarixini deyərkən ən sadə tarixləri nəzərdə tuturam. Məsələn, Azərbaycan  Xalq Cümhuriyyətinin yaradılması, Müstəqil Azərbaycan Respublikasının  Müstəqillik günü, 1988-1993-ci illərə qədər davam edən Qarabağ müharibəsi və bu müharibənin Azərbaycan üçün ağır nəticələri,  rayonunların işğal olunması tarixləri. Məncə bu, sadə, amma Azərbaycan üçün çox vacib tarixi hadisələri bilmək o qədər də çətin bir iş hesab edilə bilməz...   
Bugün Azərbaycanın istənilən şəhərində sorğu aparsaq, görərik ki, tariximizi (sadə hesab edilən tarixi hadisələri) bilən gənclərin sayı barmaq sayı qədərdir. Bu isə Azərbaycan gənci olaraq məni düşündürməyə vadar edir. Tarixini unudanların gələcəyi olmaz... Niyə unuduruq axı? Başımıza gələn müsibətlər bizə dərs olmadımı ? 
Mən də Azərbaycan gənciyəm və bu məsələ həqiqətən də məni narahat edir. Bu yazını fərqlənmək və özümü digərlərindən fərqli hiss etdiyim üçün yazmamışam. Məni tanıyanlar necə vətənpərvər  olduğumu bilirlər. :) İşğal olunmuş əzəli və tarixi Azərbaycan torpaqlarının işğal olduğu zamanı aşağıdan oxuyub və öyrənə bilərsiniz... Məlumatların tam dəqiq olmasına əmin ola bilərsiniz (Məlumatları 11-ci sinif Azərbaycan-tarixi kitabından götürmüşəm). Unutmayın ki, billməmək ayıb deyil, əsas bilmədiyini öyrənməmək ayıbdır...


     Səhv:                                                         Doğru:
                                                                                                                                                                                                                                                                                                
-  Şuşa- 09.05.1992                                       2.  Şuşa- 08.05.1992
                                                                       3.  Laçın 18.05.1992
                                           
-  Xocavənd- 8.02.1992                                4.  Xocavənd- 02.10.1992
-  Kəlbəcər- 06.04.1993                                5.  Kəlbəcər- 03.04.1993
                                                                       6.  Ağdərə- 17.06.1993                  
                                                                       7.  Ağdam- 23.07.1993
-  Cəbrayıl- 23.08.1993                                 8.  Cəbrayıl- 18.08.1993
                                                                        9.  Füzuli- 23.08.1993
                                                                      10. Qubadlı- 31.08.1993


-  Zəngilan- 25.10.1993                                11. Zəngilan- 29.10.1993

( Reklam olduğu üçün Səhv bölməsində olan məlumatların hansı saytdan götürüldüyünü deyə bilmərəm, amma bu məlumatlar 100 faiz səvdir )    

Hər yazımın sonunda olduğu kimi bu yazının da sonunda deyəcəm: Hər şeyin zaman keçdikcə yaxşı olmasına ümid edirəm...


 
 

7 comments:

  1. Salam qardasim bilirsen bu sehvleri arasdirmaq sene duser ama bunuda unutma ki vu sehvi edenler bizden de yasli bizdende yuksek vezife ve salahiyyet sahibleridir.Basqa vaxt SSR-ni qinayirdilar senzura olmayan olkede bele sehvlerin olmasi real bir seeydi duzeltmek ucun gerek y nazir olasan yada ki deputat biz de bunlardan ola bilmediyimiz ucun bu bele de davam edecek sene tesekkurler!!!

    ReplyDelete
  2. Fikirlerine gore teshekkurler.Amma bu sehvleri duzeltmek uchun mence nazir olmaga ehtiyac yoxdu,chunki artiq bu ishi arashdirmaga bashlayiblar,gundeliklerin bezi hissesi geri qaytarilib,problem tam hell olunmasa bele gelen il artiq bu problem olmayacaq(Vahid)

    ReplyDelete
  3. Ne desen haqlisan. Tariximize bele yanashmali deyilik!

    ReplyDelete
  4. Salam Vahid, bele bir problemi arawdirib cox ugurlu bir paylawim hazirladigin ucun sene bir veten ovladi kimi tewekkur edirem. Alah senden razi olsun..InwAllah tezlikle herwey yaxwi olacaq. Torpaqlarimiz iwgaldan azad olunacaq ve hesretle gozlediyimiz bu sevincli tariximizi qururla paylawacayiq..

    ReplyDelete
  5. Reyleriniz uchun teshekkurler,Ayisha ve Babek.
    Esas siz chox sag olun ki, deyerli vaxtinizi ayirib, bu yazilarimi oxuyursunzu,size daha 1 maraqli yazi gozleyire,sentyabrin sonlarina yaxin:))))))Vahid

    ReplyDelete
  6. burda yazilanlarin coxusu mende aydin deyil amma sohbetin neden getdiyini anliyiram. MEn Vahidi coxdan taniyiram. Vahid eynen menim qardasim TIPDe - dusuncede birisidi. oda Qardasdi yani. o duzdu bizler bezen unuduruq olanlari. bele cixirki her kes hami VAHID qardasim kimi olub VAHID dusunce ile VAHID yolla irelilese dogurdan ele onun dediyi kimi YAXSI OLACAQ. isiqli dovlete dahada parlaqliq getirecek genclerik biz. Qaranliq otaqda deyilik sadece cox kicik oldugumuzdan mi sesimiz gelmirmi desek. buna amma men inaniram ki VAHID irelide sozunu deye bilecek birisi olacaq. Bizde oz novbemizde gencler olaraq onun arxasinda olmaliyiq. men eminemki ALI BAS KOMANDNIN bir emri ile bitin veten perver gencler neyinki veten perver herkes ordu siaralarinda olacaq. biz aciq biz qelebenin aciyib. Afiq Memmedli

    ReplyDelete
  7. Afiq qardashim narahat olma,her qaranliq geceinin bir guunduzu var,inshAllah ki,bu ishiqli gelecek ve gun Azerbaycani gozleyir,her shey yaxshi olaacq,inshAllah

    ReplyDelete

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...