Həmişə cəmiyyətimiz, həyat tərzimiz, şəhərimiz və respublikamızda olan bəzi problemlər haqqında yazırdım. Bir neçə həftədir ki, məni Azərbaycan mədəniyyətinə “xidmət edən”lərin hərəkətləri, davranış tərzləri düşünməyə vadar edir.
Hər yazımın sonunda olduğu kimi bu yazının da sonunda deyəcəm: Hər şeyin zaman keçdikcə yaxşı olmasına ümid edirəm...
Vahid Məsimov
Keçək əsas məsələyə... Konkret olaraq söhbət “şou-biznes”dən gedir. O şou-biznes ki, orada şou yoxdur, ancaq toy biznesi var...
Səhnəyə çıxıb əlini cibinə qoyub, fanaqram oxumaq... Bunu mən də bacararam, amma siz mədəniyyətə xidmət etdiyiniz üçün müsahibələrinizə, ifanıza və səhnə mədəniyyətinizə xüsusilə diqqət etməlisiniz... Təbii ki, söhbət “Şou-biznes” nümayəndələrinin əksəriyyətindən gedir.
Dünya ulduzlarının konsertlərinə baxanda adam həzz alır. Səhnədə tamaşaçılarla davranış tərzləri, rəqsləri və ən əsası isə canlı ifaları...
Efirə çıxıb bir-iki mahnı oxuyub, sonra isə “Niyə mən fəxr ad almıram?” deyənlər niyə almalısan ki??? Azərbaycan mədəniyyətinə nə qazandırmısınız ki, hələ ad da istəyirsiniz???
Çiçək-böcək, günəş-bulud oxuyan və “Azərbaycan himninin bəstəkarı kimdir?” sualına cavab verə bilməyənlər də bu gün xalq artisti adını alır... Amma bu heç nəyi dəyişmir. Xalqın gözü tərəzidir...
Əsas olan öz peşəndə, sənətində sənətkar olmaqdır. Hansı peşədə olursan ol, çalış işinin ustası ol. Nizami Gəncəvi ela deyib “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan” .
Mən də bir Azərbaycan övladı kimi istəyirəm ki, konsertlərdə biletlər yalnız ifaçıların qohumları, dostları, tanışları deyil, həm də tamaşaçı tərəfindən alınsın... İstəyirəm ki, bizim mədəniyyətimizə xidmət edən mügənnilər Rəşid Behbudov, Müslüm Maqamayev, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Mübariz Tağıyev, Azər Zeynalov kimi əsl sənətkar adını qazansınlar... Məncə elə də böyük istəyim yoxdur...
Vahid Məsimov
Azerbaycanda Sou biznesi Bezi inkisaf etmis olkelerdeki kimi inkiwaf etmemesinin sebebi,ilk novbede Ifacilarin Catiwmamazliqlarindan ireli gelir.Insallah Milli şüur tam formalawan zaman Her wey tam axarina duwecek.Twekkur edirem Vahid bey bu yaziya gore
ReplyDeleteFikirlerinize gore teshekkurler...Adinizi qeyd etmeyi unutmayin,novbeti defe////
ReplyDeleteAzerbaycanda Sou biznesi Bezi inkisaf etmis olkelerdeki kimi inkiwaf etmemesinin sebebi,ilk novbede Ifacilarin Catiwmamazliqlarindan ireli gelir.Insallah Milli şüur tam formalawan zaman Her wey tam axarina duwecek.Twekkur edirem Vahid bey bu yaziya gore
ReplyDeleteChox sag ol,Mansur..Adini yaz hemsihe:)))))))))))
ReplyDeleteBizim sou-biznesimizin sadece adi sou-biznesdi.ozu ise sadece "biznesdi".anlayana ;) Sagol Vahid,eladi.tesekkurler! Elvin
ReplyDeleteElvin deyerli vaxtin serf etdiyin uchun teshekkurler...Butyun sozlerinler raziyam,,,Setir alti menani da anladim:)))
ReplyDeleteHe, Vahid, men seninle tamamile raziyam, ellerine sagliq, ela yazmisan... Gulnar..
ReplyDeletevahid, tamamile raziyam bizim bezi mugenniler var ki heqiqeten gozel ahid,ne diyirsen belke gedib onlara da telim kecek????? ))))) Rastiwka
ReplyDeletesorry yarimciq gelib yazmiwdim ki men de tam raziyam bezi mugennilerimiz var ki cox gozel sesleri var ama onu istifade etmek evezine qalmaqllarla gundemde qalirlar iwleri gucleri ancaq ozlerini reklam etmekdi. Vahid,diyirem belke gedek onlara da 1telim kecek ne diyirse???? )))))
ReplyDeleteVahid yazinla cox ince meqamlara toxunmusan..Azerbaycanda sehne wousu gostere bilen mugenni ve ya incesenet ustasi demek olarki yoxdu..bele olan halda hansi wou-biznesden daniwmaq olar((((
ReplyDeleteDostlar,reyleriniz uchun treshekkurler...Rastishka onlar artiq teimlik deyiller:)))Deyerli vaxtinizi ayirib oxudugunuz uchun teshekkurler:)))
ReplyDelete