December 25, 2011

TEXNOLOGİYA YOXSA SAMAKAT?!

Son 1-2 ildə marağıma səbəb olan hadisələr sırasında top beşlikdə azyaşlı uşaqların kompüter,  mobil telefon və bu kimi digər texnologiyalara həddindən artıq havəs göstərməsidir. Bu mənzərə məni bu günlə 1997-1998-cı illərdə olan uşaqlıq dövrünü müqayisə etməyə məcbur etdi.
Söhbəti çox uzatmaq istəmirəm və keçirəm əsas məsələyə...
Yaşım çox olmasa da, indiki uşaqlarla bizim dövrümüzdəki uşaqlar arasında həddindən artıq fərqlər var. 😖
1991-ci ildə doğulmuşam. Uşaqlıq illərimi, daha çox sim-təkər, samakat sürüb, futbol oynamaqla keçirərdim.  Bir sözlə açıq havada daha çox vaxt keçirərdim. Mənim kimi həmin illərdə başqa uşaqlar da belə mənalı vaxt keçirərdilər. 😖
İndiki uşaqlar isə XXI əsr texnologiya əsri olduğunu deyərək, vaxtlarının daha çoxunu əllərində telefon, qarşılarında isə kompüterlə keçirirlər. Təbii ki, bu amil əsas hesab edilə bilməz.
Günlərin bir günü internet klubda 6-7 yaşındakı uşaq yaxınlaşıb dedi: “Əmi mənə kontr strayk qur da”. Bu mənə həqiqətən pis təsir etdi. İlk növbədə bu uşağın gələcək sağlamlığını düşündüm və... Sonra isə həmin oyundan anlayışım olmadığı üçün bir balaca utandım. 😊
Kompüter şüası kaktusu 2 həftəyə qurudur, telefondan çox istifadə isə, xərçəng xəstəliyinə səbəb olur. Bunu nəzərə alsaq, kiçik uşaqlar kompüterlərdən, tabletlərdən, telefonlardan uzaq olsa, daha yaxşı olar.
Uşaqlar gələcəyimizdir və bu gələcəyi sağlam görmək istəyirəm. Hər bir kəs öz yaxınları olan uşaqlara, kompüterin onlar üçün ziyanli olduğunu başa salmalıdır. Düşünürəm ki, bu problemin tam həlli yolu olmasa da, həllə yaxın olan bir yoldur.
Siz bu məsələyə nə deyə bilərsiniz? Samakat, sim-təkərli uşaqlıq yoxsa kompüter və texnologiya ilə dolu olan uşaqlıq?  

Növbəti yazılarda oxunmaq ümidilə...

Vahid Məsimov

5 comments:

  1. Heqiqeten de maraqli postdur. Menim ixtisasim sirf texnologiya ile bagli oldugu uchun istesem de ona qarshi chixa bilmirem. Duzdu ushaqlarin cholde-bacada oynamagi daha chox xoshuma gelir, amma mence zemane neyi teleb edirse,tebii ki yaxshi cehetden, ona yonlenmelidir insan. Ushaqlarin texnologiyadan duzgun istifadesinin terefdariyam. Komputer oyunlari, sosial shebekelerde bosh vaxt kechirmekle yox, proqramlashdirma texnologiyalarii ile maraqlanmasini isteyirem. Hershey yerinde, vaxtinda gozeldir.

    ReplyDelete
  2. Hə,hər şey yerində gözəldir,amma komputer ve texnologiyadan bu qədər sitifadə etmək bir qədər anormal haldır,uşaqlar üçün...Təşəkkürlər

    ReplyDelete
  3. Cox gozel bloqdu, indiki uwaqlarin lap korpelikden bawlarini qatmaqcun ilk oyuncaqlari valideyinlerinin mobil telefonlari olur...usaqlarin komuter arxasinda aqresiya yaradan oyunlardansa intelekt ve mentiqi tefekkuru inkiwaf etdiren oyunlari oynamalarinin terefdariyam.

    ReplyDelete
  4. İnşAllah hər şey yaxşı olar...

    ReplyDelete
  5. Vahid cox sag ol bu bloqu paylasdiqin ucun,bir anliq oz uwaqliq illerim yaddima duwdu,duzdu tamamile ferqlidi indiki dovrle o dovr,bu en cox valideyinlerin uzerine duwur,amma deye bilerem ki,o dovrun muhitilede indiki,dovrun muhiti eyni deyil,amma,vaxt kecende bizim vaxta catanda mene ele gelir onalar baxmiw bizim uwaqlimiz haqqda fikirlerimiz cox olacaq,cunki daha ferqli idi,ancaq internet,telefonla kecen uwaqliq men inanmiram ki,neyise gelecekde daniwilacaq qeder maraqli olsun,,,,,

    ReplyDelete

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...