February 4, 2012

İSRAFÇILIQ


Hər zaman yaslarda və toylarda israfcılığın şahidi olurdum. Son dovrlərdə isə bu israfçılıq həddindən çox olduğunu müşahidə etdim.

Bu yaxınlarda bir toy məclisində iştirak etdim. Toyda nə istəsən var idi. Hər bir yeməkdən dadmağa isə toy vaxtı çatmırdı.  Təbii ki,bu israfçılıqdan başqa bir şey deyildi...

İnsanlar həyatlarında bir dəfə ailə həyatı qururlar və o ailə həyatı onların xatirələrində bir neçə il əbədi olaraq silinməz iz qoyur... Daha doğrusu, toydan sonra qalan borclar. Toyda qohum, dost və tanışların yazdırdığı pullar, daha sonra kreditlərə və borclara xərclənir. Əslində isə həmin pullar yeni qurulan ailələrə komək məqsədi daşımalıdır.

Numayişkiranə toy edib, “52” cur salat,  “78” cur içki verməkdənsə, qonaqların yeyə biləcəyi qədər yemək vermək daha məqsədəuyğun sayılar. Oğul atasına deyir:”Ata mənim toyum hamının toyundan fərqli və daha dəbdəbəli olmalıdır”. Ata isə öz növbəsində “gül” balasının xətrinə dəymədən düşür bankların canına. Təbii ki, kredit almaq üçün.

Yaslar da “maşallah” olsun ki, toylarımızdan geri qalmır. Sağlığında atasının, anasının qədrini bilməyən övlad, valideyinləri dünyasını dəyişdikdən sonra  bir yas verir ki, gəl görəsən. Təbii ki, bu da öz ətrafına özünü nümayiş etdirməkdən başqa bir şey deyil. Stolun üstündə banan və s. Dəyərli şairimiz Cabir Novruz belə yerdə yaxşı deyib: “Sağlığında qiymət verin insanlara”.

Daha yaxşı olar ki, sadə bir xeyrat verəsən və əvəzində kimsəsizlərə, ehtiyacı olanlara xeyrat ver ki, savab əməllərinin sayı artsın.

Valideyinlərimizə, yaxınılarımıza, dostlarımıza sağlığında  dəyər verək...


No comments:

Post a Comment

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...