March 25, 2012

VƏTƏN DAŞI OLMAYANDAN, OLMAZ ÖLKƏ VƏTƏNDAŞI

Hər zaman müəyyən müşahidələr apardıqadan sonra yazı yazmağa başlayıram. Çünki, işimə məsuliyyətlə yanaşıram, bəzilərindən fərqli olaraq. Haşiyə, yazı yazmamışdan, ümumiyyətlə hər hansı bir fikri söyləməmişdən əvvəl düşünmək, araşdırmaq lazımdır. Araşdırmalarıma əsasən bu nəticəyə gəldim ki...
Bayrağa hörmət Vətənimizdə yeterincə deyil...Bayraq dövlətin əsas atributlarından olub, onun suverenliyinin, müstəqilliyinin əsas isbatı, bariz nümunəsidir. Beynəlxalq arenada dövləti tanıtdıra biləcək əsas atributdur,bayraq. Yəqin ki, bu fikrimlə razı olarsınız?
Kimin evində bayraq var? Yəqin ki, “Bu sualı bizə niyə verdin, ay Vahid?” deyəcəksiniz. Sadəcə müşahidələrimin düzgünlüyü barədə təsəvvür yaratmaq üçün bu sualdan istifadə etdim və bilirəm ki, əksərinizin evində şanlı, müqəddəs, əsas atribut olan bayraq yoxdur. Amma hamımızın evində təbii ki, lazımsız olan bəzək əşyaları, “üzərlik”, “göz muncuğu” kifayət qədərdir.
Vətənə hörmət ilk növbədə onun əsas dəyərlərinə olan hörmətdən irəli gəlir. Bayraq, himn, gerb əsas dəyərlərdir hər bir ölkə üçün. Himn çalınanda başqası ilə söhbət edən, gerbinə və bayrağına laqeyidlik edən bir insan necə özünü bu torpağın vətəndaşı hesab edə bilər axı? Bu gündən sonra yazdıqlarıma diqqətlə əməl edək ki, düşmən bizə baxıb sevinməsin, sən , mən, biz bu torpaq üçün yaşamalıyıq. Bu günə qədər hər şeyə laqeyidsizlik göstərdiyimiz yetər!!!
VƏTƏN DAŞI OLMAYANDAN, OLMAZ ÖLKƏ VƏTƏNDAŞI.


Vahid Məsimov

4 comments:

  1. Vahid bu bloku paylawdigin ucun sene sonsuz tewekkurler, her zaman sen bloq yazanda daxilimde hansisa bir hiss indi yazdigin movzuda bir bloku uxyub doslarla paylawmagimi isteyirdi..sonunda bunu etdin..men bir veten oglu kimi gozel bayragimizi evimde werefle saxlayiram...VETENE-SEDAQET, MILLETE-HORMET, DUWMENE- NIFRET! NIFRET! NIFRET!

    ReplyDelete
  2. bELKE DE BU SON BLOQ YAZİMDİR, AMMA ZENNİMCE SUPER SONLUQDUR

    ReplyDelete
  3. Teessuf hissi ile bildirirem ki,dediklerinde duzgunluk payi kifayet qederdir.Sexsen men oz adima deyirem ki,bizim evimizde bayraq yoxdu (15 X 25 sm olcude olani saymasam.O da bilmirem hec haradadir :( ).Cox sag ol Vahid.Hemiseki kimi yene "kokunden vurdun baltani".ehsen!

    Elvin Aliyev.

    ReplyDelete
  4. halal olsun qardasim.yazin cox gozel ve menali idi.ama tessuf etdiyim bir sey oldu ki bunun sonuncu yazin oldugunu bildirmisen.cox tessuf.senin kimiler sayesinde deyerli olanlari hele de deyeri oldugunu anlayiriq.Allah razi olsun ey Veten oglu

    ReplyDelete

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...