May 3, 2012

RÜŞVƏT...


Rüşvət... Bəziləri üçün xoşbəxtlik gətirən rüşvət. Hansı ki, bu xoşbəxtlik başqalarının bədbəxtliyi üzərində qurulduğu üçün çox davam etmir və keçirəm bəzi məqamlara...

Bildiyimiz kimi, keçən ilin əvvəllərindən etibarən ölkəmizdə Korrupsiyaya qarşı Prezident sərəncam da imzaladı və müvafiq tapşırıqlarını verdi. Bəzi rüşvət halları aşkarlandı və rüşvətxor məmurlar cəzalandırıldı.

Bundan sonra isə “sabitlik” oldu. Atalar demişkən köhnə hamam, köhnə tas məsəli.

Mən ilk növbədə problemi cəmiyyətdə görürəm. Çünki, hər bir vətəndaş  öz hüquqlarını müdafiə etməyi bacarmalıdır. Əgər səndən rüşvət istəyirlərsə, demək ki, sənin hüquqlarını pozurlar və ən əsası ölkə başçısının qərarının əleyhinə olaraq səndən rüşvət tələb edirlər. Kimdir o məmur ki, ölkə başçısının əleyhinə işlər görür?
Rüşvət vermə!!! İstəsələr ya tələb etsələr 161 və ya 142 qaynar xəttlərinə zəng et, özünü təqdim et və şikayətini bildir!!!

Sadəcə ən böyük problem özümüzdədir. Biz hər birimiz bir fərd olaraq bu mübarizəyə qoşulmalıyıq! Rüşvətə son!!! Ağacı içindən yeyən qurddur rüşvət. Güclü cəmiyyət olmadan inkişaf etmiş ölkəyə çevrilə bilmərik. Rüşvətlə isə inkişaf etmiş cəmiyyət və dövlətdən söhbət etmək gülüncdür.

Bir vətəndaş olaraq öz üzərimə düşən məsuliyyəti başa düşürəm və dövlətin inkişafı üçün rüşvət almıram və vermirəm.

Təkrara olaraq qeyd edim ki, rüşvət vermə!!! İstəsələr ya tələb etsələr 161 və ya 142 qaynar xəttlərinə zəng et, özünü təqdim et və şikayətini bildir!!!






2 comments:

  1. Cox gozel movzudur, menim fikrim beledirki ruwvetin ilk yaranma menbeyi biz sade vetendawlariq, defelerle tam muxtelif idare ve tewkilatlarda wahidi olmuwam ki, novbe oldugu halda "pullu day-day"lar elave maddi odeniwi "ruwveti" konullu olaraq (memurlarin "istemirem cibime qoy" prinsipine emel ederek) vermekle iwlerini gorubler veya gordurubler..gerek evvelce ozumuz ruwvet veren olmayaq ki, daha sonra isteyenlere qarwi cixaq, tam subyektiv fikrimdi, gozel movzu paylawdigin ucun tewekkurler.

    ReplyDelete
  2. cox gozel movzu.atalar demis agaci qurd icinden yeyer/yeni rusvet verenler olmasa rusvet alan da olmaz.

    ReplyDelete

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...