206 gündür ki, hərbi xidmətdə idim və bloq yazısı yazmırdım. Məzuniyyət üçün
Mingeçevirə gəldiyimdə çox
təəccübləndim...
Şəhər
çox dəyişib, təbii ki, yaxşı mənada. Həmişə problem yazırsan deyənlərə: “Gördüyünüz
kimi mən yalnız gördüyümü yazıb paylaşıram.”
Bəlkə
də şəhərdə yaşıyanlar bu dəyişikliyi bir qədər hiss etmirlər, amma mən 7 ay
burada olmadığım üçün hər şeyi gözəl görürəm. Kimdir günahkar?!, Fantanlarin acı taleyi kimi
yazılarımda bəzi problemləri qeyd etmişdim. Bəziləriniz də : “Guya bu
problemlər sən deməklə və yazmaqla düzələcək?”
demişdiniz. Baxın və görün ki, susmaqla heç nə olmur. Mən cəmiyyətimi,
millətimi, şəhərimi və ən əsası Vətənimi sevirəm, bəziləri kimi dildə deyil
əməlimlə sevirəm.
Hər
zaman qeyd edirdim ki, problemi görüb, qeyd etmək nəyəsə mız qoymaq deyil, sadəcə həmin şeyin düzəlməsini, daha yaxşı olmasını
istəməkdir.
Kimdir günahkar adlı ilk yazımın sonluğu bələ idi:
Tənqid olmasa, inkişaf da olmaz! Mən
Mingəçeviri problemləri ilə sevirəm və bir gənc kimi bu problemləri həll etmək
istəyirəm. Əlimdən gələn isə belə yazılar yazıb bu problemlərin həllinə
çalışmaqdır. Hər şeyin zaman keçdikcə yaxşı olmasına ümid edirəm...
Göründüyü
kimi 18 ay bundan öncə, məqsədimi yuxarıda qeyd etmişdim və yenə də yeganə
məqsədim var. Gördüyünü paylaş və nəticə əldə edənədək sonuna qədər get! Demək olar ki, gec də olsa artıq bu nəticəni görürəm. Bunun üçün
həqiqətən çox sevinirəm.
Hər bloq
yazımin sonunda qeyd etdiyim kimi yox bu dəfə tamamilə fərqli bir :”Zaman
keçdi və hər şey yaxşı oldu” yanaşmam ilə sizlərlə növbəti
bloqda oxunanadək deyib sağollaşıram.



No comments:
Post a Comment