March 7, 2014

DÜNYA FANİ, ÖLÜM ANİ

Bu sözləri dərk edə bilmək üçün yaşın heç bir fərqi yoxdur, zənnimcə. Və keçirəm əsas məsələyə...



Həqiqətən dünya düşündüyümüzdən də fanidir. Nəyin nə zaman, necə olacağını heç kim bilmir?!

Bu gün var olan sevdiklərimiz, sabah ətrafımızda olmur. Onları nə qədər sevdiyimizi və dəyər verdiyimizi deyə bilmirik, bəzən. Yalnız onları itirdikdə və onlardan kənarda olduqda anlayırıq onların dəyərini bu isə gec ola bilər.





Bu yaxınlarda tanışlarımdan birinin atası rəhmətə getdi. Sağlığında atası ilə münasibətləri o qədər də isti deyildi. Elə bil atası olmayınca anladı onun dəyərini. Hər gün qəbrini ziyarət edib, məzarı üstünə gül dəstələri qoyurdu və nəysə danışırdı elə bil məzarla. Amma anlamaq istəmirdi ki, atası artıq onu eşitmir və onun gül dəstələrini də görmür. Nə faydası var axı?!

İnanın onun nələr keçirdiyini biz hiss edə bilmərik. Amma, o artıq onu bilir ki, ətrafındakılara lazım olduğu dəyəri vermək lazımdır. Gec də olsa, o bunu artıq bilir.

Hamımız valideyinlərimizi, qardaş-bacılarımızı, sevdiklərimizi qəlbimizdə sevirik, amma bəzən onu hiss etdirə bilmirik.

Nə qədər ki, onlar bizimlə bərabərdir onları çox istədiyimizi, onları sevdiyimizi demək bu qədərmi çətindir?! Sonradan peşimançılıq hissi keçirib gül buketi alıb, qəbir üstündə onları nə qədər sevdiyimizi bildirməkmi yaxşıdır?!

Dünya fanidir, ölüm isə göz qırpımında ani baş verən bir təbii hadisədir.

Elə indi bu yazını oxuyan kimi ətrafında sizə dəyər verənlərin dəyərini anlayın! Sevdiyinizi söyləyin, xoş sözlər deməkdən çəkinməyin, gec olmamış!

Valideyinlərim, qardaşım, qohumlarım, dostlarım Tanrının mənə bir hədiyyəsidir. Nə yaxşı ki, varsınız həyatımda. Sizləri çoooox sevirəm. Allah Təala həmişə bizləri pənahında, yaxşı insanları da ətrafımızda saxlasın. Hər zaman ətrafımda olmanızı istəyirəm.


Gec olmamış qeyd edim ki, dəyərli vaxtını ayırıb yazılarımı oxuyanlar, hamınız mənim üçün dəyərlisiniz. Əməyimə qiymət verib, oxuduğunuz üçün təşəkkürlər.

No comments:

Post a Comment

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...