July 2, 2014

Dumansız...

Dumansız... Bəli, dumansız... Səhv görmürsünüz, hər şeyi doğru müşahidə edirsiniz. Həyatımda duman yoxdur və hər şey xoşdur, keçirəm əsas məsələyə...

Sağlamlıq insan həyatını xoşbəxt edəcək əsas amillərdən biridir desəm, yanılmaram. Kimisi, həyatını sağlam şəkildə, kimisi isə pis vərdişlərin aludəçisi olaraq keçirir.  

Siqaret... Əzablı ölüm, bədbəxt sona gətirib çıxarır.

Siqaret maddi, mənəvi, fiziki, həm də psixoloji olaraq sağlamlığımıza mənfi təsir edir.                                                
İlk öncə maddi tərəfləri barədə: Kiçik araşdırmam sahəsində müşahidə etdim ki, aylıq siqaret xərcləri 25-30, bəzilərində isə hətta 35-40 manat arasında dəyişir. Düşünün, minimum əmək haqqı alan orta Azərbaycan vətəndaşı 120-140 manatın 1/4 –ni buna xərcləsə, nə baş verir?
Mənəvi, psixoloji tibbi səbəblərinə gəldikdə isə, nikotin böyrəküstü vəzilərindən adrenalin ve noradrenalin hormonlarının ifraz olunmasına, mədə yarasına, qan təzyiqinin yüksəlməsinə, mərkəzi sinir sisteminə birbaşa təsir edir, dil, dodaq, yemək borusu və ağciyər xərçənginin yaranmasına, xroniki bronxitə və emfizemaya (ağciyər xəstəliyi), hafizə zəifliyinə və psixoloji gərginləyə, ürək əzələsi infarktının, xüsusilə miokard infarkti səbəb olur ki, bu da bugün ölkəmizdə və bütün dünyada ölümə ən çox səbəb olan xəstəliklərdən biridir. Siqaret çəkməyin zərərləri, şübhəsiz ki, burada göstərilənlərdən daha çoxdur. Indiyə qədər siqaret çəkməyin faydasını heç kim görməmişdir.
Ümumdünya Səhiyyə Təşkilatının araşdırdığı statistikanı sizlərə təqdim edirəm:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən əsrdə 100 milyon insan bu zərərli vərdişin qurbanı olub. Dünyada ən çox siqaretdən istifadə olunan ölkələr arasında Çin, Hindistan, İndoneziya, Braziliya, Banqladeş, Almaniya və Türkiyənin adı çəkilir. Dünya üzrə hər 5 saniyədə 1 nəfər siqaretdən yaranan xəstəlikdən ölür. Bu gün dünyada hər 4 nəfərdən biri, başqa sözlə, 1,7 milyarda yaxın insan siqaret çəkir. ÜST-ün verdiyi məlumata görə, hər il tütün məmulatlarından istifadə 5,4 milyona yaxın insanın həyatına son qoyur. 2020-ci ildə isə, bu rəqəmin 2 dəfə artacağı gözlənilir. XXI əsrdə 1 milyard insanın tütündən öləcəyi gözlənilir.

Son dövrlər, gənclər və yeniyetmələr arasında bu pis vərdişin daha çox yayıldığını müşahidə edirəm. Əlbətdə, bu hadisə utancvericidir. Nə qədər ki, gec deyil atın bu “zibil”i.

Əziz dostlar və dəyərli insanlar, siqaretin təhlükələri barədə bu qədər məlumatı oxdunuzsa, TƏRK EDİN ONU!!! O, səni yaxınlarından, yaxınlarını da səndən ayıracaq. Ən əsası o səni səndən alacaq.

Növbəti bloqda oxunanadək, zərərli vərdişlərdən uzaq olmağınız ümidiylə...

Vahid Məsimov

12 comments:

  1. super ....Tural

    ReplyDelete
  2. Salam. Mən siqaret çəkmirəm. oxudum. Siqaret təbii ki, insan sağlamlığına zərərlidir. Hətta qutusunun üzərində də bu aydın şəkildə qeyd edilb. bu günə qədər siqaret çəkməmişəm. Hərbi xidmətdən 3 gündür ki gəlmişəm, 1 il hərbi xidmətfə oldum və bu 1 il müddətində çox darıxdım. Əsgər yoldaşlarım darıxmamağım üçün siqaret çəkməyimi təklif etdilər. Və gələn gününə qədər bu təkliflər oldu. Mən də təbii ki bu "təklifləri" qəbul etmədim. Hərdən içki içsəm də siqaretdən uzaq insanam...

    ReplyDelete
  3. eladi,cemiyyetin xususilede genclerin esas problemi olan bir meseledi ve bu mesele cox canlar alir.Insanlara komek etmek isdeyi cox yaxsidi bu yolda sene ugurlar.emin ola bilersen men cekmirem

    ReplyDelete
  4. ellerine sagliq qaqam

    ReplyDelete
  5. Oxudum çox maraqlıdı yeni gundemin en esas problemlerinden biridi. Inaniram ki bu sözlər coxuna təsir edəcək ve nəticəsi olar inshAllah

    ReplyDelete
  6. Bu qewngdir, ama 1-ci bundan da yaxwi idi.

    ReplyDelete
  7. Oxudum..men daha ferqli yanasma gozleyirdim senden.meseleye daha cox mativasyon yanasmaq gozel olar.meselen siqaretin ziyanlarini hami bilir.cekmeyeceyin halda elde ede bileceklerinden yazmaq olar.bizim olkede din boyuk guce malikdi.meseleye qisa wekilde din terefdende yanawib gunah oldugunu vurgulamaq olar.ama yenede gozeldi)ellerine sagliq))

    ReplyDelete
  8. Hər zaman yazılarıma bu qədər diqqət verib, vaxtınızı ayırıb oxuduğunuz üçün hər birinizə minnətdaram.
    #dumansız#

    ReplyDelete
  9. Təsirli yazıdır. Təbriklər ,Vahid!

    ReplyDelete
  10. Əla, tamamilə razıyam və dəstəkləyirəm.

    ReplyDelete

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...