
Salam,
əziz dostlar. “Hüquqlarımızı bilək, məişət zorakılığına yox
deyək” adlı yeni layihəmiz 2014-cü il 9-10 noyabr
tarixlərində, Mingəçevir şəhərində baş tutacaq, inşAllah. Layihə BMT-nin
CBCS proqramı çərçivəsində reallaşacaq. Layihə 2 gün, hər gün 3 saat olmaqla
nəzərdə tutulub. Peşəkar təlimçilər tərəfindən İnsan Hüquqları, Məişət
zorakılğı və erkən nigahın nəticələri barədə dolğun təqdimatlar keçiləcək.
Layihənin iştirakçıları üçün yaş həddi 16-28-dir.
Müvafiq ərizə formasını 5 noyabr, 2014-cü il saat 20:00 tarixinə qədər masimovvahid@gmail.com email adressinə göndərməyiniz
xahiş olunur. Ərizə formaları ekspertlər tərəfindən baxıldıqdan sonra sizə
cavab veriləcək. 10 noyabr isə layihənin son günü olacaq. Maraqlı və
qeyri-ənənəvi layihəmiz sizi maraqlandırırsa, buyurun müraciət edin.
No comments:
Post a Comment