February 11, 2017

6/26/60 VƏ SON...


Salam aleykum, dəyərli oxucular!

6/26/60… Niyə məhz rəqəmlərdən ibarət bir başlıq?

Məsələni uzatmadan sözümün musatafasına gəlim. İlk dəfə olaraq 6 (altı il)  “PROBLEMLƏRİMİZ” adlı bir blog səhifəsi ilə yazmağa başladım. İlk illər yazılar daha çox kiçik araşdırmalar, elmi məqalələr, sosial-iqtisadi blog postları formasında idi. Daha sonralar isə hazırda oxuduğunuz blog formatına keçdim- "Sizin Fərdi İnkşaf Bloqunuz" adı altında xaricdə təhsil, sosial layihələr, Avropa təhsil sistemi, xaricdə təhsil almış tələbələrlə müsahiblər və s. formatında yazıları sizlərlə paylaşdım. Bu oxuduğunuz son yazıdır.

26... İyirmi altı yaşım var.


6 il ərzində, çoxşaxəli- iqtisadiyyatdan, dindən, təhsildən, nəqliyyatdan, siyasətdən, sosial həyat, mədəniyyət kimi mövzularda 59 məqaləni sizlərlə paylaşdım. Sayca 60-cı olan bu məqalə, sonuncu və ən qısa olanıdır. Bəli, sonuncu. Blogger kimi artıq karyeramı başa vururam. 26 yaşında, 6 illik blogger kimi 60 yazı.                                                         
   
Ən əsası odur ki, bu illər ərzində hər zaman yazıları oxunduz, rəylər bildirdiniz, bu olduqca sevindirici bir haldır. Təsadüfi deyil ki, yazılar Azərbaycanla bərabər, dünyanın müxtəlif ölkələrində- ABŞ, Almaniya, Böyük Britaniya, Çexiya, Əlcəzair, Fransa, Gürcüstan, Niderland, Türkiyə, Ukrayna, Latviya, Portuqaliya, Rusiyada və s. yaşayan həmyerlilərimiz tərəfindən mütəmadi olaraq oxundu.

Dəyərli oxucular, hər zaman keyfiyyətli yazılara üstünlük verdiyiniz üçün təşəkkür edirəm. Sizlərlə ənənəyə çevrilən Növbəti yazılarda oxunmaq ümidilədeyib sağollaşmayacam. Yeni kitabda oxunanadək deyirəm.

Hər son yeni bir başlanğıcın xəbərçisidir.

Vahid Məsimov

No comments:

Post a Comment

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...