August 20, 2011

İnternet, sosial şəbəkələr yoxsa kitabxana?!

Bu yaxınlarda Mingəçevirdə olan kiçik kitabxanalardan birinə getməli oldum. Kitabxananın qapısından içəri girəndə əvvəl elə bildim ki, kitabxana işləmir, çünki oxucu zalında heç kim yox idi. Amma içəridə kitabxanaçıları görüb əmin oldum ki, kitabxana işləyir...Özümə lazım olan ədəbiyyatın bir neçə səhifəsini oxuyub, icazəsini alıb kitabı özümlə evə gətirdim.

Sonra isə şəhərimizdə yerləşən digər kitabxanalara da baş çəkdim. Şəhər kitabxanalarının demək olar ki, çoxunda oxucu problemi var idi. 

18 avqust yuxudan oyanan kimi Kürün yaxınlığında yerləşən və şəhərimizdə ən böyük kitabxana olan Molla Pənah Vaqif adına Mərkəzi kitabxanaya getdim. Kitabxana müdirəsinə gəlməyimin səbəbini izah etdim. Müdirə digər məmurlardan fərqli olaraq məni çox xoş qarşıladı və bir neçə şəkil çəkmək  üçün  icazə verdi. Müdirə də kitabxanalar oxucu azlığının olmasını təsdiq etdi...

Kitabxanadan çıxarkən “ Kitabxana- xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir “ yazısı diqqətimi cəlb etdi. Dəyərli sözlər idi. Bu sözlərdən sonra mənə kitabxanalarda oxucu azlığı, marağın azalması daha da pis təsir etmişdi. 

Sonra isə Mingəçevirdə yerləşən internet mərkəzlərinin birinə getdim. Nə görsəm yaxşıdır? Az yaşlı uşaqlar, gənclərlə dolu idi internet klub. Hamısı da sosial şəbəkələrdə ya da mənasız və məntiqsiz oyunlar oynayırdılar. İnternet kluba getmək olar. Təbii ki, mən də arada gedirəm, amma orada vaxtımı mənasız  keçirməkdənsə, kitabxanalarda olmağı üstün tuturam.

Müasir dövrdə internetdən istifadə geniş yayılıb. Bu da başa düşüləndir. Çoxlarınız: “Axı biz XXI əsrdə yaşıyırıq” deyəcəksiniz . Orası elədir, amma kitabxanalarda da kifayət qədər dəyərli və məzmunlu kitablar, ensiklopediyalar var ki, bu da internetdə yoxdur. İnternetdə Azərbaycan-dilində olan elmi kitablar, dərslikləri tapmaq çox çətindir, demək olar ki, mümkünsüzdür. Amma kitabxanalarda kifayət qədər dərsliklər var. Bu da kitabxanaların nə qədər əhəmiyyətli olduğunu sübut edir.  

Kitabxanalar və  internet arasında daha bir fərq… Bəziləri fikirləşir ki, internet, kitab tapmaq üçün daha sadə və rahat üsuldur...Amma nəzərə alın ki, tapdığınız materialı oxuyarkən  monitorun şüası gözlərinizi ağrıdacaq və onu oxamaq bəzi problemlər yaradacaq. Kitab oxuyanda isə heç bir problem olmur. Kitabı istədiyin yerdə və istənilən vəziyyətdə oxuya bilərsən.

İnternetin də öz üstünlükləri var, amma heç bir elekton material, vəsait əsl kitabın yerini verə bilməz. Kitabı əlində tutub, onun iyini hiss edib oxumağın ayrı ləzzəti var. Lap 50-60 yaşlarında olan insanlar kimi danışdım haaa . 

Gəlin biz gənclər həm kitabxanalardan, həm də internetdən yararlı istifadə edək. İnanın ki,  kitabxana işçiləri də kitabxanada çoxlu oxucu görəndə sevinirlər. Həm kitabxana işçilərini sevindirək, həm də özümüz biliklərə yiyələnək!

Hər yazımın sonunda olduğu kimi bu yazının da sonunda deyəcəm:  Hər şeyin zaman keçdikcə yaxşı olmasına ümid edirəm...  

Vahid Məsimov





 

2 comments:

  1. Vahid muellim salam, sizin bu uzaqgoren ideyalariniz ve faydali fikirleriniz cox xoshuma geldi.Arzu edirem ki Olkemizin sizin kimi uzaqgoren, agilli, savadli ve reproduktiv fealiyyete koklenmishcleri gencleri cox olsun ve diger genclere daima dogru yolu secmekde ishiq tutsunlar.. Tebrikler..

    ReplyDelete
  2. Deyerli fikilreriniz uchun teshekkurler,amma adiniz bilmek isterdim:)))

    ReplyDelete

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...