Dünən şəhəri gəzməyə çıxmışdım. Gördüklərim məni bu yazını yazmağa vadar etdi. Doğulduğum, boya başa çatdığım, sevdiyim Mingəçeviri belə görmək məni şəhər vətəndaşı kimi təəssüfləndirdi. 😞
Şəhərin mərkəzində…Qırıq skamyası olan bir dayanacağın olması…Mən dünən 5 nömrəli avtobusa minmək üçün “astanovkaya” getməli oldum. Günorta saat 16:00 idi, temperatur +39, “astonavkada” oturmaq istədim. Amma…Qırıq skamyada necə oturum???
Gələk əsas məsələyə…Həmişə respublikada öz gözəlliyi və təmizliyi ilə fərqlənən şəhərim bu gün … Kimdir günahkar??? Mən, sən, biz yoxsa məmurlar??? Hər kəsin bu məsələdə üzərinə müəyyən vəzifələr düşür. Biz Mingəçeviri təmiz saxlamalı, məmurlar isə qırılan ağacları, yanmayan işıqları, dayanacaqları təmir etmək üçün müvafiq sərəncamlar verməlidirlər.
Şəhərin mərkəzində…Qırıq skamyası olan bir dayanacağın olması…Mən dünən 5 nömrəli avtobusa minmək üçün “astanovkaya” getməli oldum. Günorta saat 16:00 idi, temperatur +39, “astonavkada” oturmaq istədim. Amma…Qırıq skamyada necə oturum???
Bir vətəndaş kimi mənim, sənin, bizim öz şəhərimizi qorumağımız lazımdır. Biz öz şəhərimizi qorumasaq, kim qoruyacaq bu şəhəri??? Bu torpaqda yeriyiriksə, bu şəhərin suyunu içiriksə, bu torpağı, Mingəçeviri təmiz saxlamalı, qorumalı və digərlərinə də bunu xatırlatmalıyıq!!! 😞
Sonra sola çevrildim… Mingəçevirdə poçtun yanı deyilən məhşur yer var. Həmin yerdə “svetaforun” yanındakı işıq “stolbasına” baxdım… Əvvəlki yolun bütün işıqları yansa da bu yolun işıqları yanmırdı… 😔
Bu yazını yazmaqda əsas məqsədim Mingəçeviri sevən bir sakin kimi bu şəhərin problemlərini demək və bu problemləri biz vətəndaşların və məmurların köməyilə ardan qaldırılmasına nail olmaqdır. Bu torpaqda yeriyib, havasını uduruqsa, niyə axı şəhərimizə biganə qalaq??? Tənqid olmasa, inkişaf da olmaz! Mən Mingəçeviri problemləri ilə sevirəm və bir gənc kimi bu problemləri həll etmək istəyirəm. Əlimdən gələn isə belə yazılar yazıb bu problemlərin həllinə çalışmaqdır. Hər şeyin zaman keçdikcə yaxşı olmasına ümid edirəm…

Vahit qaqas hele senin bu gorduklerin seherin merkezindedi.gor helem kenarlarda neler vareee....
ReplyDeleteHe var, amma bu problemleri biz gənclər gorub, paylaşmalyiq...Vahid
ReplyDelete