August 25, 2011

TELEVİZİYA KANALLARININ ARAQ “SEVDA”SI

Bütün müsəlman hesab edilən ölkələrdə qeyd edildiyi kimi Azərbaycanda da Ramazan ayı qeyd edilir və özünəməxsus bəzi qaydaları ilə seçilir.

Hər gün olduğu kimi 10 gün bundan əvvəl də iftarımı açıb, televizor qarşısına keçdim. Televiziya (TV) kanallarını bir-bir çevirdim və elə bildim ki, hər hansı bir xristian ölkəsindəyəm. Azərbaycanın ən “reytinqli” hesab edilən TV kanallarında spirtli içkilərin, xüsusilə araq, pivə reklamları yayımlanırdı. Bu kanallar siyahısına Lider TV və ATV (Azad Azərbaycan TV) başçılıq edir. 

Başqa vaxt bu TV kanalları (Lider TV və ATV) “din”, “vətənpərvərlik”, “vətənə sədaqət”dən danışırlar. :) Bəs necə oldu sizin dininiz, vətənpərvərlik hissləriniz ? Axı biz müsəlmanıq. Müsəlmana belə şeylər yaraşmaz... :( Bilirəm ki, bəziləriniz bu yazıya görə məni qınıyacaqsınız. Deyəcəksiniz ki, onsuz da televiziya kanalları o rekalmları 23:00-da veririlər. 11 ay verdin də, bəs eləmədi ki, hətta müqəddəs hesab etdiyimiz Ramazan ayında da verirsiniz, o reklamı? Onu da əlavə edim ki, Lider TV artıq spirtli içkilərlə bağlı reklamı 21:00 da yayımlamağa başlayıb. :(  Hətta Rusiyada olan televiziyalar və digər xarici televiziyalarda belə reklamlar gecə saatlarında yayımlanır və aşağı hissədən “Sağlamlığınız üçün təhlükəlidir” sözləri yazılır. Lider TV və ATV isə bu prinsipə əməl etmir və əlavə edir “Göz yaşı qədər təmiz”, “Sağlamlığınız üçün etibarlı” və s. 

Mən bu yazını 10-gün əvvəl hazırlamışdım. Sadəcə elə bilirdim ki, bu reklamların yayımlanması TV kanallarının səhvidir. Buna görə də Ramazan ayının sonuna kimi gözlədim ki, bəlkə TV kanalları bu iyrənc reklamları yayımlamaqdan imtina edərlər. Amma çox təəssüf ki, 25 gün ərzində hər gün bu reklamlar gündə bir neçə dəfə yayımlandı... 

Mən iqtisadiyyat və idarəetmə fakultəsində təhsil alıram və bilirəm ki, müasir bazar iqtisadiyyatı şəraitində reklam televiziyalar üçün çox vacib amildir. Onsuz da 11 ay yayımlayırlar. Pul qazanmaq üçün 11 ay kifayət deyilmi?!

Spirtli içkilər sağlamlığınız üçün çox ziyanlıdır. Elə reklam edirlər ki, elə bil ki, dünyanın ən gözəl nemətidir, araq... Bu reklama baxan “bəziləri” üçün də araq maraqlı gəlir .. Televiziyalar (Atv, Lider) ela “maarifçiliklə” məşğul olur.

Bu yazını yazmaqda əsas məqsədim Azərbaycan televiziya məkanında belə reklamların heç olmazsa, müqəddəs hesab edilən Ramazan ayında yayımlanmamasına nail olmaqdır. Bu yazıya sizlərin də fikirini öyrənmək mənim üçün çox maraqlıdır. Ümid edirəm ki, Azərbaycan gənclərinin spirtli içkilərdən asılılığı yoxdur. Sadəcə bəzi Azərbaycan “televiziya”larının bu kimi reklamları nümayiş etdirib xalqın, millətin əsəbiləri ilə oynadığı kifayətdir!!!

Hər yazımın sonunda olduğu kimi bu yazının da sonunda deyəcəm: Hər şeyin zaman keçdikcə yaxşı olmasına ümid edirəm...

Vahid Məsimov

4 comments:

  1. Ela,hemiseki kimi dogrulari deyirsen...

    ReplyDelete
  2. Teshekkurler Cabir,eger bu yazimla kimlerese ders verib,ornek oluramsa,ne xosh mene,indi Lider Tv,nin ischisi ile dasnihishim o da baxdi.Gozel ev deyerli fikirlerinzi uchun teshekkurler:))))

    ReplyDelete
  3. Her zamanki kimi coox gozel movzuya toxunmusan,butun fikrlerinle raziyam ve seni tam olaraq destekleyirem>...Babek Muzefferov

    ReplyDelete
  4. Babek teshekkurler,Allah haminizdan razi olsun,ve yazdigim yazilari destekleyib oxudugunuz uchun teshekkurler haminiza:::

    ReplyDelete

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...