November 6, 2011

GƏNCLƏR GƏLƏCƏYİMİZDİR?!

Bloq yazmağa başlayandan hər bir hadisəyə daha diqqətlə yanaşıram… Cəmiyyətimizdə  gənclərin bir-birlərinə olan münasibətlərini, davranış tərzləri, böyüklərə münasibətini də müşahidə edirəm …
Hər yazını yazmazdan əvvəl bir neçə gün araşdırma aparıramBu yazıda da belə oldu və...  

Bir yerə getməli idim. Bunun üçün marşurtdan istifadə etdim... Boş yerlərdən birində əyləşdim və... Valideyinlərim və müəllimlərim tərəfindən öyrədilən qaydaya görə, “Yaşlı insan  və qadın ayaq üstə durubsa, öz yerini ona ver” prinsipinə əməl etdim... Məncə bu belə də olmalıdır... Növbəti “astonovkada” bir yaşlı qadın avtobusa mindi və... Əyləşən gənc ona yer vermədi...  


Bu hadisə mənə pis təsir etdi. Hərdən deyiləndə ki, “Gənclər gələcəyimizdir” özüm bu ifadədən utanıram bəzilərinə görə... Amma utanmalı olan mən deyiləm, həmin “gənc”lərdir.  

Yenə də araşdırma aparmağa davam etdim... Bəzi “gənc”lərin küçədə etdiyi hərəkətlər və lazımsız ifadələr, böyüklərə qarşı hörmətsizlik və daha nələr-nələr... 

Həqiqətən də bu neqativ halları gördükdən sonra, yaşlı nəslin nə üçün gənclərə, bizlərə belə pis münasibət bəslədiyini başa düşdüm.

Amma aktiv, fəal və özünə hörmət edən gənclərimiz də var. Təbii ki, bu hal məni bir gənc olaraq çox sevindirir. Biz gənclər cəmiyyətin aparıcı qüvvələrindənik. Çalışmalıyıq ki, öz əxlaqımızla, mədəniyyətimizlə yeniyetmələrə nümunə ola bilək... Bizə qarşı olan bəzi pis fikirləri də özümüz yaratmışıq  və bunu özümüz də düzəltməliyik. Ümid edirəm ki, bu yazını oxuyan hər bir gənc bu barədə düşünəcək.

”Gənclər gələcəyimizdir?” sualını kinayə ilə işlədib, uğurlu gələcəyimizə şübhəsi olanlara öz davranışımızla uğurlu və layiqli gələcəyin aktiv, fəal və öz intellektual səviyyəsi ilə fərqlənən gənclərdən asılı olduğunu sübut etməliyik.

Hər yazımın sonunda olduğu kimi bu yazının da sonunda deyəcəm:  Hər şeyin zaman keçdikcə yaxşı olmasına ümid edirəm... 

Vahid Məsimov





10 comments:

  1. Genclerim bele terbiyye gormesinde Bu gunki zamanede Aileden cox etraf muhitin rolu daha coxdu,bu da Zamanla kececek.Blogga gore tesekkurler

    ReplyDelete
  2. Zamanla keçəcək,amma nə zaman??? Azərbaycan gəncliyi deyəndə gözümün qarşısına fəal,aktiv,öz mədəni səviyyəsi ilə Vətənimizi beynəlxalq arenada layiqincə təmsil edəcək bir gənclər görmək istəyirəm...Anonim fikrilerin uchun təşəkkürlər...Vahid...

    ReplyDelete
  3. Azerbaycan Musteqilliyini Uzun zaman deyil elde etdiyi,Milli suur formalasacaq,Tehsil daha da inkisaf edecek bu inkisaf oz behresini verecek Israfilov Mansur

    ReplyDelete
  4. Mən də hər şeyin yaxşı olmasına ümid edirəm,amma biz də uğurlu gələcək üçün etdiyimiz hərəkətlərə və danışdığımız sözlərə diqqət etməliyik...Vahid

    ReplyDelete
  5. Biz ugurlu gelecek istiyirikse her sahede( musbet) aktiv istirak etmeliyik.Tam raziyam Israfilov Mansur

    ReplyDelete
  6. Mənsur dəyərli fikirlərin və diqqətin üçün
    təşəkkürlər...Vahid

    ReplyDelete
  7. Gencleri herweyden cox muhit formalawdirir..onagore de aktiv olan gencler herzaman etrafinda ele muhit yaratmaga caliwmalidirki onun tesir dairesine duwen butun diger gencler geleceyin guclu temeli ola bilsin...Ela buloqdu...tewekkurler.

    ReplyDelete
  8. Babek heqiqeten de teshekkurler.Diqqetin uchun teshekkur:))Vahid

    ReplyDelete
  9. ”Gənclər gələcəyimizdir?” sualını kinayə ilə işlədib, uğurlu gələcəyimizə şübhəsi olanlara öz davranışımızla uğurlu və layiqli gələcəyin aktiv, fəal və öz intellektual səviyyəsi ilə fərqlənən gənclərdən asılı olduğunu sübut etməliyik.bunu senin,menim,bizim kimi genclerle subut edeciyik...

    ReplyDelete

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...