January 9, 2012

2011 VƏ MƏN...

Hər zaman problemlərdən yazırdım. Bu dəfə isə fərqlilik etməyi qərara aldım və…

2011-ci ilin yekunlarına dair kiçik bir hesabat vermək istədim sizlərə. 2011 mənim üçün demək olar ki, uğurlu il kimi yadda qaldı...
ARDINI OXUMAĞI UNUTMA....
2011-ci ilin  yanvar ayı ildırım sürəti ilə başladı... İmtahan sessiyasında bütün qiymətlərim A (əla) oldu. Fevral ayında isə GLOBAL UGRAD proqramında adımı yarımfinalçılar siyahsında görüb çooox sevindim. Mart ayında isə adımı finalçılar siyahısında görə bilmədim... Hər işdə bir xeyir var deyib, yoluma davam etdim.
Mart ayında Gülnaz müəllimə mənə PA (Public achivement-İctimai Nailiyyət) mentoru olmağı təklif etdi və mən də qəbul etdim. Düşünürəm ki, yaxşı ki, qəbul etmişəm. Çünki, onun kimi gözəl və saf niyyətli bir insanla tanış oldum. Sonra isə Elvinlə (Əliyev) dostlaşdım :) Mənə qardaş deyən 3 bacı qismətim oldu, təbii ki, bioloji olaraq yox, mənəvi olaraq. :)
Aprel ayında isə SUSI programında 470 iştirakçı arasından alternativ seçildim. Bu, əsas məqsədim olmasa da, hər halda uğur hesab etmək olar.
Yanvar-Fevral-İyun-İyul aylarında üzvü olduğum VCM-də (Volunteer Club of Mingachevir-Mingəçevir Könüllülər Klubu )  5 layihə həyata keçirdik. Bu layihələrin əsas iştirakçısı olduğum üçün özümü çox xoşbəxt hiss edirəm.
Avqust ayında isə başladım bloq yazmağa və Avqust-Sentyabr-Oktyabr-Noyabr-Dekabr aylarında sizlərə 11 bloq yazısı təqdim etdim.
Sentyabrda isə dərslər başladı və mən THİ-nin (Tələbə Həmkarlar İttifaqının) üzvü oldum. Burada da cəmi 3 aya 4 layihə həyata keçirdik.
2012-ci il üçün qarşımda daha böyük məqsədlərim var. Məqsəd inkişafla müəyyən olunmuş, lakin hələ əldə olunmamış nəticədir. Bu məqsədin nəticəsi isə  2012-ci ildə bilinəcək.
Sizlərə firavan, xoş  günlər, səmimi dostlar, saf sevgi və ülvi məhəbbət arzulayıram. Necə də şairanə yazdım ey :) Yenidən oxunanadək.


2 comments:

  1. Bir denesen de sen qardashsanee, qardash.. Sene bol-bol ugur ve nailiyyetler arzu edirem. InshALLAh ugurlar hemishe senle olar abiciyim :) Haa, bele bele ishlerrr bir de ;))) dushersen elime :D

    ReplyDelete
  2. Hahahha,sən de bacısan ey bacı...Çox sağ ol,inşAllah 2012 hamımız üçün uğurlu bir il olar )))

    ReplyDelete

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...