Həyat qəribədir, fanidir. Bu sözləri demək olar ki, biz hər gün ətrafımızda eşidirik. Görəsən bu barədə heç düşünürükmü?
Bu barədə hər zaman düşünürəm və düşüncəmi, fikirlərimi də sizlərlə bölüşmək istədim.
Biz Allah Təalanın yaratdığı ən mükəmməl varlıqlar olan-insanlarıq. Həqiqətən Tanrı bizləri necə də xoşbəxt yaradıb ki, heç bir varlıqda olmayanları bizə qarşılıqsız bəxş edib. Bu qarşılığın qarşısında biz nə etmişik, edirik və ya edəcəyik?
Qurani-Kərimdə buyrulur ki, “Həqiqətən, imanı verib küfrü satın alanlar Allaha heç bir zərər verə bilməzlər. Lakin onlar çox acı bir əzaba düçar olacaqlar!”(Ali-İmran,177) Bu surədə bildirildiyi kimi heç bir kəs Allaha heç bir zərər verə bilməz, sadəcə hər günahın sonrasında biz zərər görərik .
Biz insanlar çətin, problemli bir anda əlimizi göyə qaldırıb, “Allah, mənə kömək ol deyirik”. Hər işimiz yolunda getdiyi zaman isə bu haqda heç düşünmürk. Baxın, həyat necə də qəribədir?! Bu gün var olan, sabah yoxdur, çünki o, bu dünya üçün yox, axirət aləmi üçün bu dünyada idi.
Hər günü son gün kimi yaşamalıyıq. Sadəcə düşünməliyik ki, sabah biz sorğu-sual olunan zaman nə cavab verəcəyik? Allah Təala sizin xarici görünüşünüzə və sərvətinizə baxmaz, O, ancaq sizin qəlbinizə və əməllərinizə baxar ( Hədis).
Bir çoxunuz bəlkə də bu mövzu üçün mənə təşəkkür edib, yazdıqlarımı yaxşıca fikirləşəcəksiniz, bəziləriniz isə mənə deməsə belə ürəklərində “Niyə bu mövzunu yazdın,bizə bu lazımdır?” deyəcəklər.
Allah Təala bizi həyatı şərəfli, namuslu və vicdanlı yaşayanlardan etsin, inşAllah.
Fikirləriniz həqiqətən mənim üçün çox maraqlıdır, rəy bildirməyi unutmayın.
Vahid bu gozel movzunu hazirlayib paylawdigin ucun Allah senden razi olsun..umud ediremki bu bloqu oxuyan her kes bu dunyaya ne ucun geldiyini ve vezifelerinin neden ibaret oldugu haqqda az da olsa duwunecek..coox gozel movzudu,men cooox beyendim.
ReplyDeletesag ol canim qardasim bu gozel yazin ucun.Allah razi olsun.mence qeribe olan bu heyat deyil qeribe olan bu heyeti basa dusmek istemeyen insanlardi.Allah hec birimize neden yarandigimizi ve hara gedeceyimizi unutdurmsain insAllah.
ReplyDeletevefa
ALLAH razi olsun qardashim...bu heyati qeribe edende mehz biz insanlariq...
ReplyDelete