Bildiyiniz kimi çox vaxt bloq yazısı yazmağa başıma gələn hadisələr və ya ətrafımda olanları görüb paylaşmaq hissi vadar edir. Bu dəfə də belə oldu və...
Market müasir həyatımıza daxil olan yeni məkanlardan biridir ki, mən də tez-tez nəysə almaq məqsədilə ora gedirəm. Təxminən 7 gün bundan əvvəl getdim ki, şokolad alım, satıcıya pulu verdim və şokaladı mənə verdikdən sonra başladım son istifadə tarixinə baxmağa. Satıcı mənə elə şəkildə baxdı ki, özüm utandım ki, görəsən mən pis iş gördüm?! Sadəcə öz hüquqmdan istifadə etdim.
Hə hüquqlara gəldikdə isə bizdə çoxları öz hüquqlarını, borclarını, öhdəliklərini və vəzifələrini bilmirlər. Hər hansı bir məhsul alarkən onun son istifadə tarixinə baxmaq istehlakçı olaraq bizim hüququmuzdur. Bu hüquqi isə bizdən heç kəs ala bilməz. Hətta satıcının baxışları belə. :)
İqtisadçı olaraq hər zaman bu işlərə xüsusi diqqət yetirirəm. Bilirəm ki, çoxlarımız marketə və ya hər hansı ticarət mərkəzindən nəysə alanda onun son istifadə tarixi və məhsulun sertifikati barədə heç nə soruşmururq. Amma təbii ki, bunu etməliyik. Satıcı isə öz xidmət borcunu yerinə yetirmək məqsədilə istehlakçının, yəni bizim bütün suallarımıza cavab verməyə borcludur.
Yazını yazmaqda məqsədim sadəcə isehlak hüquqlarımızı bir daha yadınıza salmaq idi. İnanıram ki, bundan sonra hər dəfə marketə daxil olanda son istifadə tarixinə baxmadan məhsul almayacağıq. Məhsulun keyfiyyət göstəricilərinə, son istifadə tarixinə və uyğunluq sertifikatına mütləq baxın.

men seninle tamamile raziyam indi saticidan soruwanda ki bu pecenya tezedi ya yox az qala adami oldurur ki biz kohne mehsul satmiriq alib baxirsan ki daw kimidi
ReplyDeleteHele 1defe 1wey aliram marketden baxiram ki hemiwe daha baha aldigim mehsul indi ucuzdu soruwuram niye diyir bele daha yaxwidi da mehsulu elime goturub baxiram ki poddelkadi diyirem ki bu poddelkadi satici direwdi ki mumukun deyil poddelka deyil
He herden bele hallar olur, esas olan ayiq istehlakchilarin olmasidir
ReplyDelete