Rüşvət... Bəziləri üçün xoşbəxtlik gətirən rüşvət. Hansı ki, bu xoşbəxtlik
başqalarının bədbəxtliyi üzərində qurulduğu üçün çox davam etmir və keçirəm
bəzi məqamlara...
Bildiyimiz
kimi, keçən ilin əvvəllərindən etibarən ölkəmizdə Korrupsiyaya qarşı Prezident
sərəncam da imzaladı və müvafiq tapşırıqlarını verdi. Bəzi rüşvət halları
aşkarlandı və rüşvətxor məmurlar cəzalandırıldı.
Bundan
sonra isə “sabitlik” oldu. Atalar demişkən köhnə
hamam, köhnə tas məsəli.
Mən ilk
növbədə problemi cəmiyyətdə görürəm. Çünki, hər bir vətəndaş öz hüquqlarını müdafiə etməyi bacarmalıdır.
Əgər səndən rüşvət istəyirlərsə, demək ki, sənin hüquqlarını pozurlar və ən
əsası ölkə başçısının qərarının əleyhinə olaraq səndən rüşvət tələb edirlər. Kimdir o
məmur ki, ölkə başçısının əleyhinə işlər görür?
Rüşvət vermə!!! İstəsələr
ya tələb etsələr 161 və ya 142 qaynar xəttlərinə zəng et, özünü təqdim et və
şikayətini bildir!!!
Sadəcə
ən böyük problem özümüzdədir. Biz hər birimiz bir fərd olaraq bu mübarizəyə
qoşulmalıyıq! Rüşvətə son!!! Ağacı içindən yeyən qurddur rüşvət. Güclü cəmiyyət olmadan inkişaf
etmiş ölkəyə çevrilə bilmərik. Rüşvətlə isə inkişaf etmiş cəmiyyət və dövlətdən
söhbət etmək gülüncdür.
Bir
vətəndaş olaraq öz üzərimə düşən məsuliyyəti başa düşürəm və dövlətin inkişafı
üçün rüşvət almıram və vermirəm.
Təkrara
olaraq qeyd edim ki, rüşvət vermə!!! İstəsələr ya tələb etsələr 161 və ya 142
qaynar xəttlərinə zəng et, özünü təqdim et və şikayətini bildir!!!
Cox gozel movzudur, menim fikrim beledirki ruwvetin ilk yaranma menbeyi biz sade vetendawlariq, defelerle tam muxtelif idare ve tewkilatlarda wahidi olmuwam ki, novbe oldugu halda "pullu day-day"lar elave maddi odeniwi "ruwveti" konullu olaraq (memurlarin "istemirem cibime qoy" prinsipine emel ederek) vermekle iwlerini gorubler veya gordurubler..gerek evvelce ozumuz ruwvet veren olmayaq ki, daha sonra isteyenlere qarwi cixaq, tam subyektiv fikrimdi, gozel movzu paylawdigin ucun tewekkurler.
ReplyDeletecox gozel movzu.atalar demis agaci qurd icinden yeyer/yeni rusvet verenler olmasa rusvet alan da olmaz.
ReplyDelete