July 20, 2013

UĞURLU BAŞLANĞICIN UĞURLU SONU

Əvvəla hamıya salamlar. Nəhayət ki, 365 gündən sonra artıq evdəyəm, öz sevdiklərimlə birlikdə. Evdə olmağın yerini heç nə vermir. Anamın yeməklərinə də söz ola bilməz.

Həyat bir sınaqdır. Bu sözləri hər zaman işlətmişəm, amma dərinliyini bir o qədər də başa düşmürdüm, doğrusu. Şükürlər olsun ki, ilk sınaqdan uğurlu çıxdım. 365 gündə kim olduğun, bu millət və dövlət üçün nələr etdiyin və nələri bacardığının heç bir önəmi yoxdur. Əsas olan bir şey var: Burada özünü sübut etməyə çalış. Hər şeyi sıfırdan başla. Mülki həyatda hansı uğurların olub və hansı insanlarla ünsiyyətdə olmusan bunun bura heç bir dəxli yoxdur.

Hərbi xidmət insana çox şeyi öyrədir. Ailənin və sevdiklərinin sənin üçün necə əziz və dəyərli olduğunun bir daha sübut olunduğu bir yerdir. Qəpiyin belə qədrini bilirsən orada. Bax bunu isə heç vaxt təsəvvür belə etməzdim ki, nə vaxtsa qəpiyin qədrini biləcəm. Hər cür simada və şəxsiyyətdə insanları da görürsən orda.

Həyat sənə bir dərs keçir. Amma bu dərs nə 45, nə də 90 dəqiqə deyil, bu dərs tam 365 gün keçilir. Onu da qeyd edim ki, bu dərsi sənə professorlar, akademiklər də keçmir, orta təhsilli özünü "ağıllı" göstərməyə çalışan, öz yaşıdların olan hərbi qulluqçular keçir. Burada oxşar cəhətlər var. Universitetdə sənə dərs verən professorların içərisində də mənəvi cəhətdən kasad olanlar var idi. Hərbi xidmətdə də belələri var idi. Amma kifayət qədər layiqli hərbçilərimiz, zabitlərimiz də az deyil. Allah yaxşıların sayını artırsın ki, pislər də onlara baxıb yaxşı olmağa çalışsınlar.

Həqiqətən həyat bir dərs keçir. Artıq insanlar əvvəlki kimi etibar etmirsən, ilk baxışdan qarşındakının nə düşündüyünu hiss edirsən və uzaq olmaq istəyirsən. Dost dediklərdən isə cəmi 3-4 layiqli, ələkdən keçmişlər qalır. Dost dar gündə tanınar deyiblər atalarımız, tamamilə doğrudur. Mülki həyatda o qədər də dəyər vermədiklərin isə tam əksinə olaraq sənə dəyər verir. DƏYƏR VERDİYİN SƏNƏ DƏYƏR VERMİRSƏ, DEMƏK Kİ, UZAQLAŞMALISAN ONDAN. Bunu ən əsas deviz qəbul edirsən əlində.

Təəssüf hissi ilə qeyd edim ki, bu  yazı bu illlk, bəlkə də həmişəlik son yazımdır. Yəni bloqçu kariyeramın son yazısı. Uğurlu başlanğıcın uğurlu sonu, məncə?! Həqiqətən hər zaman gördüklərimi ətrafımdakılarla paylaşırdım, amma bloq mənə tanımadığım insanları qazandırdı, məni onlar arasında tanıtdı.

Əziz dostlarım, yaxınlarım və oxucular hər şey üçün təşəkkürlər. Bu 2 ildə dəyərli vaxtınızı ayırıb yazılarımı oxudunuz üçün sonsuz təşəkkürlər. 2 ilə 21 yazı. Hər dəfə "növbəti bloqda görüşənədək" deyib sağollaşırdım sizlərlə, təəssüf ki, bu dəfə "sizə həyatınızda uğurlar, hər zaman gördüyünüzü və bildiyinizi paylaşmaqdan çəkinməyin, necə ki, 2 il müddətində bunu mən etdim" deyərək vidalaşıram.





6 comments:

  1. Allah ugurlarini daim etsin qardasim.. Blog yazilarinin da davamini gozleyirik..

    ReplyDelete
  2. Mende 548 gun olub,magistratura da bitirmisem orda.Cox sag ol gozel yazi ucun.Amma niye son qoyursan onu anlamadim.

    ReplyDelete
  3. ALLAH ugurlarini daim etsin qaqam menim men inaniramki bu ugurlarin ardi her zaman olacax,sen maraqli ve bacariqli oglansan...:)))))

    ReplyDelete
  4. Uğur həmişə sənonlə olsun, Vahid. Amma yenə də başa düşmədim ki, niyə yazmağı atırsan. Heyif.

    ReplyDelete

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...