January 18, 2014

MÜƏMMA...

Evdən çıxdım və avtobus dayanacağına qədər 2-3 dəqiqə piyada getdim...

Avtobus gəldi, mən də arxa oturacağa keçib əyləşdim. Axşam gec yatdığımdan bir qədər yorğun idim. Əlimdəki kitabı həvəssizcə vərəqləməyə başladım...
Bu günün qeyri-adi olacağını hiss edirdim. Hər zamandan fərqli başqa bir gün. Bunun belə olacağının səbəbini özüm də bilmirdim. Kitabı örtüb, bir qədər də fikirlərə daldım.

Azərbaycanı həqiqətən çox sevirəm, axı mən burada doğulub, burada böyümüşəm. Bu qəribə bir sevgidir. Vətən sevgisidir. Heç nəyə baxamayaraq sevirsən Vətəni, hər yeri sənə əziz gəlir. Hər kəsdə fərqli olur, bu hisslər.

“Artıq formalaşmış bir cəmiyyət qurulub, hamı bir-birinə hörmət və ehtiram göstərir, gənclər hər zaman böyüklərə qarşı nəzakətli davranır və yaşlılar da eyni.

Məktəblərdə, peşə məktəblərində, kolleclərdə, institutlarda, universitetlərdə dünya standartları ilə bərabər səviyyədə olan bir təhsil sistemi müşahidə edilir. Rüşvət artıq hamı tərəfindən “ağacı içindən yeyən qurd” funkiyasını reallaşdırır və heç kəs nə rüşvət alır, nə də verir.

Cəmiyyətdə müəllimlər və tələbələr bir-birinə qayğıkeşliklə yanaşır. Müəllim tələbənin yeni biliklər əldə etməsi üçün çalışır, tələbə də müəllimin öyrətdikləri üçün ona daim minnətdar olur. Tələbələr artıq haqsızlıqla imtahandan kəsilmir, universitetlərimizdə müəllim-tələbə dostluğu formalaşır. Tələbə imtahandan keçmək üçün müəllimə pul təklif etmir, müəllim də tələbəni imtahandan kəsmək üçün bəhanələr axtarmır.

Gənclər universiteti bitirən kimi öz ixtisalarına uyğun iş tapır və bu işdə ilk öncə öz maraqları ilə bərabər çalışdığı şirkətin  müvəffəqiyyət qazanması üçün əlindən gələni edir. Heç kəs onlardan pul alıb işə düzəltmək barədə vəd vermir.

Dövlətin xidmət orqanlarında da artıq hər şey normal gedir. Vətəndaşın istəkləri nəzərə alınır, məmur süründürməçiliyi müşahidə edilmir və hər şey zamanında həll olunur.

Artıq heç kəs öz övladını hərbi xidmətdən yayındırmaq üçün dəridən qabıqdan çıxmır, hərbi xidmət əsl şərəf hesab edilir. Hərbi xidmətdən yayınana “Halal olsun sənə, sənin fərasətinə, nə var ey orda, otur evdə, sənə xidmət lazımdır?!” deyilmir, əksinə “Get, Vətənə xidmət et, gəl, Allah səni qorusun”deyilir.

Övlad öz atasına “A kişi, sən qocalmısan, bezdirmisən hamımızı” deyib, onu qocalar evinə atmır. Övladlar və valideyinlər çox xoşbəxtdirlər.

İnsanlar bir-birinə qarşı laqeyd deyillər. Küçədə, kafede, nəqliyyatda, qonşuluqda, işdə və s. insanlar olduqca mehriban və səmimidirlər.

İnsanlar bir-birinə riyakarlıq, paxıllıq və xəyanət etmirlər, artıq. Cümə günündə hamı bütün işini bir kənara qoyub cümə namazına tələsir. Xütbəni səssizcə dinləyir, namazını qılır, dua edib, Allaha itaətini göstərir.

Heç kəs pulu və maddi dəyərləri ilahiləşdirmir. Özünə yetəcək dərəcədə pul qazanıb, “Mənə kifayətdir, buna da şükür” deyir.

Bu yay da biz hamımız Şuşadakı istirahət məkanlarından birinə getməyi planlaşdırırıq, şəhərin səs-küyündən uzaq, oranın təbiətinin dadını çıxaracayıq. Qarabağ atları üzərində Qarabağın havasının təmizliyini nəfəsimizə çəkməyin planlarını edirik.

Birdən... “Qardaş, qardaş icazə ver düşüm” səsi eşitdim və bu səsin yanımda oturan bir oğlandan gəldiyini anladım. Bütün bunlar yuxu imiş??? Mehriban insanlar, müəllim-tələbə dostluğu, kəsirsiz sessiya, rüşvətsiz cəmiyyət, övlad-valideyin sevgisi, Vətən sevgisi, Qarabağ atları, havası, Şuşa məscidi və s. Bunlar xəyaldı? Ola bilməz, inanmaq istəmirəm bunlara, kaş o yuxu deyil, real olardı, kaş heç oyanmazdım o yuxudan. Kaş, təmiz, saf niyyətli insanlardan formalaşan bir cəmiyyətdə yaşayardım. Ehhhh, bu kaşlar...

Düşünürəm ki, bunun üçün hər bir cəmiyyət fərdi çalışmalıdır, ilk öncə özümüzdən başlayaq, əziz dostlar.
O yuxu deyildi, sanki həqiqət idi. 2014-cü ilin 2-ci həftəsində gördüyüm bu qəribə bir xəyal, gerçəkləşəcək nə vaxtsa, amma bunun üçün mən, sən, biz və köhnəlmiş SSRİ başları dəyişməlidir.


2 comments:

  1. Az qala inanacaqdım qaqaş çağırana qədər olan hissəyə.tək səni yox,məni də oyatdı sanki

    ReplyDelete
    Replies
    1. ela ela ellerine ve dusuncene saliq

      Delete

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...