September 4, 2014

HƏYATLAR VƏ İNTİHARLAR...


Son günlərdə ölkədə intihar və özünəqəsd halları durmadan artır. Xüsusilə, gənclərin bu yolla özlərini “məhv” etməsi daha çox müşahidə olunur. Bunu nəzərə alaraq...
Facebook profilimdə bir status paylaşmışdım. Bundan sonra bununla razı və narazı olanlar rəylərini bildirmişdilər.

Sənin olmayan bir əmanətə necə qıya bilirsən?! Həqiqətən, çox acınacaqlı bir haldır. Araşdırmalarımın nəticəsinə əsasən belə qənaətə gəlirəm ki, bu hala əl atanlar hər hansı bir problemə görə bu yolu seçirlər. İntihara cəhd etmiş  üç insanla bu barədə söhbət etmişəm. Çox şükür ki, heç biri də ölməyib. Həyatda öz yerini tapa bilmədiklərini və müəyyən problemləri olduğu üçün bu addımı atdıqlarını peşmanlıqla qeyd ediblər.

Özünəqəsd günah əməl hesab olunur və ən böyük 7 günahdan biri hesab olunur. Allah Təalanın qəbul etmədiyi əməllər sırasındadır və müqəddəs kitabımız Qurani-Kərimdə Nisa surəsi 29-cu ayə: Ey iman gətirənlər! Qarşılıqlı razılaşdırılan alış-veriş müstəsna olmaqla bir-birinizin mallarını haqsız bəhanələrlə yeməyin və özünüz-özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!
Ayədən də hər şey məlum olur, artıq izaha heç bir ehtiyac yoxdur. Düşünün ki, geridə sizi sevən yüzlərlə insan var. Dəyərmi?! Dəyməz buna.

Kütləvi İnformasiya Vasitələrinin (KİV), xüsusilə bəzi “xəbər portallarının” də bu xəbərləri tez-tez yayımlaması bir qədər fərqli görüntü yaradır.

Bir neçə ildir müxtəlif mövzularda yazılar paylaşmışam və hər zaman siz oxucularıma qarşı səmimi  və tərəfsiz olmağa çalışmışam, amma bu dəfə tam olaraq öz mövqeyimi ortaya qoyacam. Bəli, özünəqəsd edənlərə qarşıyam və heç cür onlara haqq qazandıra bilmirəm. Bu problemin həlli deyil, acizlikdir, qorxaqlıqdır, təslimiyyətdir, ən asan yoldur, Hər dəfə KİV-lərdə bu barədə məlumat alanda çox təəssüflənirəm, ürək ağrısı çəkirəm. Bir problemin varsa, ailənlə, dostlarınla, yaxınlarınla paylaşmağa çalış. Onlar da səni başa düşməsələr, təəssüflənmə, çünki, ən böyük və yaxın dost, Odur. O hamını dinləməyə hazırdır. Allaha əlini aç, dua et. İnsan dua etdikcə, zənginləşər.

Dəyməz sizə verilən bu gözəl həyata qəsd etmək, heç nəyə və heç kimə görə dəyməz. Sevdiklərinizi, arxanızda qoyub gedəcəklərinizi düşünün.

Növbəti yazılarda oxunmaq ümidilə, özünüzdən muğayet olun,

Vahid Məsimov

No comments:

Post a Comment

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...