December 9, 2014

AZƏRBAYCANDA İŞSİZLİK PROBLEMLƏRİ VƏ SƏBƏBLƏRİ

Azərbaycan... Həqiqətən də regionda iqtisadi potensialına görə fərqlənənn bir məmləkətdir.  Azərbaycan Respublikasının bazar münasibətləri sisteminə keçməsi ilə əlaqədar olaraq cəmiyyətin həyatının digər sahələrində olduğu kimi məşğulluq sahəsində də müəyyən problemlər ortaya çıxmışdır. Kapitalist iqtisadiyyatının ən xarakteristik xüsusiyyətlərindən biri məhz işszilikdir. Əsas məsələ isə...

İşsizlik nədir? İş qabiliyyətinə malik olan adamların bir qisminin iş tapa bilməməsi və bunun nəticəsində işsiz qalmasıdır.  İş qabiliyyətinə malik olanlar isə 16-60; 16-62 yaş arasında olan əhali qrupu hesab edilir.
ARDINI OXU...
"Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər)" təsdiq edilməsi haqqında 26 oktyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti fərman imzalayır. 2006-2015-ci illərdə Azərbaycan Respublikasında məşğulluq strategiyasının əsas məqsədi əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunu təmin etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:

-  sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın, əhalinin özünü məşğulluğunun inkişafı üçün zəruri şərait yaratmaq;
-  məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığını dəstəkləmək;
-  işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək, qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlər həyata keçirmək;
-  əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş institusional infrastrukturu təkmilləşdirmək;
-kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı və ixtisasartırma şəbəkəsinin fəaliyyətini dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırmaq  prioritet hesab edilir.

Azərbaycanda ölkə Prezidentinin 2004-cü il 11 fevral tarixində imzaladığı “Regionların sosial-iqtisadi inkişafının əsasları” adlı 4 illik proqram çərçivəsində regionlarda və Abşeronda 600000-dən çox yeni iş yerləri yaradılmışdır. Bu Proqramın davamı olaraq 2009-2013-cü illər üçün “Regionların sosial-iqtisadi inkişafının əsasları-2” adlı proqram isə 2009-cu ildə imzalandı. Bu proqramların imzalanmasının başlıca məqədi regionlarda infrastrukturu yaxşılaşdırmaq, iqtisadiyyatın inkişafına təkan verəcək yeni iş yerlərinin yaradılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və s. idi. İki böyük layihə çərçivəsində müəyyən naliyyətlər əldə olundu. Bunun sahəsində regionlarda yaradılan iş yerlərinin ən çoxu Aran (23,7%-i), Gəncə-Qazax (12,2%-i) və Lənkəran (9,6%-i) iqtisadi rayonlarının payına düşmüşdür. (Yuxarıda qeyd olunan statistik göstəricilərin mənbəyi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsidir-ARDSK).

2012-ci ildə  Azərbaycanda işsizlik səviyyəsi “TraidingEconomics” Beynəlxalq Araşdırma Mərkəzinin və ARDSK-in statistik göstəricilərinə əsasən 5.2% olmuşdur.

Azərbaycanda 16-65 yaş arası əmək qabiliyyətli əhalinin sayı  6 132 000 nəfərdir (2013-cü il üçün). 2014-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında  muzdla çalışanların sayı isə 1 507 400 nəfərdir, onlardan 883700 nəfəri iqtisadiyyatın dövlət bölməsində 623700 nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.

“İndexMundi” statistik araşdırma mərkəzinin məlumatına əsasən 1999-cu ildə 16%, 2000-ci ildə 15.7%, 2004-də 9%, 2006-da 6.7%,  2011-ci ildə 5.5 % olmuşdur. Bu rəqəmlər də demək olar ki, ARDSK rəqəmləri ilə üst-üstə düşür. CİA-nın verdiyi rəqəmlərdə isə 2013-cü il üçün işsizlik səviyyəsi 6 % olmuşdur.

Azərbaycanda işsizliyin başlıca səbəblərini aşağıdakı kimi qruplaşdırmaq olar:

}  Regionların inkişafının qeyri-stabil inkişafı

}  İş yerlərinin paytaxtla nisbətdə regionlarda az açılması

}  Qadınlar üçün iş yerlərinin çatışmazlıqları

}  Mütəxəsis çatışmazlığı

}   Peşə hazırlığı və ixtisasartırma şəbəkəsinin fəaliyyətinin təmin olunmaması

}   Yeni kadr hazırlığının istənilən dərəcədə effektiv hazırlana bilməməsi

}   Yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin az olması

}   Kiçik və orta sahibkarlığın zəif inkişafı

}   Əmək potensialından istifadənin səmərəli  mexanizmi olmaması

}   Bazar mexanizminin, əmək bazarının az səmərəli olması.


Əhalinin işsizlik problemi iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dövlətin məqsədəuyğun şəkildə qəbul etdiyi və reallaşdırdığı dövlət siyasətindən asılıdır və elmi araşdırmaların nəticəsi olan bütün bu təkliflərin respublikanın sosial sahədə fəaliyyət göstərən səlahiyyətli dövlət orqanları tərəfindən  nəzərə alınacağına ümid edirik.


Vahid Məsimov

  


No comments:

Post a Comment

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...