May 10, 2015

ABŞ-DA TƏHSİL ALMIŞ GÜLŞƏN HÜSEYNLİ İLƏ MÜSAHİBƏ

Salam aleykum dəyərli oxucular. 5 aylıq fasilədən sonra söz verdiyim kimi maraqlı bir yazı ilə qarşınıza çıxıram. Bu dəfə əvvəlki yazılardan fərqli olaraq həmsöhbətim var və buyurun həmin müsahibəni sizlərə təqdim edirəm:

Salam Gülşən xoş gördük, necəsiniz? İlk əvvəl zəhmət olmasa özünüz haqqında qısacıq məlumat verin.

Çox sağulun, siz necəsiniz? 1984-cü ildə Mingəçevir şəhərində doğulmuşam, Mingəçevir şəhərində məktəbi bitirmişəm. İlk il universitetə qəbul ola bilmədim və ikinci il yenidən cəhd etdim və ailəmin təkidi ilə Mingəçevir Müəllimlər İnstituna qəbul oldum.

Gülşən, sizli bizli danışırıq, amma biz illərdir dostluq edirik, bir-birimizə sən deyə də müraciət edə bilərik. Az öncə qeyd etdiyiniz kimi bakalavr təhsilini Mingəçevirdə aldınız, magistr təhsili üçün Gülşən Hüseynli niyə məhz ABŞ-ı seçdi?

Əlbətdə biz illərdi dostuq, sən də olar, (gülür).

Ümumiyyətlə ən böyük arzum xaricdə təhsil almaq olub, sözün doğrusu əvvəlcədən spesifik ölkə seçməmişdim. Avropa və ya ABŞ ola bilərdi. Baza təhsilimin ingilis dili olması bəlkə də, Amerikanı seçməyimə kömək etdi. Məhz xaricdə təhsil almağımın əsas səbəblərindən biri də bakalavr təhsilimdən razı qalmadığım idi. Hətta deyərdim ki, heç razı qalmamışdım. Bir az daha fərqli və keyfiyyətli təhsil istəyirdim.

Neçə il ABŞ-da oldun?

2 il, 2012 avqust 2014 sentyabr.

Hansı universitetdə təhsil aldınız bu iki ildə və ixtisasınız nə idi?

Dövlət hesabına magistratura təhsili üzrə Minnessoto ştatının Sent Klaud Dövlət Universitetində, Təhsilin idarə edilməsi və liderlik üzrə təhsil aldım söhbət orta məktəblərdəki təhsilin idarə edilməsindən gedir.

Amerikadakı təhsiliniz sizə nələri verdi? Qazandıqlarınızı sıralasaq, necə sıralayacaqsınız?

İlk dəfə idi ki, ailəmdən kənarda müstəqil şəkildə yaşayırdım. Müstəqillik, problemlərini özün həll etmək, qərar vermək, vaxtı düzgün idarə edə bilmək. Azərbaycanda təhsil alarkən iş və dərsi bir yerdə planlaşdıra bilmirdim, çünki o zaman Mingəçevirdə yarım ştat işlər tapmaq  çətin idi. ABŞ-da isə mən həm təhsil alırdım, həm işləyirdim, həm də şəxsi həyatıma vaxt ayıra bilirdim. Bu mənə dərs-iş-şəxsi həyatı balanslaşdırmağı öyrətdi və bu bacarıqlardaan hələ də istifadə edirəm.

İkinci, tədqiqat aparmaq qabiliyyəti...Hmmm. Bizdə belə idi ki, nəzəri çox yükənirdik, Azərbaycada. Əslində qalsa mən dərk etdim ki, onlar  Öyrənməyi necə öyrənmək lazım olduğunu öyrədirdilər.
Professorlar və tələbələr arasında olan demokratik münasibətlər, açıq şəkildə fikir mübadiləsi aparmaq, rahatlıqla professorla razılaşmadığını deyə bilərsən... (gülür)

Bir neçə xarici ölkədən olan tələbələrin olması, müxtəlif mədəniyyətlərlə tanış olmağına şərait yaradır, mədəniyyətlərarası inteqrasiya, hətta deyərdim ki, müxtəlif milətlərdən olan dostlarının olması dünyada baş verən hadisələrə biganə qalmamaq və s. bu kimi dəyərlərə sahib olursan (gülür)

Nə üçün gənclər xaricdə təhsil almağa can atır? Xaricdə təhsil almaq nə üçün bizə lazımdır? Xaricdə təhsil almaq istəyən gənclərə mələhətlərin?

Çox təəssüflər olsun ki, Azərbaycanda keyfiyyətli təhsil çox az özəl universitetlərdə hardasa beynəlxalq standartlara uyğun və yaxud o formatı yamsılamağa çalışan təhsil var. Bundan da ola bilsin ki, hər kəs yararlana bilmir, maddi baxımdan.

Gənclər daha keyfiyyətli təhsil, öyrədici mühit istəyirlər. Ola bilsin ki, geri qyıtdıqda daha yaxşı iş tapmaq ümidi ilə gedirlər. Doğrusu mən nə dərəcədə  bunun doğru olduğunu bilmirəm, çünki xaricdə təhsil alan kifayət qədər istedadlı gənclərimiz var, iş sayı o qədər deyil.

Çox istərdim ki, əvvəlcədən yaxşı tədqiqat aparsınlar, və seçdikləri universitet və ixtisasların onlar üçün həqiqətən lazımlı bir seçim olduğunu anlasınlar, sonra peşmançılıq hissi yaşamasınlar.

Çox düzgün vurğuladın Gülşən, bizdə kimdən soruşursan hamı xaricdə təhsil almaq istəyir, ancaq sonradan məlum olur ki, heç bunların ingilis dili üzrə bilikləri belə kifayət etmir.
İşinizi və hər şeyi geridə qoyub Amerikaya getdiniz və təshil aldınıız, geri qayıdanda yeni iş tapmaqla bağlı qarşınıza nələr çıxıdı?

Sözün doğrusu Azərbaycan qayıtmamışdan əvvəl yayda ABŞ-da praktikada olduğum zaman  artıq iş axtarmağa başlamışdım. İlk öncə iş axtardığım saytlarda mənim təhsilimlə əlaqəli vakansiyaların olmaması məni narahat edirdi, sonradan anladım ki, bunlar biznes yönümlü səhifələrdir. (Gülür). Azərbaycana gələndən 1 ay sonra iş tapdım.

Sirr deyilsə iş yeriniz?

İlk öncə Təhsil Nazirliyində çalışmağa başladım, beş aya yaxın, düzü mən tam olaraq oranın işçisi deyildim, amma yenə də sistemi öyrənməyimə kömək oldu. Təhsildə İnnovasiyalar Mərkəzi adlı qurum yardılır, əsasən mən ordayam. İndi isə Bakı Şəhər Baş Təhsil İdarəsində çalışıram, orda da rəsmi surətdə işçi deyiləm (gülür). Sənədləşdirmə Təhsildə İnnovasiyalar Mərkəzindədir.

Son olaraq gənclərə arzularınız?

İlk olaraq, xaricdə olduqları hər dəqiqədən, hər andan səmərəli istifadə etsinlər. Əgər işləmək imkanları varsa, işləsinlər. Nəyinki, akademik sahədə, hətta ictimai-sosial, mədəni sahədə, dostlar qazanmaq baxımından, yerli icmanı öyrənəmək, layihələrə qoşulmaq barədə maksimum qarşısına gələn şanslardan istifadə etsinlər.

Bu bayram günlərində vaxtını ayırıb gəldiyin üçün minnətdaram. Dəyərli fikirlərin və tövsiyyələrin üçün təşəkkür edirəm.

Vahid Məsimov

            

No comments:

Post a Comment

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...