Son vaxtlar yerli özünüidarə qurumlarının göstərdiyi
“xidmət”ləri və etdikləri müşahidə obyektimin predmetinə çevrilib və bu müşahidələr
əsnasında bir gün...
27 avqust səhər
qapını açanda "Mingəçevir bələdiyyəsi
hesablanmış əmlak vergisinə dair bildiriş" adlı bir kağız gördüm, üzərində
də ödəniləcək məbləğ kimi 10.50 AZN göstərilmişdir.
Bildirişi görəndə
ilk olaraq “Səhv ünvana qoyulub, yəqin?!”
dedim. Daha sonra isə ünvana baxanda gördüm ki, elə bizim bildirişdir və...
Təəccüblənməyimin
başlıca səbəbi isə ilk dəfə idi ki, bina evlərinə bələdiyyədən hər hansı
bildirişin gəldiyinin şahidi olurdum. Bildiyim qədərilə bələdiyyələr vergiləri
həyət evlərindən alırlar. Nəysə...
Düzdür illik 10.50
AZN kiçik məbləğ kimi görünür. Ancaq burada bir məsələ var. Bələdiyyələr bina
evləri üçün konkret olaraq heç bir xidmət
göstərmir.
ARDINI OXU...
Demək olar ki, fəaliyyət
və göstərdikləri “xidmət” baxımından da oxşar olar bu iki qurum bələdiyyə və
MİS-lər hər ikisində də illik xidmət haqqı 10.50
AZN və 11 AZN təşkil edir.
Mənə maraqlıdır, bu
bələdiyyə bina evləri üçün hansı xidməti göstərir ki, hələ bir pul da tələb
edir?! Üstəlik "JEK-Mənzil İstismar Sahəsi"nə
ödənilən pul da var. Bir yerli özünüidarəetmə
kimi "JEK"lərə ya bələdiyyələrə
pul ödəyək?!
Təklifim bundan ibarətdir
ki, bu ödənişlər bir quruma verilsin və xidməti həmin yerli özünüidarə orqanı
göstərsin, bütün məsuliyyət də ona aid edilsin.
Tezliklə, yerli
özünüidarəetmə səviyyəsində olan bu problemlərin aradan qaldırılması ümidilə,
özünüzdən muğayət olun.
Növbəti yazılarda
oxunanadək...
No comments:
Post a Comment