July 21, 2016

"WELCOME TO AZERBAİJAN" (AZƏRBAYCANA XOŞ GƏLMİŞSİNİZ)

Salam dəyərli oxucular!
Bu yaxınlarda Vətənə dönmək üçün Porto-İstanbul-Tbilisi uçuşu üzrə bilet almalı oldum. Niyə məhz Tbilisiyə bilet almağımın səbəbi isə yəqin ki, heç kəsə sirr deyil. Bakıya qiymətlərin nə az, nə çox 2 dəfəyə yaxın artıq olması. Tbilisi üzrə qış mövsümündə Türk Hava Yolları ilə 289-300€, yay zamanı isə 389-403€ arasında dəyişir. Bakıya isə nə az, nə çox 550-750€ arası dəyişir. Aradakı fərq yəqin ki, anlaşılır. Nəysə, sözüm onda yox.


Gürcüstan sərhəddindən Vətən torpaqlarına keçərkən "Welcome to Azerbaijan" ("Azərbaycana xoş gəlmisiniz") yazısını görüb elə sevindim ki. Amma sonrası heç də ürək açan olmadı.

ARDINI OXUMAĞI UNUTMA...


Belə ki, gömrük keçid məntəqəsindəki məmurların davranışları hər dəfəsində məni düşünməyə vadar edir. Kobud rəftarları, minimal etiket qaydalarından xəbərsiz olmaları, danışıq tərzləri və s. Gömrük ölkə qapısı hesab olunur və ölkəyə gələn hər bir insan burada necə və hansı tərzdə qarşılanmasından asılı olaraq ölkə haqqında özlüyündə fikir formalaşdırır. Eyni hadisə ilə "Sınıq Körpü" buraxılış məntəqəsində artıq ikinci dəfə qarşılaşıram. Ümid edirəm ki, hər şey düzələcək.

Gələk ikinci məsələyə, buraxılış məntəqəsindən sonra isə taksi sürücüləri və bəzi insanların qadın-uşaq demədən söyüş söymələri, özlərini çox biədəb aparmaları insanı hövsələdən çıxarırdı.

Bakıya gedən avtobusun isə insanlara qeyri-qanuni olaraq "qiymət oxuması", yol boyu insanları hədəğadan çıxardıb, insanlarla istədiyi tərzdə danışması insanı daha da qıcıqlandırırdı. Bildiyim qədərilə Tariflər Şurası məsafənin yaxın və ya uzaqlığındam asılı olaraq qiymətqoyma siyasəti aparır, bu sürücülər və sürücü yanındakı "quyruqlar" isə fərqli "Qiymətqoyma siyasəti" yürüdür. Olduqca fərqli situasiya yaranır.

Bir aya varlanmaqmı istəyirik? Niyə özümüzü bir-birimizə qənim olaraq görürük, az qala qaş-qabaqlı baxışlarla qanımızı içmək istəyirik?!

Vətənə ayaq basarkən o qədər sevincli idim ki. Bu hadisələrdən sonra isə...

Siz deyin, 30 saatlıq yolda olan və yuxu yatmayan, Vətənə gəlmək üçün 2 dəfə uçuş reyisi dəyişən və hər 2 reyis 45 dəqiqə gecikən biri, Vətənə ayaq basarkən üzündə təbəssüm saxlaya bilirsə, bu insanlar niyə bu qədər aqressivdirlər?! Biz niyə beləyik və hara gedirik?!

Bu sualların cavabını bilmədiyim üçün düşüncə tərzi daha geniş olan insanlardan cavab xahiş edirəm.

Nə olursa olsun, təbəssümünüzün üzünüzdən heç bir zaman əskilməməsi ümidilə. Unutmayın, Məhəmməd (s.a.v) Peyğəmbərimiz də təbəssümün sədəqə olduğunu buyurmuşdu.

Növbəti yazılarda oxunulmaq ümidilə...

Vahid Məsimov.

No comments:

Post a Comment

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...