July 17, 2016

TÜRKİYƏDƏ NƏLƏR BAŞ VERİR?

Salam dəyərli oxucular! Bu dəfəki mövzu son günlərdə qardaş Türkiyədə baş verən hərbi çevriliş barəsində olacaq.

Məlum olduğu kimi Türkiyədə iyulun 15-dən 16-na keçən gecə hərbi çevrilişə cəhd olmuşdur. Türkiyədə hərbi çevrilişə cəhdin arxasından Hərbi Hava Qüvvətlərinin keçmiş rəhbəri general Akın Öztürk və kürəkəni polkovnik-leytenant Hakan Karakuş olduğu vurğulanır: (Mənbə: cnnturk xəbər)

“Məlum generalın əvvəlcədən fəttullahçılarla (FETÖ) ilə əlaqəsinin olması iddia edilirdi. Akın Öztürkün hərbi çevriliş edə biləcək potensialının olmasını bir qrup zabit keçən ildən rəhbərliyə çatdırıbmış. Türk Silahlı Qüvvətlərini FETÖ ilə bağlantıları olan hər bir kəsdən təmizlənəcəyini bilən Öztürkün general Metin İyidil ilə birlikdə hərbi çevrilişə hazırlaşdığı bildirilir. Əgər hərbi çevriliş uğurlu olsaydı Akın Öztürk Baş qərargah rəisi olacaqdı. 



Hərbi çevrilişin əvvəlcədən planlaşdırılması nəzərlərdən qaçmır, belə ki, həmin gecə Əskişəhərdəki Hava Qüvvələri Komandiri, orgeneral İlhan Şanverin qızının toyu olub. Əskişəhərdəki Hava Qüvvələri Komandiri, ordu generalı İlhan Şanverin qızının toyu olub. Bütün generallar toya dəvətli olub. Demək olar ki, onların hamısı dəvəti qəbul edib İstanbula gedib. Lakin tək Akın Öztürk iştirak etməyib.

Akın Öztürk, həmin gecə 22.00-da Akıncı 4-cü qırıcı təyyarə bazasını ələ keçirməyi əmr edib.  Hərbi çevrilişdə iştirak edən əsasən bu bazanın F-16-ları olub.

Elə bu bazanın helikopterləri ilə general İlhan Şanverin qızının toy mərasimində dəhşətli anlar yaşanıb. Əvvəlcə toyun baş tutduğu məkan helikopterdən atəşə tutulub. Daha sonra helikopterdən enən əsgərlər general və komandirləri girov götürüb.”

Sosial mediada yayılan görüntülər olduqca ürək ağrıdıcı idi. Hərbi çevrilişə cəhd edənlərin insanları əzməsi ilə bağlı videolar isə olduqca dəhşətli idi.

https://www.youtube.com/watch?v=cti4hmSs6Rg- Hərbi çevrilişə cəhd edənlərin insanları əzməsi

Əsgərlərin insanlar tərəfindən döyülməsini əks etdirən yalan-yalnış xəbərlər isə hadisələrin dərinliyindən xəbər veriridi. Bu saqqallılar əsgərləri insanların əlindən qurtarır, Bəzi islamafoblar isə əsgərə zülm edilmiş kimi göstərib müsəlmanlara söyürlər.

Son günlərdə sosial mediada bu hadisələrin oyun olmasını deyənlərə də rast gəlirik. Türkiyədəki demokratiya, insan haqqları, ölkənin siyasi və iqtisadi kontykturası barədə geniş nağıllar, ritorik fikirlər paylaşılır. Demokratiyanın nə olduğunu bilməyənlər, iqtisadiyyatdan zərrə qədər anlayışı olmayanlar, Türkiyə tarixindən, xüsusilə 1950-1960-1971-1980-1997-ci illər tarixindən xəbərsiz olanlar, hərbi çevrilişi dəstəkləyərək AKP hakimiyyətinin səriştəsizliyindən yazdılar. Həmin illərin əvvəli və sonrası Türkiyə üçün necə ağır günlər olduğunu çox yaxşı bilirik.  Hərbi çevrilişə haqq qazandıranlar zəhmət olmasa, həmin tarixlərin əvvəlinin və sonrasının Türkiyə üçün necə çətin olduğu barədə olan tarixi araşdırın. Hərbi çevriliş hər bir halda yolverilməzdir.  

Hadisələrin AKP hakimiyyətinin oyunu olduğunu deyənlərin diqqətinə çatdırmaq istərdim ki:

1) TBMM binasını Recəb Tayyib Ərdoğanı bombalatdı,

2) Qaldığı oteli özü bombalatdı,

3) Türkiyə MİT binasını helikopterdən atəş əmri açan da o idi,

4) Saatlarla Atatürk hava limanının səmasında özü bilərəkdən qaldı,

5) Ölkə turizminə bilərəkdən zərbə vurdu,

6) AKP iqtidarının orduya nəzarət etməyəcək qədər zəif olduğunu nümayiş etdirdi.

Bunların edilməsində AKP məqsədi nədir axı?! Hakimiyyətə əhalinin səs çoxluğu ilə gəlmiş bir partiya və iqtidarda 14 il əvəzsiz lider olmağı bacaran, əhalinin çox hissəsinin sevərək qəbul etdiyi dünyanın 20 ən böyük iqtisadiyyatından biri olan və orta əmək haqqı 1500 TL olan bir ölkə lideri belə bir oyuna necə getsin?!
 (Mənbə: http://www.tradingeconomics.com/turkey/wages)

Hətta bəziləri, Türkiyə prezidentinin skypa vasitəsilə əhalini küçələrə səsləməsi və hava limanındakı çıxışı zamanı rahat və sakit göründüyünü də iddia etdi. İnsanın üzündəki narahatlıq və gözlərindəki vətəndaş müharibəsinə görə qorxu, rənginin bəyazlığı və s. nəyin göstəricisidir? Həmin görüntüləri aşağıdakı linklər vasitəsilə bir daha izləməyinizi təklif edirəm, ümid edirəm ki, hər şeyin fərqinə varacaqsınız:

https://www.youtube.com/watch?v=H4Cg6eJFvE8-Türkiyə prezidentinin hərbi çevriliş barəsində açıqlaması.

Hadisələrin arxasında kimlərin olduğunu anlamaq bu qədərmi çətindir?!

Şər atma kompaniyasına başlayanların da çoxluğu müşahidə edilirdi. Rəcəb Tayyib Əroğan əmim və ya dayım deyil, insanlara dediklərinizi əvvəlcədən düşünün. Hər şey göz qarşısındadır. Hesab günü haqqımda dediklərinizin hesabını da verəcəksiniz, narahat olmayın.Türkiyə hər zaman qardaş ölkə kimi özünü göstərib və təsadüfi deyil ki, AKP hakimiyyəti Qarabağ məsələsində indiyə kimi Azərbaycana ən çox dəstək verən bir iqtidardır.

Hakimiyyətlər gəlib-keçicidir, vacib olan millətin iradəsinin qırılmaması, birlik-bərabərlik ruhunun ölməməsidir. Türklər isə artıq bu barədə iyulun 15-dən 16-na keçən gecə şanlı tarix yazdılar. Allah hər zaman türkü qorusun və bu torpaqlara uzanan əlləri qırsın, inşallah. Ümid edirəm ki, hər şey qaydasına düşəcək.

Zalimlər üçün yaşasın Cəhənnəm!

Növbəti yazılarda oxunmaq ümidilə.

Vahid Məsimov

No comments:

Post a Comment

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...